Gündəliyim®

Gündəliyin Nəbzini Tut

“Qarabağın qayıtmasını istəmirəm”

Posted by gundeliyim on 10 May 2007

Ləman AG

grinders_l@yahoo.com

Başlığı oxuyub-oxumaz mənə küfr yağdırmağa başladınız. Buyurun. Dinləyirəm.

– Sən “azərbaycanlısan”?!

– Növbəti fikri bildirmək istəyən?

– İnsafsız, Allahsız, İmansız

– Daha da mükəmməli yoxdurmu? Oradan bir səs eşidirəm. Buyurun cənab “azərbaycanlı”.

– Sənin qanın azərbaycanlı qanı deyil. Sən insan deyilsən, sən ermənisən

– ƏLA, GÖZƏL. Sizə mükafat düşür. Belə mükəmməl sözlərə görə…

Mükafatın təqdimetmə mərasimi:

Qalib: “Mən çox sevinirəm ki, çox hörmətli AG mənə ilham verdi ki, bu mükafatı alım. Təşəkkür edirəm. O gün olsun belə tədbirləri Cıdır düzündə, Şuşada keçirilsin.

– Əstağfürillah, cənab qalib siz nə dediyinizin fərqindəsiniz?! Belə arzular arzulamaq bizdə qadağandır. Siz başa düşmürsünüz ki, Qarabağ qayıtsa nə olacaq?! Ən əsası sizin kimi əsil(!) azərbaycanlılar belə mükafatlar ala bilməyəcəklər. Başa düşmürsünüz ki, Qarabağ qayıtsa hər tədbirin sonunda söz tapa bilməyəcəyik deməyə. Şuşalı gənclərin “Şuşa” şadlıq sarayında 8 may tarixində keçiriləcək toy mərasimlərində “o gün olsun toyunuzu qarbağda, Şuşada keçirək” sağlıqları söylənməyəcək.
Siz mənə, mən sizə qarşı “erməni” kəlməsini söyüş olaraq istifadə edə bilməyəcəyik. Söyüş qıtlığı yaranacaq. “Ya Qarabağ, ya ölüm”ü dinləyəndə ürəyimizdən ani şəkildə pıq-pıq qaynayan nifrət hissi yaranib, bədənimizdən, şüurumuzdan keçməyəcək. “Düşmənə nifrət mədəniyyətimiz” (universitetlərdə müəllimlər tərəfindən istifadə olunan ifadə) olmayacaq. Aman Allah, biz mədəniyyətsiz olacağıq. Mədəniyyətsizlikdə Avropanı, hətta AVROPAnı belə geridə qoyacağıq.

Siz heç TV biznesini demirsiniz. Onlar əsil fəlakət yaşayacaqlar. Programlarını, verlişlərini doldurmaq üçün heç nə tapmayacaqlar. Onlar haranın külünü tökəcəklər başlarına?!
Mən heç qarabağlıları demirəm. Onlar bəs necə millətə sübut edəcəklər ki, qarabağlıdırlar. Adama deməzlər ki, qarabağlisan, bəs niyə Qarabağa getmirsən yaşamağa. Torpaği da aldiq daha nə probləm qalıb ki?! O necə cavab versin ki, PAA… Qarabağa qayidim, tutuduğum evləri də geri qaytarım sizə?! Bəs mənim burada qazandığım, qazanacağım pullar necə olsun. Ən esası, sosial yardimim necə olsun?!
İndi başa düşdünüz, ey çox hörmətli əsil azərbaycanli bəy, niyə belə arzulari qadağan etmişik?

3 Responses to ““Qarabağın qayıtmasını istəmirəm””

  1. Anar said

    Leman siz evlisiniz? Evli deyilsinizse menimle elaqe saxlayin, seve bilerem sizi.

  2. inci Azeri said

    Leman,sizi tebrik edirem dogrudan da gozel yazidir~!Leman Xanim onu da deyim ki, bizim xalgimiz qeyretlidir,Torpaglarimizi almag isteyirler,Ama ne edek ki, bir bashimizda duran yoxdur. Her gun radiolarda,televizorlarda 1 esgerimizin olduyunu (bize bildirdiklerine gore bir,Allah bilir Azi nece esgerimiz olur) eshidende haminin yumruglari duyunlenir,hemin anda XAlgimizndan kimese bir silah versen inan ki, qarshisina kecen ermeni itini oldurer hec gozunu de qirpmaz.Ama yene de deyirem , bir bash bilen yoxdur ki, Gelib bize bashciliq ede ,deye ki, Onsuz da sulhle ermeni itleri bize torpag veren deyil,gelin muharibe edek. onda bax Sagliglarin qurtarmasina,Dushmen medeniyyetimizin zeiflemesine baxmayaraq eli silah tutan da tutmayan da cebheye geder~! Sizind e dediyiniz kimi, sonda Sozumu “Gun o gun olsun ki, Qarabagimizda ,Shushamizda Toylar edek,shenlikler quraq” deyerek qurtariram.TAnri Turku Qorusun~!

  3. S.Shushali said

    Axir ki, hakimiyyetin derdini basha dushen biri oldu. Qarabag qayitsa, hakimiyyet neftden gelen gelirlere regmen olkedeki veziyyetin ashagi seviyyede olmasini ne ile elaqalendirer? Problem olanda Qarabag meselesi elde bayraq olur…

Leave a comment