Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Mən bir yağış istəyirəm

Posted by gundeliyim on 23 September 2007

Orxan Quliyev

Mən bir yağış istəyirəm
Yusun bizim kuçəmizi
Yağsın bizim beynimizə
Təmizləsin üfunətli çölümüzü
İrin tutmuş içimizi…….
Mən razıyam,yağış yusun hamımızdan yarımızı
Övladına kimliyini öyrətməyən atamızı, anamızı….
Mən bir yağış istəyirəm
Yuyaq onda əlimizi, üzümüzü
Yuyunaraq tanımayaq özümüzü
Yeni doğulmuşuq kimi bu dünyaya
tekrar açaq, təmiz açaq gözümüzü!!
İstəyirəm təmizləyək içimizi zibillərdən,
Yeni doğan arzuları qaranlığa,dibə dartan
biləyindən kəsiləsi o əllərdən!!!!!!!
İstəyirəm son qoyaq biz çəkişməyə, şübhələrə,
Təmizləyək içimizi,TÜPÜRMƏYƏK KÜÇƏLƏRƏ!
Qoy çoxalsın bu ölkədə çayxana yox,
Kitabxana!
Zubaçistka çeynəməkdən bir şey çıxmaz,
Oxuyaraq uyğunlaşaq bu zamana!!!
Hər bir yeni arzu üçün, umid üçün,
həyat üçün çiyin-çiynə sıralanaq
Dostçun, ölüm qorxusuyla savaşlardan
çəkinmədən yaralanaq…..
bax nə gözəl……….
Bu gün bu cür umid doğur,sabah əməl!
Arzularım yaman çoxdur insanıma,
vərəqim az
Sən də götür bir ağ vərəq, heç olmasa
arzuları oraya yaz………
Çox istəyək Tanrımızdan,verər bir gün.
Gəl istəyək sənin üçün,
Gəl istəyək yanındaki dostun üçün……
Göydə Tanrı, yerdə insan
-mən arzumu artıq sizə söyləmişəm
(indi isə gözləyirəm)
Mən bir yağış istəyirəm……….
Mən bir yağış istəyirəm……….

26 Responses to “Mən bir yağış istəyirəm”

  1. Huseyn said

    SALAM

    wow chox gozeldii

    men oxuduqca mende de bele bir arzu oyandi

    MEN BIR YAQISH ISTEYIREM….

    TESHEKKUR EDIREM

  2. Huseyn said

    SUPPER

  3. Huseyn said

    MENDE DE BELE BIR ARZU OYANDI ARTIQ

    “”””men bir yaqish isteyirem”””

  4. kamil said

    Orxan xoshuma geldi. Yaxshidr bunun musiqi versiyasi da olsa ela olar. Ya rep, ya rok stilinde. Ince tonda yazilmish keskin, tutarli sozlerdir. Ela

  5. Süper Şiir

  6. Yağış yağa,ləkə nöqsan yox ola
    Ürək coşub, çəkə bizi düz yola
    Gözüm,dillə gedə həran qolqola
    Yağ ey yağış,bütün yeri təmizlə.

    Yağ ey yağış yarım mənə tələssin
    Yada evdə məni tənha gözləsin
    Düşmənimiz təmizlənib silinsin
    Yağ ey yağış,bütün yeri təmizlə.

    ardı var.

    • Din nädir?
      Lüğätdä din adät, hökm, cäza vä taat kimi mänalara gälir.
      İslam alimläri dini belä tärif etmişdir:
      “Din ağıllı olanları öz müstäqil iradäläri ilä än yaxşıya, än doğruya vä än gözälä aparan ilahi bir qanundur.”
      Bu tärifdän aşağıdakı xüsusiyyätläri başa düşmäk olar:
      1. Dinin yaradıcısı Allahdır. İnsanların din yaratmaq sälahiyyäti yoxdur.
      2. Din ağlı olanlara xitab edir. Ağlı olmayanlar dinin hökmläri ilä mükälläf deyildir.
      3. Dinlä älaqädar hökmläri Allah-Taala vähy yolu ilä Peyğämbärlärä bildirir. Peyğämbärlär dä o hökmläri, yäni Allahın ämr vä qadağan etdiklärini insanlara çatdırır.
      4. Dinin mäqsädi insanları dünyada da, axirätdä dä xoşbäxt etmäkdir. Din insanın niyä yaradıldığını vä hansı väzifäläri olduğunu bildirir.
      5. İnsanların än doğru vä än yaxşıya çata bilmäsi üçün, dini heç bir mäcburiyyät olmadan öz azad irädäläri ilä qäbul etmäläri lazımdır. Çünki dindä mäcburiyyät olmaz. Qurani-Kärimdä belä buyurulmuşdur:
      “Dindä mäcburiyyät (zorakılıq) yoxdur.”
      Dinin ähämiyyäti
      İnsan vä cämiyyät dinä möhtacdır. Çünki dinin mäqsädi insanı xoşbäxtliyä çatdırmaqdan ibarätdir. Dinin ämr vä tövsiyäläri insanın insan kimi yaşaması, ailäsinä, cämiyyätinä, millätinä vä hätta bütün bäşäriyyätä faydalı olması mäqsädini güdür.
      Din cämiyyätläri ucaldan, onların inkişaf etmäsini tämin edän äsasları ehtiva edän bir qurumdur.
      Din eyni zamanda äxlaqi bir qurum kimi insanlara yol göstärir.
      Dini hisslärin zäiflämäsi äxlaqi vä hüquqi cinayätkarlıqların çoxalmasına säbäb olur.
      Bir sözlä, hansı cähätdän baxılırsa baxılsın, din insan üçün bir ehtiyacdır. İnancsızlıq isä böyük bir fälakätdir. Allah göstärmäsin, inancı olmayan bir insan maddi dünyanın çätinlikläri qarşısında ruh düşkünlüyünä düşä bilär. Belä bir insan äbädi häyata, axirät dünyasına inanmadığı üçün, onun bütün mäqsädi dünyanın müväqqäti (fani) häzzlärini almaq olur. O, bunları äldä etmäk üçün heç bir ölçü tanımır, bir gün dünyanın bu müväqqäti häzzlärindän mährum qalacağını vä yox olub gedäcäyini fikirläşdikcä narahat olur vä rahatlığı pozulur.
      Bir insan üçün än böyük fälakät budur. Halbuki din ölümdän sonra daha xoşbäxt vä äbädi bir häyatdan xäbär verir vä ona çatmağın yollarını göstäräräk insana hüzur vä etimad verir.

  7. SALAM VERMƏK LAZIMDIR !

    عن أبي هريرة قال سمعت النبي صلى الله عليه وسلم يقول لا يحل لرجل أن يهجر مؤمنا فوق ثلاثة أيام فإذا مرت به ثلاثة أيام فليلقه فليسلم عليه فان رد عليه السلام فقد اشتركا في الأجر وان لم يرد عليه فقد بريء المسلم من الهجرة
    Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Heç bir möminə üç gündən artıq mömin qardaşı ilə küsülü qalması halal olmaz. Üç gün keçibdirsə, qoy onunla görüşüb ona salam versin. Əgər (mömin qardaşı) onun salamını alsa, hər ikisi savaba şərik olar. Yox əgər salamı almazsa, salam verən müsəlman küsülü qalmaqdan uzaq olar (buna görə ona günah yazılmaz)”.

  8. TÖVSİYYƏ EDİLİR (Yadınızda saxlayın) !
    1.İnsani üzünə tərif etmək onu qətlə yetirmək kimidir.
    2.Dünya üçün elə çaliş ki,sanki həmişə yaşayacaqsan.Axirətin üçün isə elə çaliş ki,sanki sabah öləcəksən.
    3.Qeybətə qulaq asan elə qeybət edən kimidir.
    4.Tövbə etmək qəlbləri paklayir,günahlari yuyur.
    5.Bilərəkdən gühan edən şəxs bagişlanmaga layiq deyildir.
    6.Bəndələrin dünyadaki əməlləri axirətdə gözlərinin qabaginda olacaqdir.
    7.Dünya bulud kölgəsi və şirin yuxu kimidir.
    8.Agilli şəxs odur ki,öz nəfsi üzərində qələbə çalsin və axirətini dünyasina dəyişməsin.
    9.Kimə bu 4 şey veribsə,ona dünya və axirət xeyri verilmişdir:
    1).danişiqda düzlük;
    2).əmanəti qaytarmaq;
    3).qarni (haramlardan gözləmək);
    4).xoş xasiyyət.
    10.Qəzəbdən çəkin ki,onun başlangici dəlilik,sonu isə peşmançiliqdir.
    11.Alim cahili taniyir,çünki özü də əvvəl cahil olmuşdur.
    12.Nadan alimi tanimir,çünki özü əvvəl alim olmamişdir.
    13.Övladini pis tərbiyə edərək onlarin üzə qayitmasina səbəb olan ata-anaya Allah lənət etsin.
    14.Ləzzətlərin gedəcəyi və günahlarin qalacagi yadinizda olsun.
    15.Allahin raziligi ata-ananin raziliginda,qəzəbi isə onlarin qəzəbidir.
    16.Səni kədərləndirən pis bir işin səni məgrur edən xeyir işindən Allah yaninda daha yaxşidir.
    17.İbadət çoxlu oruc və namaz yox,yaradiliş haqqinda (Allahin yaratdiqlarini) düşünməkdir.
    18.Qohumluq əlaqəsini bir içim su ilə də olsa möhkəmləndirin.
    19.Bir çox insanlarin nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.
    20.Dünya bir bazardir.Bu bazarda kimi qazanir,kimi isə zərərə düşür.
    21.Dostlarinin ən yaxşisi o kəsdir ki,sənin günahlarini unudub,yaxşiliqlarini yadda saxlasin.
    22.Siz qisa müddət ərzində və sayli günlərdə yaşayirsiniz,ölüm isə qəfildən gəlir.
    23.Dil yarasi (tənə vurmaq) nizə yarasindan daha yandiricidir.
    24.O,kəsə təəccüb edirəm ki,danişdigi sözlərin nə dünyada ona görə bir xeyri var,nə də axirəti üçün savab yazilir.
    25.Mömin tərəzinin 2 gözü kimidir � imani artdiqca bəlasi da artir.
    26.Allahdan qorx,haqqi söylə – sənin məhvin onda olsada belə.
    27.Bircə saatliq qisa düşünmək uzun-uzadi ibadətdən üstündür.
    28.Büdrəməmək üçün əvvəlcə düşün sonra daniş.
    29.Hər kəsin dəyəri onun biliyi qədərindədir.
    30.Əməl edilən az elm,əməl edilməyən çox elmdən üstündür.
    31.Axmagin qəlbi dilinin,aqilin dili isə qəlbinin arxasindadir (yəni,aqil əvvəlcə düşünür sonra danişir).
    32.Başqasinin sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.
    33.Çox vaxt bir saatliq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranir.
    34.Tənbəllik və hövsələsizlikdən uzaq olun.Çünki bu 2 hal bütün pisliklərin başlangicidir.
    35.Allah-təala pis danişan,lənət deyən və tənə vuranlari sevmir.
    36.Sənə zülm etmişlərsə də sən zülm etmə.
    37.Səni yalan danişmaqda ittiham edərlərsə qəzəblənmə.
    38.Yaradiliş məqsədiniz barədə düşünün və ona əməl edin.Çünki Allah sizi əbəs yerə yaratmamişdir.
    39.Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə onu bagişla.
    40.Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinir.
    41.Bəzi insanlar dünyanin bəndəsidirlər və dindarliqlari yalniz dildədir.Maddi həyatlarina uygun gələnədək dinlə yoldaşliq edirlər.İmtahan çəkildikdə isə dindarlar az olur.
    42.Mən ölümü eyni ilə xoşbəxtlik,zalimlarla yaşamagi isə agirli və əzabli saniram.
    43.Üzr istəməli olacagin işdən uzaq ol.Çünki mömin nə pis iş görər,nə də üzr istəyər.
    44.Nə çoxdur dilinin üzündən həlak olanlar.
    45.Çoxlarinin namazi əziyyət və yorgunluqdan başqa bir şey deyildir.
    46.Hədsiz zarafat abir-həyani aradan aparir və düşmənçiliyə səbəb olur.
    47.Hədsiz zarafat axmaqliq nişanəsidir.
    48.Fikirləşmək kimi ibadət,məsləhətləşmək kimi etibarli kömək yoxdur.
    49.Başqalarinin eyblərindən danişan kəs əvvəlcə öz eyiblərindən başlamalidir.
    50.Sənə ən yaxin olan düşmən öz nəfsindir.

  9. İslam dininin äsasları
    İslam dininin däyişmäyän äsasları vardır. Bunlar etiqad, ämäl vä äxlaqla älaqädar hökmlär olmaq üzrä üç yerä bölünür.
    a) Etiqadla älaqädar olan äsaslar
    Etiqad här hansı bir şeyä könüldän inanmaq vä bağlanmaq demäkdir. Qälbdäki etiqada “äqidä” deyilir. Bunun cäm halı isä äräb dilindä “Akait”dir.
    b) Ämällä älaqädar olan äsaslar
    İslamın ämällä älaqädar olan äsasları onun ämr vä qadağanlarıdır. Bunları yerinä yetirmäkdän vä yaxud da yerinä yetirmämäkdän mäsuliyyät daşıyırıq.
    Bunlardan qulla Allah arasındakı münasibätlärlä älaqädar olanlar ibadätlärdir.
    Ämällä älaqädar olan äsaslardan bir qismi dä insanın özüylä başqaları arasındakı münasibätläri tänzim edän hökmlärdir. Bu hökmlärin äsasını isä ädalät täşkil edir.
    c) Äxlaqla älaqädar olan äsaslar
    Äxlaqi hökmlär, äxlaqın gözälläşmäsi, qälbin bütün pis hisslärdän vä fikirlärdän tämizlänmäsi vä ruhun ucalması mäqsädi daşıyan müddäalardır.
    Əllərindəki Tövrat və İncildə (adının vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsuli-ümmiyə (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya Məkkəli) Peyğəmbərə(s.a.s) tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üzərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər.)
    Muhəmməd (s.a.s) peyğəmbərliyə yetişməzdən bir az əvvəl əhalidən uzaq gəzərək yeganə Allaha ibadət edərdi. İldə bir ay Həra dağına çəkilərək ibadətlə məşğul olardı.

    Bu müddət ərzində onun yanına gələn ac-yalavacları yedirdərdi. İbadət müddəti başa çatdıqdan sonra Məkkəyə dönər, Kə’bə evini 7 dəfə təvaf edib sonradan evə gedərdi. Həra dağına çəkildiyi illərdən birində peyğəmbərliyə çatır. Muhəmməd (s.a.s) belə deyir: Cəbrayıl mənim yanıma gəlib dedi: Oxu! Dedim oxumaq bilmirəm. Yenidən dedi: Oxu! Dedim nə oxuyum?Dedi:(Ya Peyğəmbər! Qur’ani-kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbin adı ilə (bismillah deyərək) oxu!O Həzrət peyğəmbərliyə yetişən dövrdə 40 yaşı varmış.
    Peyğəmbər (s) ilk dəfə ona nazil olan “Ələq” surəsinin əvvəl ayələrini aldıqdan sonra öz sığınacağını tərk edərək Məkkəyə gəldi. O gecə bənzəri olmayan baş verən hadisədən sonra təbiidir ki, Peyğəmbər(s.a.s.) hər işdən qabaq bir başa evə getmişdi. Bu zaman onun evində 3 nəfər yaşayırdı; şərəfli həyat yoldaşı olan Xədicə, əmisi oğlu Əli ibni Əbi Talib və Zeyd ibni Haris. Təbiidir ki, kişilər arasında isə Əli (ə), qadınlar arasında isə Xədicə ilk əvvəl Peyğəmbərə iman gətirmişlər. Nəzərə çarpacaq dərəcədə aydındır ki, bu mövzuda hansısa mübahisə və rəvayətlərin tədqiqinə lüzum görünmür.

  10. KİŞİ KİMDİR ?

    Kişi odur kişilərə qarışsın
    Kişi odur kişi kimi danışsın
    Kişi odur, sözü odtək alışsın
    Onda deyim,kişi arvad sayılmır.

    Təpər olsun kişi sözü hökmündə
    Nu dedisə, söz qalmalı fikrində
    Ağır gəlsin,ağır getsin ömründə
    Onda deyim,kişi arvad sayılmır .

    Qadın fikri, önəm deyil kişidə
    Arvad gərək,arvad sözün eşidə
    Kişi gərək, dost – kişini eşidə
    Onda deyim,kişi arvad sayılmır.

    Qeybət edib arxamızca danışma
    Arvad təki, kişi işinə qarışma
    Səhfi atmaq,başqasına çalışma
    Onda deyim,kişi arvad sayılmır.

    Kişi gərək qədrin bilə kişinin,
    Təlim üçün övladının beşiyin.
    Qeyrət-namus önəmidi işinin,
    Onda deyim,kişi arvad sayılmır.

    Söz dedisə kəsər olsun sözündə
    Döndərə bilməsin, gərək yüzüdə
    Həmişə olmalıdı, ayıq gözündə
    Onda deyim,kişi arvad sayılmır.

    Kəsdin çörək qədrin gərək biləsən
    Qardaş kimi, duz çörəyi yeyəsən
    Halal yeyib , halal yolla gedəsən
    Onda deyim,kişi arvad sayılmır.

    Hacı Rafiq ! az-az kişi var indi
    Örpək altda, atamandı, igitdi
    Özü demir,deyən arvad-gəlindi
    Onda deyim,belə kişi arvaddır.

  11. ŞƏXSƏN HACI RAFİQ İMANOVUN FİKRİDİR !

    İlk növbədə səbrli olun
    Səbəb hardandır gizli araşdır
    Danışanın sözünü kəsmədən dinlə
    İçməyə bir şey təşkil et ( çay,kofe,sok,su və s)
    Söhbətə zarafatyani söz-söhbət at
    ən əsəbini təyin et
    Ürək dirək vermək üçün yalana əl at
    Sakitləşdirici mövqe axtar
    Dağdan endirən ol,dağa çıxaran yox
    Qonşuların bilməməyinə çalış
    Söyüş və digər danışıqlara yol vermə
    Şirin danış
    Haram qəbul edibsənsə(içki və s)danışma,sus
    Öz fikrini yeritməyə ilk andan çalışma
    Xəstələnibsən deyə guya müalicə barədə düşünürsən
    Özündən böyük varsa,onu dinlə
    Əsəbləşmə
    Telefonu açmaki,başqalarıda söhbəti eşidər
    Sonrakı peşmanlıq pis olar bil
    Pul söhbətidirsə,təkliflər hazırla
    Televizoru və ya radiyonu xoşa gələn proqrama köklə
    Hər şeyin yaxında əla olacağını tez-tez de
    Səni hər an izləyirlər kimi özünü saxla
    Ac varsa,təcili yedizdirilməlidir
    Kənar adam varsa evdə(qohum,tanış və s) dayanın
    Evdə Mələk,Cin və Şeytan olduğunu unutmayın
    Məsləhət üçün gizli olaraq ağıllı olan, yaxınlarınıza müraciət edin
    Odu su ilə söndürərlər,yanacaqla yox bilin.

  12. AİLƏDƏ SÖZ SÖHBƏT OLARSA yuxarıdakı yazdıqlarıma əməl edin !

  13. BİLMİRƏM !

    Gözləyənin kor olubdu gözləri,bilirsənmi ay gözəl
    Qiymətini itiribdir sözləri, hörmətsizdir ,bil gözəl
    Xoş xəbəri,söz hörmətin verən yoxdur ey gözəl
    Kimə desin,kimdən alsın,bölüşdürsün ? bilmirəm

    Əyləşibdir tərpənməyən həddən böyük daş üstə
    Hər gələnin sualını cavablayır,deyir belə baş üstə
    Hara getsin dərdin desin, qəbul olsun göz üstə
    Dərdi sərin həll edəcək kimlər varki ? bilmirəm

    Elə bilki adı çıxıb can əvəzi,heç xəbəri yoxdur onun
    Təhlükəsiz yoxdu ünvan, gözləyəsi həyat yolun
    Qəlbi mövqe tapmayacaq,bilir bunun görmür sonun
    Sonu yoxsa nə faydası, səbəb kimdir ? bilmirəm

    Təkəbbürün yıxacaqdır bilirsənmi həyat nədir
    İmtahanın geniş olar , iftiranı atmayaraq bilin qədr
    Hər insana qiymət verən, bilirsənmi kimdir-nədir
    Tanrı verən yoldan çıxma, fikrin nədir bilmirəm

    Hacı Rafiq gözün yummur,gördüyünü deyəndir
    Allah verən saf ruzidən, qəlbi doycaq yeyəndir
    Təyin olmuş yolu ilə, iftixarla əzəmətlə gedəndir
    Sona qədər, dözəcəyin bilirsizmi ? bilmirəm

  14. Çox arvadlılıq

    Qurani-Kərimdə qadınlara aid nazil olmuş bəzi ayələr haqqında yanlış düşüncələr mövcuddur. Biz onlardan bəzisinə toxunacağıq. Daha çox mübahisələrə səbəb olan (ən çox da qeyri-müsəlmanlar tərəfindən dinimizə qarşı təhqir kimi səslənən) məsələlərdən biri çox arvadlılıqdır. İlk öncə bu məsələ ilə bağlı üzləşdiyim bir hadisəni nəzərinizə çatdırmaq istərdim: San Fransiskoda keçirilən konfransda İslam haqqında çıxış edərkən, konfrans iştirakçılarından bir qadın mənə belə bir iradla müraciət etdi: “İslam dini eyni vaxtda bir kişiyə dörd qadınla evlənməyə icazə verdiyi halda nəyə görə bir qadına dörd kişi ilə evlənməyi qadağan edib? İslam dinindəki ədalət budurmu?!” Mən ona belə cavab verdim: “Sizin ölkədə subay gənclərin ehtiraslarını söndürməkdən ötrü qadınlardan ibarət xüsusi barlar (salonlar) vardır. Könlündən eyş-işrət keçən gənclər oraya gedib, pullarını köçürdükdən sonra istədiyi qadınlarla qeyri-qanuni cinsi əlaqədə (zinalıqda)olurlar. Bəs, nə üçün bu ölkədə kişilərdən ibarət salonlar yoxdur ki, könlündən eyş-işrət keçən qadınlar oraya daxil olub öz cinsi rahatlıqlarını təmin etmək üçün istədikləri kişilərlə vaxt keçirə bilsinlər?” Sual verən qadın susdu, daha danışmadı…. Mən isə sözümə davam etdim: “Çünki qadın təbiətən birdən çox kişini qəbul edə bilmir və şərəfli qadın öz iffətini, izzətini yalnız bir kişinin arvadı olmasında görür. (Hətta şəriətimiz buna icazə verdiyi halda bəzi qadınlar əri öləndən sonra başqasına ərə getməyə belə razı olmurlar). Bundan əlavə, qadın birdən çox kişiylə evlənərsə, nəsil qorunmaz və uşağın atası bilinməz. Həmçinin, kişi uşağın ondan (onunku) olmasına qarşı çox həssasdır. Digər tərəfdən, əgər qadın birdən çox kişiylə evlənmiş olsa, həmin kişilərin sperması qadının bətnində qarışdığından, uşağın kimə nisbət edilməsi şübhəli qalar. O maneələrdən biri də budur: kişi öz arvadı ilə yaxınlıq etmək istəyəndə, öz qadınının yanında başqa kişini görür…”
    Belə bir sual yaranır: görəsən, Allah-Taala kişiyə birdən çox qadınla evlənməyi vacib əmr kimi buyurmuşdur, yoxsa halal bir iş kimi? Çünki vacib və halal hökmü bir-birindən fərqlənir. Vacib o əmələ deyilir ki, insan onu mütləq yerinə yetirməlidir. Əks halda günah etmiş olar. Halal isə o işə deyilir ki, insan onu edib-etməməkdə ixtiyar sahibidir. Əgər o işi yerinə yetirməsə, ona heç bir günah yazılmaz.
    Qurani-Kərimin ayələrində kişiyə müəyyən şərtlər əsasında birdən çox qadınla evlənməyin halal olduğu göstərilir. Allah-Taala “Nisa” surəsinin 3-cü ayəsində belə buyurub: “Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın!(*razılıqla*) Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır”.
    Çox arvadlılıqda əsas məqsədlərdən biri (əvvəllər)qadının cəmiyyətdə ərsiz və ya arxasız qalmamasıdır. Çünki bu cür qadınlar fərdi və ictimai həyatlarında bir çox çətinliklərlə üzləşirdilər. Ümumiyyətlə, hər bir qadın öz ərinin birinci arvadı olmaq istəyir və başqa bir çıxış yolu və yaxud kiminsə birinci arvadı olmasına müvəffəq olmadıqda, ikinci arvad olmağa razılaşır. Daha aydın desək, həmin qadın ərsiz qalmaqdansa, kiminsə qanuni arvadı olmasını üstün tutur.
    Həmçinin, kişi ikinci qadın ilə evlənmədə ixtiyar sahibi olduğu üçün birinci qadın ondan evlənməməyi tələb edə bilməz. Digər tərəfdən, birinci qadının razılaşmaqdan başqa çıxış yolu da yoxdur əgər kişi təkidlə bunu tələb edirsə və tutarlı əsası varsa. Çünki boşanmaq nə məqsədə uyğundur, nə də məsələnin həllidir. Əgər indi o, birinci xanım sayılırsa, boşanandan sonra ya ərsiz, ya da kiminsə ikinci və ya üçüncü xanımı olacaq. Bu səbəbdən həmin qadın ərinin birinci qadını olmasını boşanmaqdan üstün tutacaq.
    Amma bəzi İslam alimlərinin rəyinə görə qadının haqqı vardır ki, ərə gedərkən əqd zamanı şərt kəssin: “Mənim razılığım olmadan ikinci qadınla evlənə bilməzsən”. Bəzi alimlər isə bu şərtin doğru olduğu və ya olmadığını söyləyirlər, çünki ədalətlə rəftar edə biləcəyi təqdirdə kişi iki, üç, dörd qadınla evlənə bilər.
    Məsələyə başqa tərəfdən yanaşaq: Cəmiyyətdə kişi və qadının say bərabərliyini nəzərə alsaq, kişilərin qadınlardan az olmasının şahidi olarıq.
    Bunun bir səbəbi də kişilərin müharibə və s. kimi hadisələrdə dünyalarını dəyişməsidir. Əgər qadınların kişilərdən sayca çox olması real faktdırsa və hər bir kişiyə birdən çox qadın düşürsə, nə üçün evlənməyə qadağa qoyulmalıdır? Axı, ailə qurmaq üçün kişilər azlıq təşkil edirsə, ailə qurmaq arzusunda olan qadınlar nə etməlidirlər? Onları himayəsiz buraxmaq olarmı? Axı onların da öz həyatlarını, rahatlıqlarını təmin etmək üçün haqqı vardır.
    Gəlin, başqa növlərə nəzər salaq. Adətən, aparılan müşahidələr say etibarı ilə müqayisədə erkək cinsinin dişi cinsindən azlıq təşkil etdiyini göstərir. Yüz ədəd yumurta üzərində cinsi növlülüyü təyin etmək üçün tədqiqat aparılsa, toyuqların sayı xoruzların sayından çox olacaq. Toyuğun sayca çox olmasının bir səbəbi budur: toyuq bizə yenə də yumurta verir və biz o yumurtadan ya yeyir, ya da o yumurtanı toyuq və ya xoruz çıxarması üçün saxlayırıq.
    Yaxud yüz xurma ağacı əkilsə, onlardan çoxu dişi, azı erkək çıxacaq. Çünki meyvəni gətirən dişi ağaclardır. Yəni dişi xurma ağacı həm xurma, həm də xurma ağaclarının toxumlarını gətirir. Ətrafa diqqət etsək, bütün varlıq aləmində dişi cinsin funksiyasının bu cür olduğunun şahidi olarıq. Səbəbi isə odur ki, erkək cinsi dişi cinsini mayalandırır, o isə məhsul verir.
    İslam ölkələrinə nəzər salsaq, görərik ki, iki qadınla rəsmi evlənənlərin sayı cəmi 3%-ə çatır. Məgər bu, böyük göstəricidir? Bundan əlavə, İslam şəriəti halalın qarşısına elə bir şərt qoymuşdur ki, az adam onun öhdəsindən gələ bilər. Həmin şərt ədalət prinsipidir. Kişi, ancaq ədalətə riayət edəcəyinə əmin olduğu təqdirdə birdən çox qadınla nikah bağlaya bilər.
    3% hesabı, yəni yüz nəfərdən cəmi üçünün iki arvadlı olması deməkdir. O üç nəfərin iki arvadlı olmasına səbəb olan amilləri də unutmamalıyıq. Bəlkə birinin arvadı yataq xəstəsidir. Onun üçün ikinci arvadla nikah bağlamaq zərurəti meydana çıxır. O nə etməlidir? O, ikinci arvadı almaqdan ötrü, xəstə arvadı boşamalıdırmı? Yoxsa gedib başqa qadınla zina etməlidir? Axı, xəstə qadını boşamaq da olmaz, onun öz kişisinə ehtiyacı vardır. Başqa qadınla zina etmək isə haramdır.
    Belə olan təqdirdə kişi nə üçün ona halal olan ikinci qadınla evlənməməlidir?
    Statistik hesablamalar göstərir ki, üç qadınla evlənən kişilərin sayı mində birə çatır. Dörd qadınla evlənən kişilərin sayı isə beş mində birə çatır.
    Məgər bu, böyük göstəricidir? Çox arvadlılıq məsələsini problemə çevirmək nə dərəcədə doğrudur? Məgər Allah-Taala insanlar üçün nəyin xeyirli, nəyin zərərli olmasını bilmirmi? Əlbəttə ki, Allahın nazil etdiyi hökmlərdə bir sıra hikmətlər vardır. İstər insan o işdəki hikməti anlasın, istərsə də yox. Bu, İlahi hökmə xələl gətirməz. O hikmətləri görməyənlər isə əlbəttə ki, məsələyə öz bəsit düşüncələri ilə yanaşmalı olacaqlar.
    Mənim fikirimcə bir kişi bir qadınla evlənsə düz olardı.Üzürlü səbəbdən dul qalmış uşaqlı qadın dul qalmalı,dul kişi isə uşaqsız dul qadınla ailə qursa məsləhətdir.Dul uşaqsız qadın isə ürəyi istədiyi məsləhətlə nəzərdə tutulmuş kişi ilə həyatını davam etdirə bilər.Zinalıqdan qorxun.
    “Ədalətlə rəftar edə bilməyəcəksiniz” ayəsinin anlamı

    Bəzi təfsirçilər isə Quarani-Kərimin ayələrini düzgün başa düşə bilmədiyindən Allah-Taalanın çox arvadlılığı haram etdiyini söyləyirlər. Onlar aşağıdakı ayələri dəlil gətirirlər: “Əgər ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər qadın və ya sahib olduğunuz kənizlə evlənin! Bu, ədalətli olmağa daha yaxındır” (“Nisa” surəsi, ayə 3). “Siz hər nə qədər cəhd göstərsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib belə hərəkətlərdən çəkinsəniz, (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayan və rəhm edəndir!” (Nisa surəsi, ayə 129)
    Həmin təfsirçilər bu iki ayənin mənasından belə başa düşürlər ki, Allah çox arvadlılığa icazə vermir, hətta onun mümkünsüzlüyünü vurğulayır. Çünki iki arvad arasında ədalətlə dolanmaq əsas şərtdir. Ayədə isə “Siz hər nə qədər cəhd göstərsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız” söyləyir. Belə olduğu halda birdən çox qadınla evlənmək qeyri-mümkündür.
    Yaxşı olar ki, həmin təfsirçilər ayələrin mənalarına daha diqqətlə yanaşsınlar. Çünki ayədə deyilir: “Siz hər nə qədər cəhd göstərsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın”. Göründüyü kimi, çox arvadlılıq hökmü olduğu kimi qalır. Sadəcə olaraq, bu ayənin təfsiri onların başa düşdükləri tərzdə deyil.
    Əgər Allah-Taala bu ayədə çox arvadlılığın hökmünü ləğv etmiş olsaydı, onda həmin ayə “Siz hər nə qədər cəhd göstərsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız” cümləsi ilə tamamlanardı və mübahisəyə yer qalmazdı. Amma ayənin sonuna nəzər saldıqda görürük ki: “Barı, (birisinə) tamamilə meyl göstərib digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın” ayə çoxarvadlılığı isbat edir.
    Bundan başqa, əgər hökm ləğv olunsaydı, onda “Siz nə qədər cəhd göstərsəniz də” kəlməsi nə üçündür? Əgər Allah o hökmü “ədalətlə rəftar etməyi bacarmazsınız” ifadəsi ilə ləğv edibsə, biz nəyə cəhd göstərə bilərik? Deməli, “cəhd göstərmək” sözü hökmün qalmasına sübutdur. Əslində, Allah-Taala kişilərdən imkanları daxilində ədalətə riayət etməyi tələb edir. Allah-Taala belə buyurur: “Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın”. Yəni, Allah kişilərə arvadlardan birisinə çox meyl göstərib, o birisini asılı vəziyyətdə, (yəni nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymamağı tövsiyə edir.
    Əgər çox arvadlılıq hökmü ləğv olunsaydı, ayələrdə “birisinə daha çox meyl edib, o birisini asılı vəziyyətdə qoymayın” deyilməzdi. Deməli, Allahın kişilərə bu şəkildə tövsiyə etməsi iki arvadla nikahın səhih olmasını bildirir.
    Digər tərəfdən, əgər birdən çox qadınla evlənmək haram olsaydı, ilk növbədə Peyğəmbərimiz (s) özü xanımlarını boşayıb yalnız birini saxlayardı.
    Bəs, ayədəki “ədalət” kəlməsi hansı mənanı ifadə edir?
    Bu ayədə Allah-Taalanın bizdən tələb etdiyi ədalət şərti mütləq ədalət deyil, əksinə, mümkün ola bilən, yəni insanın gücü çata bilən ədalətdir. Belə ki, burada ədalət, kişinin öz arvadları ilə bərabər vaxt keçirməsi, onların xərclərini eyni tərzdə ödəməsi kimi məsələlərdə bərabərliyə riayət etmə anlamını ifadə edir. Təbii ki, kişinin bir qadını üçün israfçılıq edib, o birisi üçün xəsislik etməsi ədalətdən deyil. İslam dini nə israfçılığı, nə də xəsisliyi bəyənir. Lakin kişidən arvadlar arasında məhəbbət baxımından ədalətlə rəftar etməsi tələb olunmur. Kişi birini o birindən çox sevə bilər. Qəlblə bağlı olan sevgi-məhəbbət iradəyə tabe olmadığından ədalət şərti bu məsələyə aid edilmir. Çünki qəlb istər-istəməz ikisindən birinə daha çox meyl edəcək. Amma bu meyl bir qadına o qədər güclü olmamalıdır ki, digəri asılı vəziyyətdə qalsın, (yəni, ayədə vurğulandığı kimi, nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış olsun).
    Peyğəmbərin (s) xanımı Həzrət Aişə deyir: “Rəsulullah (s) gecələrini qadınları arasında bölüşdürərdi və ədalətlə rəftar edərdi. Sonra da duasında deyərdi: “İlahı! Bu, mənim gücüm çata bilən ədalətlə dolanmağımdır. Sənin malik olduğun, mənim isə malik olmadığım ədalətdə məni qınama!” Burada Peyğəmbərin malik ola bilmədiyi ədalət sevgi-məhəbbətlə bağlıdır. Təbii ki, o da bir qadınını digərlərindən çox sevirdi, lakin gecələri bərabər şəkildə bölüşdürərdi.
    Nəzərə almaq lazımdır ki, birdən çox qadınla nikah bağlamaq sosial problemləri həll etmək zərurətindən də irəli gələ bilər.
    Qeyd etdiyimiz kimi, iki qadınla evlənənlərin sayı yüzdə üç nəfərə, üç qadınla evlənənlərin sayı mində bir nəfərə, dörd qadınla evlənənlərin sayı isə beş mində bir nəfərə çatır.
    Bu say, göründüyü kimi, elə də böyük bir problem deyil. Lakin qəlblərində xəstəlik olanlar, İlahi hikmətdən xəbərsiz olanlar, çox arvadlılıq məsələsini qabartmaqla İslama böhtan atmaq və İslam işığına kölgə salmaq istəyirlər

  15. Amr ibn Şueyb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər (s.a.s) Məkkənin fəthi olan il Kə’bənin pilləkəni üstündə oturdu. Allaha həmd-səna etdikdən sonra dedi: “Kimin cahiliyyət dövründən qalma bir andlaşması varsa, (bilsin ki,) İslam ona ciddilikdən başqa bir şey artırmaz (bu din artıq onu ləğv etmişdir). Habelə Məkkənin fəthindən sonra hicrət yoxdur”.

  16. Allaha iman
    Allahın varlığını, birliyini, əzəli və əbədi olduğunu, yəni varlığının bir başlanğıcı olmadığını və əbədiyyən sona çatmayacağını, tayının, oxşarının, ortağının, oğlunun, qızının olmadığını; varlığı özündən olub varlığı üçün başqa heç bir şeyə möhtac olmadığını, yaradılmış olan şeylərdən heç birinə bənzəmədiyini, bilavasitə düşündüklərimizdən və xəyalımıza gələn şeylərin hamısından başqa olduğunu; hər şeyi bildiyini, hər şeyi gördüyünü, hər şeyi eşitdiyini, duyduğunu, här şeyə gücünün çatdığını, här şeyi yaradanın o olduğunu qəbul etmək Allaha imanın əsas şərtləridir. Bir sözlə, Uca Yaradanın hər cür əskiklikdən uzaq olduğunu, hər cür əskiksizlik xüsusiyyətinə malik olduğunu qəbul etmək və buna ürəkdən, tərəəddüdsüz bir şəkildə inanmaq;
    həddi-büluğa çatmış hər bir ağıllı şəxs üçün fərzdir.
    Mərhəmətli Allah Özündən qorxan qulları üçün Firdovs, Məva, Ədn, Naim, Huld, Aliya bağlarını hazırlayıb. Onlar bir-birindən öz gözəllikləri, çeşmələri və ağacları ilə fərqlənirlər. Ər-Rəhman surəsində Uca Allah Cənnətin ən gözəl bağları haqqında belə deyib: Orada iki axar bulaq vardır.
    Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz! Orada hər meyvədən iki növ vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz! Onlar (möminlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki növü,cənnətin meyvələrini dərmək də asan olacaqdır.

  17. АЛЛАЩIMA ÇOX ШЦКЦР
    Башгасына, хырда гуйу газанлар
    Дярин олан,эен гуйуйа дцшярляр
    Башгасынын эедишлярин эедянляр
    Узун эетмяз, Aллащыма çox шцкцр
    Həmd onunki,Allahıma çox şükür

    Дайагсыз щюрэцдян,диварлар олмаз
    Йетим гузуданда,гочу щеч олмаз
    Кцсянин пайындан она, пай олмаз
    Гиймяти веряня, йазана шцкцр
    Ucaldandır, tək Allaha çox şükür

    Башгасынын щесабына доланан
    Исти печи, башга *шота* галанан
    Касыбданда инан, рцшвят аланнан
    Xeyir gəlməz, гейд едяня мин шцкцр
    Mərhəmətli , Allahıma çox şükür

    Ял йумайыб,цз йумаьы эюзляйян
    Аилясиндян *мянфяяти* эюзляйян
    Щаггы гойуб, nащаглары изляйян
    Шейтанлара, нящлят йазана шцкцр
    Yaradandır Allahıma çox şükür

    Юмрц бойу юз ямяйин севянляр
    Садяловъя, дцзэцн йолла,эедянляр
    Щалаллыгла, щалал чюряк йейянляр
    Чох эедярляр, сярванына чох шцкцр
    Kərvan quran Allahıma çox şükür

    Рафигям мян,эюррям,эюрцнмязляри
    Язярям сюзцмля, язилмязляри
    Щяйатда щяр кяся яйилмязляри
    Йарадан тяк olan, аллаща шцкцр
    Füsünkar naxışlı Allahıma çox şükür.

    Hacı Rafiq deyir : cənnət vaxtın arayın
    Qəlbinizdə din-imanın tonqalını qalayın
    Sevin, Qurani Kərim kitabının sarayın
    Onda deyərsən yəqin, Allahıma çox şükür
    Yaradıbdır,Yaradana- Allahıma çox şükür.

  18. Ə S Ə B
    Əsəb insanın başındadır
    Əsəbi şeytan idarə edir
    Əsəb ölüm qapısının açarıdır
    Əsəb dustaqlığa aparır
    Əsəb ürək düşmənidir
    Əsəm hörmətdən salandır
    Əsəb ailəni poza bilir
    Əsəb şübhənin qardaşıdır
    Əsəbin səbri görməyə gözü yoxdur
    Əsəb ac olanda güclü olur
    Əsəb törədicisi gözdür
    Əsəb vicdanın qeyri azadlığıdır
    Əsəb bütün canlılarda olur
    Əsəb ən güclü hücumçudur
    Əsəb streccin bacısı,xəstəliyin qardaşıdır
    Əsəb 7b və 9 b xəstəliyi toxumudur
    Əsəb beyinə qan sızdırandır
    Əsəb xəstəliklərin anasıdır
    Əsəbə işarəni iblis,hərəkəti isə şeytan verir.

  19. ŞİRİNLİK BU DEMƏKDİİR ?

    Bilmək çətin niyə baldan şirin oldun
    Həyat tərzdən,bir tərəfli niyə soldun
    Ey Allahım, evlad deyir yetim oldum
    Bu Dünyanın şirinliyi bu deməkdiir ?

    Gecə gündüz çalışıram onlar üçün
    Talehimi belə yazdın, budur ölçüün
    Dua edib,zəkat verrəm axirətçün
    Bu Dünyanın şirinliyi bu deməkdiir ?

    Tənha qalıb dost sorağın anlamışam
    Körpə sual verib,susub bilki ağlamışam
    Sirdaş üçün kərvan başa, yalvarmışam
    Anlamayıb,gör, şirinlik bu deməkdiir?

    Yazan yazıb taleyimi, kədərlidir- qəmlidir
    Gözlərimdən gələn şəbnəm qan rəngidir
    Mənə yaxın duran dostlar ,çox fərqlidir
    Fani Dünya ! şirinliyin bu deməkdiir?

    Gözəlliyin əvəzinə,gözəl bəxti verməliydi
    Bu dünyamız, şeytan libas-geyməliydi
    Yada ömr-günü, çox-çox uzun etməliydi
    Kim deyərdi ona, o, şirinlik bu deməkdiir?

    Namaz qıldım,ziyarətdə olmuşam
    Ey Allahım! Kitabını mən sevmişəm
    İslam üçün bilirsənki tez getmişəm
    Bu dünyanın şirinliyi bu deməkdiir ?

    Hacı Rafiq lap tələsib yazar oldun
    Yaddan çıxan fikirləri yana qoydun
    Fikir dərdli,bilməm niyə belə soldun
    Bil,bu dünyanın şirinliyi bu deməkdir.

  20. Kim olduğun,kimin oğlu olduğunu bilirlər

    Mülki saray,maşın-gəzmək,önəm deyil
    Kim olduğun,kimin oğlu olduğunu bilirlər
    Pul-mal göstər,təkəbbürlü insan deyil
    Kim olduğun,kimin oğlu olduğunu bilirlər

    İnsanlarda göz tərəzi,babalarım deyibdir
    Sadə olan halal malın,nemətini yeyibdir
    Hər insantək ona layiq libasını geyibdir
    Kim olduğun,kimin oğlu olduğunu bilirlər

    Elə bilmə sənə xalqım,qiymətini verməyib
    Bir insanda sən getdiyin,yolun ilə getməyib
    Sən etdiyin hərəkəti bir insanda etməyib
    Kim olduğun,kimin oğlu olduğunu bilirlər

    Verdiyini hara gəldi demək adət olubdu
    Vermişidin*o güllərin*həmin anı solubdu
    Tanıyanlar çox maraqlı ləqəbini qoyubdu
    Kim olduğun,kimin oğlu olduğunu bilirlər

    Kişi olub,yaxşılıqla münasibət yaxşıdır
    Verdiyini Allah bilsə bəsdi,belə yaxşıdır
    İftirasız-Halallıqla,cənnət-körpü yaxşıdır
    Kim olduğun,kimin oğlu olduğunu bilirlər

    Hacı Rafiq bu şerini ,ünvanladır sizlərə
    Oxuyaraq etibarı, etməyin heç kəslərə
    Belələri çoxdu indi, ləkədirlər düzlərə
    Kim olduğun,kimin oğlu olduğunu bilirlər.
    2010

  21. İ S T Ə R Ə M

    Zükvətdə yaşayıb, əzab çəkəni
    Namazsız filansız yeyən xörəyi
    Firontək, nifaq toxumların əkəni
    Peşman olanda,görmək istərəm

    Tut !deyəndə kömək üçün tutmuşam
    Vacib əməl , sevənlərçün olmuşam
    Namaz qılıb yardım edib durmuşam
    Müşrük-kafir, qoşulmamaq istərəm

    İslam yolun birdən həddin aşanlar
    Şərik qoşmaq,ada- adlar qoşanlar
    İman gördü,lap yalandan coşanlar
    Susaydılar,lal- olmalağın istərəm

    Yaxşılığı etdim başa düşmədi
    Etdiyimin,heçdə yerin bilmədi
    Mənə görə haramlığa getmədi
    Halal ilə,haqqın yeyən istərəm

    Çağırıram əlmuzd alıb gedirlər
    Sağol demir,naşükürlük edirlər
    Daha çoxlu müftələri güdürlər
    Nə verdilər,alıb gedən istərəm

    Hacı Rafiq ürək işə salandır
    Ağrı ilə, canı dərdə salandır
    Öləcəkdir,bu bilinki yalandır
    İmanilə,sonra ölmək istərəm

  22. Hz. Məhəmməd (s.a.a.) buyurur: “Mömin o kəsdir ki, nəfsi onun əlindən əziyyətdə, camaat isə onun əlindən asayiş və rahatlıqdadır.”
    Hz. Məhəmməd (s.a.a.) buyurur: “Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.”
    Hz. Məhəmməd (s.a.a.) buyurur: “Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.”
    Həzrət Məhəmməd (s) buyurur: “Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”
    Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun arzularını eşitsin.”
    Həzrət Məhəmməd (s) buyurur: ”Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən.”
    Həzrət Məhəmməd (s) buyurur: “Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”
    Həzrət Məhəmməd (s) buyurur: “Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.”
    Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.”
    Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.”
    Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.”
    Həzrət Məhəmməd (s) buyurur: “Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.”
    Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.”
    Həzrət Məhəmməd (s) buyurur: “Dünyanın şirinliyi axirətin acılığı və dünyanın acılığı axirətin şirinliyidir.”
    Həzrət Məhəmməd (s) buyurur: “Qadının cihadı ərinə yaxşı baxmaqdır.”
    Həzrət Məhəmməd (s) buyurur: “Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.”
    Həzrət Məhəmməd (s) buyurur: “Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.”
    Həzrət Məhəmməd (s) buyurur: “Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.”
    Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mömin olmaz.”
    Həzrət Məhəmməd (s) buyurur: “Heç bir kəs gücü çatmayan şeyi qonağı üçün hazırlamamalıdır.”
    Həzrət Məhəmməd (s) buyurur: “Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir.”
    Həzrət Məhəmməd (s) buyurur: “Sədəqə verməklə mal azalmaz.”

  23. 4 ARVADLI ZAMAN !
    Yazdı : Hacı Rafiq İmanov
    Bir nəfərə dedik( adı Zaman kişi) : necə olubki,Sənin 4 arvadın var ?
    Başına gələnləri xahişdən sonra danışmağa başladı.
    SİZDƏ OXUYUN MƏLUMUNUZ OLSUN !
    Zaman kişi : Mən xeyli müddət subay yaşayırdım.Valideyin və məni tanıyanlar mənə evlən deyirdilər.Hətta mənim barəmdədə digər fikirə düşmüşlərdə var idi.Hərdən sözdə atırdılar.
    Valideyinlərimin icazəsi ilə *24 sot* torpaq sahəsi alıb,Böyük ev tikdirdim.Evə nə lazım idi arvaddan başqa aldım.
    Valideyinlərimə dedimki,mən islam qaydası ilə çoxarvadlı olmaq istəyirəm.Yəni Qurani Kərimdə deyildiyi kimi, tam qanuni Allahın razılığı,Peyğəmbərimizin istəyi ilə 4 arvad alıb xöşbəxt yaşayacağam.Bu mənim gələcək PLANIM idi.
    Valideyinlərim razı oldu və problem olsa bizim övladımız deyilsən dedilər.
    Mən təhsilli olduğum üçün,hər şeyi götür-qoy etdikdən sonra, bir nəfər xoşum gələn, özümdən 3 yaş aşağı ərə getməmiş qızı(adı Zərin), ailəsinin və özünün razılığı ilə toy-büsadla evimə gətirdim.
    Toy gününün sabahı günü yığılmış puldan 2 boğaz inək, 10 boğaz qoyun, 2 boğaz keçi,50 yumurtlayan toyuq,2 xoruz,1 at,1 at arabası və s. aldım.
    Qısa günlər keçməmiş arvadımı, işlərini qaydasına qoymasına göstəriş verdim.
    Arvad bütün heyvanları yerbəyer etməli idi.O isə görürdümki,çətinlik çəkir.
    Ancaq onun xəbəri yox idi mənim gələcək Planımdan.
    Günlər bir birini əvəz edirdi,arvadım isə çətinlik çəkdiyini mənə deyirdi.İnək və qoyunlar balaladılar.İş çoxaldı.
    Zərinə dedimki,bəlkə ikinci arvad alım sənədə,mənədə,işlərimizədə baxsın.
    Zərin o dəqiqə dedi: yox olmaz,boşanaram.Dedim yaxşı.
    Sabah gedib südü,qatığı,yunu,pendiri,yumurtaları təhfil verib 2 dana aldım gətirdim həyətə.
    Zərin doğmaları ilə məsləhətləşdiyini mənə bildirmədən,işini çatdıra bilmədiyini bildirərək bir gecə dedi: yaxşı ikinci arvadın işi nə olacaq.
    Zaman : dediyim kimi,bizə də baxacaq, işlərimizi də görəcək. RAZILAŞDI ! və mənim sözümdən çıxsa gedəcəyəm dedi.Məndə razılaşdım.
    Nə isə gedib 2-ci gözüm görmüş və xəlvəti razılığını aldığım qızı (adı Fatimə)öz razılığı ilə (qaçırmaq adıyla) gətirdim evə.Şənlik evimdə qısa məclis kimi keçirildi və yaxınlarımız xeyir dua verdilər.
    Fatimə hər işdən agah idi və hər şeyə razılıq vermişdir.İlk gündən iki qadın mehribanlıqla yaşayırdılar.
    Mənim aylıq gəlirim təmiz azı 5000 manat( 6000 $)idi. Rayon yeri pulum isə Allah tərəfindən elə bil göydən tökülürdü.Yüksək səviyyədə yaşayırdıq.
    2 gündən sonra 2 boğaz Camış,10 qoyun 25 hindüşqa və 15 qaz aldım gətirdim evə.
    Zəriş və Fatimə bir az tərs-tərs baxdılar,ancaq qorxularından dinmədilər.
    5 aydan sonra bunların əziyyət çəkirik dediklərini eşidən kimi dedim,bəlkə bir nəfərdə arvad alım,Sizədə baxsın,evədə-həyətə-bacayada,mənədə.Gülüşüb getdilər.Gedə-gedə yox dedilər.
    Sabah gedib 1 inək,5 qoyunda aldım gətirdim.
    Həyətimin yanındakı 1 hektar torpaq sahəsinidə aldım.Tərəvəz əkməyi,toyuq cücələri və digər qanadlıları orda yetişdirməyi göstəriş verdim.
    Axşam evə gələndə Zəriş ilə Fatimə mənə yaxınlaşıb dedilər: ZAMAN qurban olaq sənə 1 nəfərdə al,bizədə baxsın heyvanlarada. Sənə biz özümüz baxarıq.
    Razılaşıb çıxdım səhərisi gün kəndə.Yenə əvvəlcədən planlaşdırdığım və razılaşdığım qızı (adı Zəhra )həmin qayda ilə evə gətirdim.
    Qohum əqrabanın xeyir duası ilə şənlik keçirib yaşamağa başladıq.
    2 il də keçdi.
    Zərindən bir oğlum,Fatimədən bir oğlum var idi.
    Zərin,Fatimə və Zəhra bir yerdə yaxşı yaşayırdılar.Evdə öz otaqları var idi.Evin hər mərtəbəsi 150 kv.m. Mansartlı 3 mərtəbə evim var.( Villa deyirik- 4 mərtəbə)
    Bir gün onların mübahisə etdiklərini gördüm.3-nü də ağaca bağladım. Ağac budağı ilə hər 3-nü o qədər möhkəm döydüm ki,gəl görəsən.
    Döyə-döyə planımıda həyata keçirmək fikrinə düşdüm və dedim sabah bir nəfərdə arvad alacağam,sizədə baxsın mənədə.
    Ağlaşma ərşə qalxırdı.
    3 gündən sonra Zərin mənə yaxınlaşıb dedi: Biz razıyıq,ancaq gərək bütün işləri tam bölüşdürəsənki,bizim aramızda mübahisə olmasın.
    İnanınki,arvadlarımın heç birini, birinin ayağına vermirəm,İslam qaydası ilə Hamımız NAMAZ qılırıq,bir-birimizə eyni məhəbbətimiz var.Hamısına fərq qoymadan yaşayıram.
    Səhərisi günü kəntdə, yenə əvvəlcədən razılaşdığım qızı(adı Əminə) evə gətirdim.
    Zərini ədalətli olmaq şərti ilə başçı təyin etdim və Yemək işini (biş-düş)ona tapşırdım,Fatimə – Zəhra Heyvanlara, Əminə isə ev işlərini görməklə məşğul olurlar.Hər birindən 1 oğlum və bir qızım var hal hazırda.
    Əlavə işlərimi görmək üçün daha heç kəsə Allahdan başqa ehtiyacımız yoxdur.
    Xöşbəxt,söz-söhbətsiz yaşayırıq. Allah bütün Müsəlmanlara kömək olsun.AMİN !

  24. Böyük günahlar doqquzdur;
    1.Allaha şərik qoşmaq,
    2.adam öldürmək,
    3.cihaddan qaçmaq,
    4.ismətli qadına böhtan atmaq,
    5.sələm yemək,
    6.yetimin malını yemək,
    7.məsciddə günah işlətmək,
    8.(dini) məsxərəyə qoymaq
    9.valideynlərin üzünə ağ olub onları ağlatmaq”.

  25. rafiq_haci59@mail.ru said

    Mən HACI RAFİQ İMANOV deyirəm: AİLƏDƏ SÖZ-SÖHBƏT OLARSA : İlk növbədə səbrli olun
    Səbəb hardandır gizli araşdır
    Danışanın sözünü kəsmədən dinlə
    İçməyə bir şey təşkil et ( çay,kofe,sok,su və s)
    Söhbətə zarafatyani söz-söhbət at
    ən əsəbini təyin et
    Ürək dirək vermək üçün yalana əl at
    Sakitləşdirici mövqe axtar
    Dağdan endirən ol,dağa çıxaran yox
    Qonşuların bilməməyinə çalış
    Söyüş və digər danışıqlara yol vermə
    Şirin danış
    Haram qəbul edibsənsə(içki və s)danışma,sus
    Öz fikrini yeritməyə ilk andan çalışma
    Xəstələnibsən deyə guya müalicə barədə düşünürsən
    Özündən böyük varsa,onu dinlə
    Əsəbləşmə
    Telefonu açmaki,başqalarıda söhbəti eşidər
    Sonrakı peşmanlıq pis olar bil
    Pul söhbətidirsə,təkliflər hazırla
    Televizoru və ya radiyonu xoşa gələn proqrama köklə
    Hər şeyin yaxında əla olacağını tez-tez de
    Səni hər an izləyirlər kimi özünü saxla
    Ac varsa,təcili yedizdirilməlidir
    Kənar adam varsa evdə(qohum,tanış və s) dayanın
    Evdə Mələk,Cin və Şeytan olduğunu unutmayın
    Məsləhət üçün gizli olaraq ağıllı olan, yaxınlarınıza müraciət edin
    Odu su ilə söndürərlər,yanacaqla yox bilin.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: