Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Xəbər’ Category

Təbabət

Posted by gundeliyim on 22 August 2007

Antibakterial sabunun infeksiyalardan qoruma qabiliyyəti adi sabundakı qədərdir

Aparılmış tədqiqatların nəticələrinə görə, əlləri antibakterial sabunla yuduqdan sonra burada qalan mikrob sayı adi sabunla yuyulmadan sonra qalan mikrob sayı qədərdir.

ABŞ Qida və Dərman maddələri Departamenti valideynlərə xəbərdarlıq edir

ABŞ Qida və Dərman maddələri Departamenti valideynlərə 2 yaşdan kiçik uşaqlara həkim məsləhəti olmadan soyuqdəymə və öskürək əleyhinə preparatların verilməməsini məsləhət görür. Son vaxtlar bu yaş qrupunda həmin preparatların düzgün qaydada verilməməsinin səbəb olduğu sağlamlıq pozuntusu halları artmışdır.

Müxtəlif növ xeyirsiz qidalara meyl ana bətnində formalaşır

Siçanlar üzərində aparılmış tədqiqatların nəticələrinə görə, müxtəlif növ xeyirsiz qidalara meyl uşaq hələ ana bətnində ikən formalaşır.

Dağınıq skleroza qarşı peyvənd hazırlandı

Dağınıq skleroza qarşı peyvənd hazırlandı. Bu peyvəndin birinci tip şəkərli diabet, sistem qırmızı qurdeşənəyi və s. kimi xəstəliklərin müalicəsində də istifadə oluna biləcəyi ehtimal olunur.

Bakteriyalarsız həyat

Belə bir nəzəriyyə mövcuddur ki, həyat boyu müxtəlif bakteriyalarla mübarizə etmək məcburiyyətində qalan immun sistemi orqanizmin enerjisinin xeyli hissəsini bu mübarizəyə sərf edərək qocalma prosesini sürətləndirir. Yeni tədqiqatların nəticələrinə görə isə, bakteriyasız bir dünyada insanın qocalma prosesi heç də ləngiməyəcək.

Avstraliya patoloqanatomları işlərinin çox təhlükəli olmasından narazıdır

Avstraliya patoloqanatomları Avstraliya əhalisinin həddən artıq piylənməsi nəticəsində onların meyitlərini yararkən alətlərin tez-tez sınması, bədən hissələrinin saxlanması və daşınması üçün nəzərdə tutulmuş avadanlıqların tez xarab olması səbəbi ilə onların iş yerlərinin təhlükəli vəziyyətə düşməsindən şikayətlənirlər.

Qaynaq: tebabet.wordpress.com

Posted in Gündəliyim, Tibb, Xəbər | Leave a Comment »

ATAF-ın Növbəti Uğuru

Posted by gundeliyim on 16 August 2007

Azərbaycanlı Tələbələrin Avropa Forumu (ATAF), Avqustun 13-ü Avropa Parlamentində rəsmi lobbist təşkilat kimi qeydiyyata alınıb.

Mərkəzi Brüsseldə yerləşən ATAF-ın baş katibi Vüsal Məmmədov, akreditasiyanın bir illik olduğunu və hər bir ildən sonra akreditasiyanı yeniləyəcəklərini bildirib.

Bir ay əvvəl Avropa Parlamentinə müraciət edildiyini bildirən baş katib, müraciətin müsbət qarşılanmasını Azərbaycan üçün uğur adlandırıb.

Artıq, ATAF Avropa Parlamentinin bütün sessiyalarında, toplantılarında iştirak etmək hüququ qazanıb. Eyni zamanda Avropa Komissiyası tərəfindən 3 sentyabrda təşkil olunacaq “WORKING TOGETHER-STRENGTHENING THE EUROPEAN NEIGHBOURHOOD” adlı konfransa ATAF da dəvət olunub.

Qeyd etmək lazımdır ki, ATAF Avropa Parlamentində akreditasiya olunan ilk lobbist təşkilatdır.

 

 

Posted in Gündəliyim, Xəbər | Leave a Comment »

AN FM

Posted by gundeliyim on 16 August 2007

Azərbaycanın ilk mobil radiosu olan AN Radio, yeni qurulmasına baxmayaraq artıq özünə geniş dinləyici kütləsi cəlb edə bilib.

Əsasən xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün qurulan bu mobil radionu internet vasitəsiylə Azərbaycanla yanaşı, ABŞ, Fransa, İngiltərə, Rusiya, Almaniya, Hollandiya, Kanada kimi ölkələrdən xeyli sayda dinləyici qulaq asır və verilişlərdə canlı olaraq iştirak edirlər.

Bəzi verilişlərdə müəyyən olunmuş mövzularla bağlı Azərbaycanla canlı telefon bağlantılari yaradılır və dinləyicilərin verilişin qonağına suallarını səsli olaraq vermələri təmin edilir.

AN Fm, xaricdə təhsil alan gənclərə yönəlik bir radio olmasına baxmayaraq xaricdə yaşayan yaşlı nəslin nümayəndələri də verilişlərdə iştirak etməsi, radionun xaricdə Azərbaycan diasporu və lobbiçiliyinin inkişafı üçün əhəmiyyətini daha da artırır.

AN Radioda hələlik “World Music”, “Xalq-Talk” və “Xəbərlər” adında üç veriliş yayınlanmaqdadır. Bu barədə ətraflı məlumat verən AN Radionun qurucusu Elnur Məcidli, sentyabr ayından etibarən İqtisadiyyat, Tarix kimi başqa verilişlərin də yayınlanacığını bildirib. Verilişlərin saat qrafikasının üzərində iş getdiyini bildirən Elnur Məcidli, yeni verilişlərin aparıcılarının da xaricdə təhsil alan azərbaycanlı tələbələr olacağını söyləyib.

An Radionun hələlik ən çox bəyənilən verilişin “Xalq-Talk” verilişi olduğunu qeyd edən radio qurucusu, bu verilişin həftəiçi yayınlanmasıyla yanaşı, ən geniş formatının dinləyicilərlə bir mövzu üzərində müzakirə şəklində, hər həftənin bazar günü Azərbaycan saatı ilə 17.00-dan etibarən yayınlandığını ifadə edib.

“Anı Yaşa” şüarıyla qurulan və ilk mobil radio olan AN fm, AN TV-dən sonra Azərbaycanda ikinci mobil media vasitəsidir.

AN fm-i dinləmək istəyənlərin paltalk proqramı olması vacibdir. Proqramı olmayanlar www.paltalk.com saytından proqramı yükləyərək AN fm-i dinləmək imkanı əldə edə bilərlər.

AN fm-in internetdəki səhifəsini görmək və radionu dinləmək üçün:
http://chat.paltalk.com/g2/group/1124366784/

 

 

Posted in AN Fm, Gündəliyim, Xəbər | Leave a Comment »

Mədəniyyətlər qarşı-durması olmayacaq

Posted by gundeliyim on 5 March 2007

gundelik1.gif

BBC üçün 27 ölkədə keçirilən anketdə iştirak edənlərin 56 faizi , müsəlmanlarla Qərb dünyasının ortaq bir nöqtəyə gələ biləcəyini bildirib.

Qərb və Müsəlman ölkelerde keçirilən geniş miqyaslı ictimai araşdırma , dünya əhalisinin gələcəkdə bir mədəniyyətlər qarşı durması olacağını düşünmədiyini ortaya çıxardı.BBC ilə GlobeScan adlı ictimai araşdırma şirkəti və Maryland Üniversitetinin Beynəlxalq Siyasi Münasibətlər Proqramının (PIPA) əməkdaşlığı ilə keçirilən anketdə 27 ölkədən 28 min insan iştirak edib. Anketdə iştirak edənlərin sadəcə 29 faizi, İslamla qərb dünyası arasında güclü qarşı-durmanın olmasının qaçınılmaz olduğunu bildirib. PIPA direktoru Steven Kull, anketdə iştirak edən əksər çoxluğun (56 faiz) müsəlmanlar ilə qərb dünyası arasındaki fərqliliklərin ortaq məxrəcdə birləşdirilməsinə inanması, anket nəticəsinin ümid verici olduğunu söyləməyə əsas verdiyini ifadə edib. Bundan əlavə anketdən iştirak edənlərin 52 faizinin fikrincə, mədəniyyətlər arası gərginliyə maddi çıxar qarşı-durmaları və iqtidar uğrunda ki siyasi savaşlar səbəb olmaqdadır. İştirak edənlərin sadəcə 30 faizi, İslam ilə Qərb arasındaki gərginliyin qaynağının din olduğunu düşünür.

Anketin keçirildiyi ölkələrdən bəziləri bunlardır: ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya, Çin, Hindistan, Braziliya, Meksika, Avstraliya, Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Livan və Nigeriya.

Posted in Gündəliyim, Məqalə, Xəbər | Leave a Comment »