Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Milli Toy

Posted by gundeliyim on 3 September 2007

Netvörklər Kralı Emin Millinin və Leyla Millinin toyu

 

 

 

15 Responses to “Milli Toy”

  1. Ali Rza said

    Allah xoshbext elesin:) Darisi bizim bashimiza

  2. Rauf said

    Toy aciq havada olub?

  3. Resul said

    Milli toydan cox qeyri-milli toya benzeyir

  4. Zamin said

    Ilk defe bele toy gorurem

  5. Magsud said

    very nice! Amma Yeyqinki Kend toylarinda olmusan – Esirler boyu Azerbaycanda toylar aciq havada olubdur – sadece teze system – “Shadliq Saraylari” bizi icheri salib! Tebrik elayiram! Ugurlu olsun!

  6. Nigar said

    Amma bu 1 ilk deyil-chunki Elnure ile Zaur artiq bu yeniliyi etmishler.Dogrusu,hemin toyu gordukden sonra bu toy mene chox adi geldi,birincisi daha maraqli idi her menada,bir de ki,axi o,ilk idi-Elnure ile Zaur Azerbaycanda toy formatina bir yenilik getirmishler ki…

  7. Sabina said

    bu ne kend toyuna oxshayir ne shadliq evi toyuna.Maraqli toydur.mence 1az xaricilerin toyuna da oxshayir.Milli muasir toydur,eladir

  8. Zaur said

    Salam, bu sirf qerb dunyasi toy formatidir ve bu toy onu gosterir ki biz oz medeniyyetimizden ne qeder qopmusuq, qerb medeniyyeti ne qeder bize sirayet edib. Men restoran toyundan nifret edirem, ama duzgun teskil olunmus milli toy en gozelidir. Yene de evlenenlerin shexsi isidi. Allah xosbext elesin.

  9. Ailə səadəti

    1. Hər bir xırdalıq və ya incəlikləri araşdırmaqdan çəkin.
    2. Hər zaman münaqişələri dar çərçivədə saxlamağa cəhd et. Onu genişlənməyə qoyma. Əlindən itmədən öncə problemə sən hakim ol.
    3. Yersiz qeyrət, şək-şübhə düşmənlərdir. Sən veqe olan şeylərə diqqət yetir, zənn və ehtimallara diqqət yetirmə.
    4. Ailə həyatının müqəddəsliyini, onun böyük əhdi-peyman olduğunu başa düşməlisən. Bir iş görmədən öncə min dəfə fikirləş. Çünki, sonrakı peşmançılıq fayda verən deyildir.
    5. Sevgi, nə qədər də mühüm və zəruri olsa belə, sadəcə sevgiyə güvənmə.
    6. Həyat yoldaşına özünü bir örnək kimi göstər. Şəxsiyyətindən xəbər verən felləri tərk et.
    7. Qohum-qonşunun sizin işlərinizə qarışmalarına imkan vermə. Bacardıqca aranızda olan problemləri özünüz həll etməyə çalışın.
    8. Yoldaşından gördüyün xətaları düzəltmək üçün tələsmə. Bəzi xarakterlər vardır ki, onlar uzun müddətdən sonra düzəlirlər. Buna görə də, kiçik bir məsləni şişirtmə.
    9. Evlilikdən sonrakı məsuliyyətləri və çətinlikləri rahat qəlblə qəbul etmək lazımdır.
    10. Yoldaşını pərt edəcək və aranızda ixtilafa səbəb ola biləcək şeylərdən bacardığın qədər çəkin.
    11. Yoldaşınla müştərək işləri görməyə çalış. Bu sizin xatirənizdə xoş bir an kimi qalar və aranızdakı məhəbbəti daha da artırar.
    12. Yoldaşına öz məharətini göstərməsi, nəfsində olanları həyata keçirməsi üçün fürsət ver və onun etdiklərini məsxərəyə qoyma.
    13. Maddi hüquqlara ehtiram etmək, bu işdə səhlənkarlığa yol verməmək lazımdır. Çünki bu, ailədə olan problemlərin ən böyük səbəblərindəndir.
    14. Yoldaşını kədərlərində özünə şərik etmə. Çalış ki, yalnız özün bunları həll edəsən. Amma sevinc anlarında onu özünə şərik etməyi unutma.
    15. Ey qadın! Öyüd-nəsihət libasına girmiş rəfiqələrinin, sənin xüsusi həyatına tədəxxül etmələrindən çəkin.
    16. Ey qadın! Yoldaşına, sənin əlaqə qurmaq istədiyin ən yüksək şəxsiyyət olduğunu, onunla və onun şəxsiyyəti ilə fəxr etdiyini ona bildir.
    17. Aranızda ixtilaf baş verdikdə, yoldaşının yaxşılıqlarını xatırla. Etdiyi pisliklər sənin ağlını bürüyərək, onun etdiyi yaxşılıqları ört-basdır etməsin.
    18. Həyat yoldaşının üstünlüklərini bilmək və problemləri uğurla həll etmək üçün öz nəfsindən bu sualları soruş:
    • Biri-birinizdə xoşladığınız xarakterlər hansılardır?
    • Sizinlə rastlaşan ən səadətli işləri fikirləş!
    • Həqiqi olaraq xoşunuza gələn müştərək iş hansıdır?
    • Sizlərdən biriniz o birisinə xidmət üçün nə edir?
    • Həyat yoldaşından səni sevməsini və ehtiram etməsini bilmək üçün nə gözləyirsən?
    • Gələcək üçün müştərək xəyallarınız hansılardır?
    19. Ey zövcə! Aranızda ixtilaf baş verdiyi zaman öz yoldaşını itirmək istəmirsənsə, nəlayiq sözlər söyləməkdən çəkin!
    20. Hədiyyə edin və sevilin!!! Şüarı sizin xoş və gözəl günlərinizdə həyatınızın bir rəmzi olsun.

    21. Zəkalı zövcə, özünün və uşaqlarının təlabatları üçün münasib vaxt seçir. Həmçinin yoldaşının hərəkətlərinə edəcəyi mülahizələr üçün də münasib vaxt
    seçə bilməlidir. Çünki, bəzi hallarda sizin ixtiyar etdiyiniz vaxt münasib olmur… bunun üçün də bir daha yaxşı fikirləşin.
    22. Mənim hesabıma, mən olmasaydım və.s bu kimi sözlər şeytanın sözləridir. O, bu sözlərlə ixtilaf zamanı hər ikinizin qəlbinə kin-küdurət salaraq, sizi biri-
    birinizi başa düşməkdən çəkindirir. Bunlar, ərlə arvadın münasibətlərində nə dərəcədə doğrudur?!!!
    23. Ərinin və ya arvadının mövcudluğunu unutma. Müşavirə etmək ailə həyatında mühüm yer tutur. Hər ikinizin bu həyatda müştərək olması və birinizin digərinə ehtiram etməsi vacibdir.
    24. Ailədə problem baş verdikdə evdən qaçmaqdan çəkinin. Qaçmaq, problemi həll etməyin yolu deyil. Bir az sakitləşərək yenidən problemi həll edin!
    25. Sənə aid olmayan suallarla və ya sənə söyləmək istəmədiyi sirləri öyrənmək üçün ərini sıxışdırma! Əgər belə etsən, bu zaman ərin evi tərk edər və dinlənmək üçün başqa bir yerə gedər.
    26. Özün üçün tənhalıq seçərək ərindən uzaqlaşma, bacardığın qədər ərinlə birlikdə ol!
    27. Əgər işgüzar qadın olsan bu zaman fikirləş ki, sənin ilk məsuliyyətin evindədir. Elə buna görə də, iş yerinin məşğələlərini və evinin vaciblərini yerinə yetirməyə çalış!
    28. Ərinin qohumları evinə gəldiyi zaman üz-gözünü turşutma. Əksinə, xoş üzlü, qonaqpərvər olmağa çalış! Bil ki, bu zaman ərin sənin xarakterlərini aşkar edir və bunları hiss edir.
    29. Iltilərinlə xoş rəftar et və onları ailənin adətinə uyğun olaraq ən gözəl adları ilə çağır! Onlarla ixtilaf etməyə cəhd etmə! Onun qarşısında uşaqları haqda xoş sözlər söylə!
    30. Hənif dinimizin bizlərə verdiyi vəsiyyətə uyğun olaraq qonşularla xoş davran, onlara yaxşılıq et, xoş və dar gündə onlara qatıl. Bunu bizə Peyğəmbər ona Allahın salavatı və salamı olsun əmr etmişdir.
    31. Hər zaman fikri ixtilaf etmək çox zamanlar qəlblərin ixtilafına gətirib çıxarır. Qane olmasan belə, bəzən həyat yoldaşınla razılaş. Bil ki itaət Allaha qeyri asilikdədir.
    32. Ərinin evdə istədiyi sakitliyi, uşaqları zehinişlədici oyunlarla məşqul etməklə əldə edə bilərsən.
    33. Övladların böyük nemətdir. Onları, pis tərbiyə və saymamazlıq nəticəsində öz başına bəla etmə!
    34. Uşağın böyümə prossesi haqda oxu ki, onunla edəcəyin rəftar gözəl olsun və onun nəfsinə, şəxsiyyətinə mənfi təsir edəcək şeylərdən çəkinəsən.
    35. Həyat yoldaşına Allaha itaət etməkdə köməkçi ol! Dünyanı istədiyin kimi Axirəti də istə!
    36. Israfçılıq ailə həyatını ifsad edən, Allahın nemətlərini itirəndir. Allah israf edənləri sevməz. Hər zaman israfçılıqdan uzaq olsanız heç vaxt ehtiyaclı olmazsınız.
    37. Sənin ailə səadətin sizin həyatınızın problemsiz olması deyildir. Əksinə, bu sizin problemləri həll etməyə qadir olmanız, bu problemlərin sizin həyatınıza təsir etməməsinə çalışmanızdır.
    38. Uşaqların önündə həyat yoldaşınla ixtilaf etməkdən və ya səsini qaldırmaqdan çəkin. Çünki övladlarınız, hər şeydən öncə sizi örnək götürərək və ya sizə təqlid edərək öyrənirlər. Həmçinin bu problemlər uşağın yadına gələcək və ona təsir edəcəkdir.
    39. Heç kəsə sənin həyatına tədəxxül etməyə izn vermə və sən özün də buna səbəb olma! Buna görə də, heç bir dostuna və ya qohumuna öz ailə sirlərini açma!

    Burada artıq bu yolların və üsulların sonuna yetişdik. Bu o demək deyildir ki, biz bunları əhatə etmişik; xeyr, hələ çoxlu yollar və üsullar vardır…
    Bu yolları və üsulları haradan əsaslandığımı bəyan etmək mənim borcumdur. Tutduğum əsas, bir tərəfdən ailə və onun problemləri haqda danışan psixoloqların və digər tərəfdən isə ailə bir bağça, cənnət, problemsiz bir həyatdır deyən psixoloqların dediklərinin orta yoludur. Elə buna görə də, bu problemləri düşüncələr əsasında şəriət tərəzisi ilə ölçmək lazım idi. Problemlər baş verdikdə onları şəriət hökmlərinə əsaslanaraq həll etmək lazımdır.

  10. KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT
    1.Gizlində və aşkarda Allaha və Onun elçisinə (s) itaət göstərməli və öz əməlisalehliyi ilə başqalarına nümunə olmalıdır.

    2.Ərinin yoxluğunda onun namusuna və mal-dövlətinə sadiq qalmalıdır.
    3.Əri ona baxdıqda öz zahiri və daxili gözəlliyi ilə onu özünə cəlb etməlidir. Çünki qadın öz görünüşündə nə qədər zərif, incə və cazibədar olsa, ərinin ona bağlılığı da bir o qədər möhkəm olar.
    4.Ərinin izni olmadan evdən bayıra çıxmamalıdır.
    5.Daima ərinə təbəssüm bəxş etməlidir.
    6.Tez-tez ərinə təşəkkür etməli, eyni zamanda onun səbəbinə bu evlilik nemətini dadmasına və ana olmasına görə Allaha şükürlər etməlidir.
    7.Ərindən nəsə bir şey istədikdə bunun üçün münasib bir vaxt seçməlidir.
    8.Gözəl əxlaq sahibi olmalıdır.
    9.Açıq-saçıq vəziyyətdə evdən kənara çıxmamalıdır.
    10.Mübahisə zamanı səsini ərinin üstünə yüksəltməməlidir.
    11.Ərinin yoxsulluğuna səbir, zəngilliyinə şükr etməlidir.
    12.Ərini qohumcanlı olmağa sövq etməlidir.
    13.Xeyirli işlərdə ərinə nümunə olmalıdır.
    14.Doğruluğu və dürüstlüyü ilə tanınmalı, yalandan həmişə uzaq olmalıdır.
    15.Övladlarını Allaha və Onun elçisinə (s) məhəbbət üzərində tərbiyə etməli, tez-tez onlara ataya hörmət bəsləməyin, ona itaət göstərməyin zəruriliyini aşılamalıdır.
    16.Əsəblərini cilovlamağı bacarmalıdır.
    17.Başqalarını lağa qoyub istehza etməməlidir.
    18.Təkəbbürdən, eqoizmdən uzaq olaraq təvazökar olmalıdır.
    19.Evdən bayıra çıxdıqda yad kişilərə gözünün ucu ilə belə baxmamalıdır.
    20.Dünya malına həris olmamalı, daha çox axirət üçün – Tanrı ilə görüş günü üçün yaşamalıdır.
    21.Gizlində və aşkarda ümidsizliyə qapılmayaraq Allaha təvəkkül etməlidir.
    22.Dini vacibatları vaxtı-vaxtında icra etməlidir.
    23.Ərinin ailə başçısı və onun ağası olmasını sözdə və əməldə etiraf etməlidir. Allah-taala Qurani-Kərimdə ərin ağa olmasını belə vurğulayır: «…Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar…». (Yusuf, 25.)
    24.Ərinin onun üzərindəki haqqının onun əri üzərindəki haqqından böyük olmasını sözdə və əməldə etiraf etməlidir.
    25.Yol verdiyi səhvlərin etiraf edilməsində tərəddüd etməməli, əksinə, xətalarını boynuna almağa tələsməli və buna gətirib çıxaran səbəbləri izah etməlidir.
    26.Daimə Allahı zikr etməli, dilindən Allah sözünün əksik olmamalıdır.
    27.Anus yolu ilə cinsi təmas istisna olmaqla ərinin istədiyi şəkildə cinsi əlaqəyə girməsinə etiraz etməməlidir.
    28.Tələbləri ərinin imkan xaricinə çıxmamalı, ona ağırlıq gətirməməli və aza qane olmalıdır.
    29.Cavanlığı, gözəlliyi, savadı və iş qabiliyyəti ilə özünü ərindən üstün tutmamalıdır. Unutmaq lazım deyil ki, bu keyfiyyətlərin hər biri müvəqqətidir.
    30.Bədəni, geyimi və görünüşündəki təmizkarlığı və səliqəsi.
    31.Allaha və Onun elçisinə (s) zidd olan əmrlər istisna olmaqla ərinin bütün göstəriş və tapşırıqlarını canla-başla yerinə yetirməlidir.
    32.Verdiyni ərinin üzünə vurmamalıdır.
    33.Nafilə (könüllü) orucu tutarkən ərindən izn almalıdır.
    34.Ərinin yoxluğunda ondan icazəsiz məhrəm insanları evə almamalıdır.
    35.Əsla başqasını ərinə nümunə gətirməməlidir. Bu hal ailənin mövcudluğuna olan ən böyük təhlükədir.
    36.Son dərəcə həyalı olmalıdır.
    37.Əri istədiyi zaman onunla yaxınlıqdan əsla imtina etməməlidir.
    38.Üzürlü səbəb olmadan ərindən boşanmağı tələb etməməlidir. Çünki şəriət tərəfindən bu qadına haram buyurulmuşdur.
    39.Ərinin tələb və əmrlərini hətta öz valideynlərinə belə təqdim etməkdən çəkinməməlidir.
    40.Özünü kişilərə bənzətməkdən tamamilə uzaq olmalıdır.
    41.Ərinə cinsi yaxınlıq duasını unutduğu zaman xatırlatmalıdır.
    42.Cinsi münasibət barədəki aralarındakı sirrləri yaymamalı və öz həmcinslərinə qətiyyən bu barədə danışmamalıdır.
    43.Ərinə qətiyyən əziyyət verməməlidir.
    44.Əri ilə əylənməli və ya mazaqlaşmalıdır.
    45.Cinsi əlaqə başa çatdıqdan sonra hər ikisi birgə qüsl almalıdır. Bu hal tərəflər arasındakı sevgi bağlarını daha da möhkəmləndirir. Aişə (Allah ondan razı olsun!) bu barədə belə deyərdi: “Allahın elçisi (s) ilə mən cənabət qüslü ( Cinsi əlaqədən sonra alınan qüsl)zamanı bir qabdan su götürərdik. Əllərimiz bir-birinə toxunardı”.
    46.Ərinin izni olmadan onun pulundan xərcləməməlidir.
    47.Ərində xoşagəlməz bir keyfiyyət gördüyü zaman buna dözməsi tövsiyyə olunur. Çünki onda başqa elə gözəl keyfiyyətlərə rast gələ bilər ki, boşandıqdan sonra başqasında belə keyfiyyətlər tapa bilməsin.
    48.Qadın görünməsi ayıb olan əzalarını ərindən başqa heç kəsə göstərməməlidir.
    49.Ərinin ən çox xoşladığı yeməyi bişirməlidir.
    50.Ərinin və övladlarının hüquqlarını və malını qorumaqla ərinin Allaha itaət göstərməsində maraqlı olmalı, əri dini ayinlərin icrasını unutduğu zaman ona xatırlatmalı, tənbəllik etdikə onu vadar etməli, qəzəbləndikdə isə razı salmağı bacar-malıdır
    51.Qadın ərinin onun üçün nə qədər mühüm olmasını, ərinin ona hava-su kimi lazım olmasını ona hiss etdirməlidir. Çünki kişinin psixologiyası belədir ki, arvadının ona möhtac olduğunu hiss etdikdə, özü ona daha da yaxın olmağa can atır. Lakin istər maddi, istərsə də mənəvi cəhətdən kişi özünün ar-vadı üçün lazımsız olduğunu anladıqda özü ondan soyumağa başlayacaq.
    52.Ərinin vaxtilə yol verdiyi səhvləri onun başına vur-mamalı, əksinə, birgə yaşamış olduqları gözəl xatirələri yada salmağa çalışmalıdır.
    53.Qadın ərinin ailəsinə öz sevgisini, məhəbbətini, ehti-ramını göstərməli, bunu ərinə hiss etdirməli, ərinin yanında və yoxluğunda onlar üçün dualar etməli, ərinə onun ailəsi ilə tanış olmasına necə də şad olduğunu bildirməlidir. Çünki qadının ərinin ailəsinə qarşı sayqısızlığı və soyuqluğu həm onlar, həm də əri ilə öz arasında müəyyən problemlərə səbəb olur ki, bu da çox vaxt birbaşa ailənin dağılması ilə nəticələnir.
    54.Qadın daima ərinin ən çox sevdiyi yeməyə, geyimə və hərəkətlərə üstünlük verməlidir.
    55.Əri evdən çıxdığı zaman onunla ən gözəl sözlərlə vi-dalaşmalı, onu qapının ağzına kimi ötürməlidir. Çünki qadın bu yolla ərinə olan diqqət və bağlılığını nümayiş etdirmiş olur.
    56.Axşam işdən evə döndükdə isə onu gülər üzlə, “Xoş gəldin” deməklə qarşılamalı, iş yorğunluğunu üstündən qaldırmağa can atmalıdır.
    57.İstər hərəkətləri ilə, istərsə də sözü ilə ərinə olan sevgis-ini biruzə verməlidir.
    58.Ərini ona əy yaxın insanlardan, hətta öz atasından belə üstün tutmalıdır.
    59.Əri danışdığı zaman susmalı, ona fürsət tanımalı və onu axıra kimi dinləməyi bacarmalıdır. Bu halda ər arvadının ona qarşı diqqətli olduğunu düşünməyə başlayacaqdır.
    60.Eyni səhvi ikinci dəfə təkrarlamamalıdır. Çünki qadının yol vermiş olduğu səhvlərdən nəticə çıxarmaması ərinin gözündə hörmətdən düşməsinə səbəb ola bilər.
    61.Qadın möminlik keyfiyyətləri istisna olmaqla hər hansı bir yad kişini əsla ərinin qarşısında tərifləməməlidir. Çünki bu kimi hallar ərin xoşagəlməz qısqanclığına və beləliklə müəyyən ailədaxili problemlərin yaranmasına gətirib çıxara bilər.
    62.Ərinin sirrini qətiyyən açmamalı, necə deyərlər, əmanətə xəyanət etməməlidir.
    63.Əri yanında ola-ola curnal oxumaq, radio dinləmək kimi əlavə məşğuliyyətlərə yer verməməli, ərinə bütün varlığı və ruhu ilə onun yanında olmasını hiss etdirməlidir.
    64.Bacardığı qədər az və mənalı danışmalı, necə deyərlər, “Danışmaq gümüşdürsə, susmaq da qızıldır” prinsipinə riayət etməlidir.
    65.Vaxtını sərfəli işlərə sərf etməli, dedi-qodudan, boş-boğazlıqdan, göz gəzdirməkdən və qeybətdən uzaq durmalıdır.
    66.Özündə olmayan hər hansı bir şeylə öyünməməlidir.
    67.Quranın qiraətinə üstünlük verməli, elmi kitabların mütaliəsinə maraq göstərməlidir.
    68.Evdən bayıra çıxdıqda bər-bəzəkdən, ehtirası oyadan ətriyyatdan uzaq olmalıdır.
    69.Allahın və onun elçisinin dininin təbliğatçısı olmalı, ilk öncə ərini, sonra ailəsini, sonra isə çevrəsindəki insanları bu yola çağırmalıdır.
    70.Ərinin fikirlərinə hörmətlə yanaşmalıdır. Bu, ailədə qar-şılıqlı hörmətin bir nümunəsidir.
    71.Əri çölə çıxdığı zaman onun əyin-başına geyiminə, paltarının ütüsünə diqqət yetirməlidir. Çünki ərin səliqəsiz, ütüsüz və çirkli paltarla bayıra çıxması başqalarında onun arvadının pinti və bacarıqsız olması fikrini yaratmış olacaq.
    72.Bütün qəyyumluq hüquqlarını ərinə verməlidir.
    73.Faldan, falçılıqdan və falçılardan, o cümlədən sonradan dinə gətirilmiş yeniliklərdən (bidətlərdən) uzaq olmalıdır. Nəzərə almaq lazımdır ki, bu kimi işlər insanı dindən çıxarır.
    74.Ərinə şəxsən özü qulluq etməli, özü yemək gətirməli, çay süzməlidir. Bunun üçün xadimə saxlamağı düşünməməlidir.
    75.Qadını öz biçimindən çıxararaq islami dəyərlərə xələl gətirən modadan uzaq olmalıdır.
    76.Əri ona qəzəbləndiyi zaman tez bir müddətdə onu sakitləşdirməlidir ki, bu tərəflər arasındakı müəyyən xoşagəlməz fəsadlara səbəb olmasın. Necə deyərlər, bir od olanda biri də yaş olmalıdır.
    77.İlk öncə əri, sonra isə digər insanlarla qarşılıqlı ünsiyyət qurmağı bacarmalıdır.
    78.Qadın öz rəfiqələri və çevrəsindəki həmcinslərinə gözəl nümunə olmalı, onlar arasında geyimi, danışığı, ləyaqəti və əxlaqı misal göstərilməlidir.
    79.Şəriətin buyuruduğu hicablardan örtməli, nazik tül örtüklərdən imtina etməlidir.
    80.Geyimində, görünüşündə və bəzlənməsində sadəliyini qoruyub saxlamalıdır.
    81.Ailədə müəyyən problemlər yarandıqda belə heç kəsin, hətta öz valideynlərinin onun ailəsinə müdaxilə etməsinə imkan verməməlidir.
    82.Əri hansısa bir səbəbə görə səfərə çıxdıqda ona sağ-salamat qayıtmağı arzu etməli, yoxluğunda ona daha da sadiq olmalı, əri ona telefon açdıqda əsla bəd xəbərlərlə onun ovqatını korlamamalı, əksinə, ona arxayınlıq gətirən xəbərlər verməli, zarafatlaşmalı, ərini evinə dönməyə tələsdirən xoş sözlər söyləməlidir.
    83.Ümumi və xüsusi işlərində ərindən məsləhətlər almalıdır.
    84.Ərinin hislərinə hörmətlə yanaşmalı, onun xətrinə dəyəcək hər hansı söz və hərəkətdən uzaq olmalıdır.
    85.Ərini bütün varlığı ilə sevməli, sevgisinin sədaqətini ona bildirməlidir. Çünki xoş sözlərdən uzaq olan evlilik həyatı ailə səadətinin yan keçdiyi bir həyata bənzəyir.
    86.Əri ilə fikir mübadiləsi etməlidir.
    87.Füsunkar zinətlərlə bəzənib bədəninin gözəlliklərini ərindən başqa digər kişilərə nümayiş etdirməməlidir.
    88.Əri ona hədiyyə verdikdə təşəkkür etməli, hədiyyəni bəyənməsini və şad olmasını biruzə verməli, hətta hədiyyə ucuz və onun zövqünə uyğun olmasa belə bunu ona əsla hiss etdirməməlidir. Çünki bu sevinc kişi üçün qadın məhəbbətinin isbatıdır. Əgər qadın zövqünə münasib olmadığına görə hədiyyəni qəbul etməsə və bu azmış kimi buna görə ərini məzəmmət etmiş olsa, bu hal tərəflər arasında soyuqluğa, kin-küdurətə və nifrətə gətirib çıxarmış olar.
    89.Qadın həssas, daxilən pak və yüksək əxlaqa sahib olmalıdır. Çünki qadın nə qədər əxlaqlı və nə qədər mömin olsa, bir o qədər də insanların sevgisini və hörmətini qazanmış olar.
    90.Ərinin psixoloci keyfiyyətlərini, temperamentlərini öyrənməyə çalışmalı, nəyə sevindiyini, nəyə kədərləndiyini, nəyə qəzəbləndiyni, nəyə güldüyünü və nəyə ağladığını bilməlidir. Çünki qadının ərinin bu keyfiyyətlərinə bələd olması bir çox ailədaxili problemlərin yaranmasına mane olan faktorlardandır.
    91.Ərinə nəsihətlər və tövsiyyələr verməli, ona doğru yolu göstərməli, ər də öz növbəsində bu nəsihətləri qəbul etməlidir. Allahın elçisi (s) bizlər üçün təqlid olunası bir nümunədir. O da öz növbəsində müəyyən məqamlarda zövcələrinin tövsiyələrini qəbul edər və onlara uyğun addım atardı.
    92.Tələsməsi lazım olan məqamlarda gecikməməli, gecikməli olduğu məqamlarda isə tələskənlik göstərməməlidir.
    93.Öz eyb və nöqsanlarını görməli, onları islah etməyə çalışmalı və ərinin bu barədə olan iradlarını qəbul etməlidir. Bu haqda Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun!) sözünü yada salmaq lap yerinə düşərdi: “Mənə nöqsanlarımı göstərənə Allah mərhəmət göstərsin!”
    94.Tam mənası ilə ərinə hörmət göstərməli və onu daim təqdir etməlidir.
    95.Öz şəxsiyyətinə hörmət qoymalı, nə geyimində, nə danışığında, nə də hərəkətlərində heç kəsi təkrar etməməlidir.
    96.Bütün sahələrdə xəyalpərəst deyil realist olmalıdır.
    97.Şəriətin qoyduğu hüdudlar çərçivəsində əri ilə gəzintiyə çıxmalı, ailəsinə sevinc və səadət gətirməyə can atmalıdır.
    98.Şirin söz qəlbin açarıdır. Qadın hər dəfə ərinə mənalı şirin sözlər söylədikdə, xüsusi ilə də ər bu sözlərin sevgi dolu bir qəlbin dərin guşələrindən gəldiyni duyduqda ona olan məhəbbəti birə-beş artır və bu qadın onun həyatının ən sevimli qadınına çevrilir.

  11. ÖVLAD !

    Övlad Allahdan əmanətdir
    Övlad ailənin barıdır
    Övlad keçmiş və gələcəyin nümunəsidir
    Övlad ya*od* yada *kül* ola bilir
    Övlad töhfədir
    Övlad sevindirən və ya kədərləndirəndir
    Övlad ailənin necəliyini aşkar edəndir
    Övlad baba və nənənin şəkəridir
    Övlad valideyinlərinin gələcək dayağıdır
    Övlad ailənin çəpəridir,sipəridir
    Övladın fərqi olmamalıdır,qızdır ya oğlan

  12. [20.01.2010 19:26:05] Rafiq İmanov: 1. Eşq dodaqlarda qəhqəhə deyil, gözlərdəki yaşdır. Məqsəd sevgi uğrunda ölmək deyil, uğrunda öləcək sevgili tapmaqdır.
    2. Həyatda heç bir şey ilk eşqin yerini tutmaz. İnsan sevsə belə o ilk eşq heç unudulmaz.
    3. Səni o qədər çox sevəcəyəm ki, mənsiz günlərini yox sayacaqsan. Səni sevdiyimi söyləməyəcəyəm gözlərimə baxıb anlayacaqsan.
    4. Bu gecə sürüşərkən göz üzündən ulduzlar gözlərimdən yaş süzülsə də ilk dəfə olaraq dilək tutmayıb təşəkkür etdim Tanrıya bu gecə yanımda olduğun üçün!
    5. Niyyətin səni qaçırtmaqsa artıq qaçırtmışam, gözlətməksə artıq gözləyirəm, sevməksə artıq sevirəm.
    6. Sən məni deyil mənim səni sevməmi sevirsən.
    7. Könlümdə taxt qurdun, könlümün sultanı oldun, gecə göy üzündə parlayan ulduzam, sabah isə ruhuma doğan günəşim oldun.
    8. Səni sevirəm çünki əlini qəlbimin üzərində hiss etdiyim zaman, üzüntülərimi alıb onların yerinə o bənzərsiz sıcaqlığı verməyi bacarırsan.
    9. Sevən unutmaz, unudan sevməmişdir, əgər sevib unutmuşsa sevgisini bilməmişdir. Çiçəklər sola bilir, yarpaqlar tökülə bilir, səni hər kəs unuda bilir amma mən əsla.
    10. Haraya gedərsənsə get sevdadan qaçılmaz, könül elə bir şey ki, hər kəsə açılmaz.
    11. Mən gedirəm mənim canım gül bağçam. Mən ağlayıram sən ağlama. Bir ömür boyu o gül üzün həmişə gülsün. Çünki güllər ağlamaz.
    12. Dünyan elə qaralsın ki, səni aydınladan tək işıq gözlərim olsun.

  13. HACI RAFİQ İMANOV (HORADİZLİ):
    ÖVLAD !

    Övlad Allahdan əmanətdir
    Övlad ailənin barıdır
    Övlad keçmiş və gələcəyin nümunəsidir
    Övlad ya*od* yada *kül* ola bilir
    Övlad töhfədir
    Övlad sevindirən və ya kədərləndirəndir
    Övlad ailənin necəliyini aşkar edəndir
    Övlad baba və nənənin şəkəridir
    Övlad valideyinlərinin gələcək dayağıdır
    Övlad ailənin çəpəridir,sipəridir
    Övladın fərqi olmamalıdır,qızdır ya oğlan

  14. HACI RAFİQ İMANOV ( HORADİZLİ)

    İ s l a m
    “İslam” ərəbcə bir sözdür. “Sülh” mənasını bildirən “silm(səlm)” kəlməsindən əmələ gəlmişdir. Lüğətdə itaət etmə, boyun əymə mənalarını verir. Heç bir məcburiyyət olmadan səmimi-qəlbdən Allaha itaät etmək, Ona təslim olmaq, əmr və qadağanlarına qeyd-şərtsiz baş əymək deməkdir.
    Müsälmanlar dünya ähalisinin täxminän dörddä bir hissäsini täşkil edirlər. İslamiyyät dövrümüzdä artıq beş qitäyä yayılmışdır. İslam dininin dünya mädäniyyätinä böyük xidmätläri olmuşdur. İslamı härtäräfli öyränmäk üçün, bu dini müxtälif cähätlärdän tanıdan mötäbär äsärlärä müraciät etmäk lazımdır.Məqsədim bu kiçik kitabda İslam dininin etiqad, ibadät vä äxlaq äsaslarıyla älaqädar çox qısa mälumat veräräk müäyyän bir fikir yaratmaqdır.
    İslam uca Allahın son Peyğəmbər olan Həzrəti Muhəmmədə(s.a.v.s) vəhy yoluyla bildirdiyi, onun da insanlara çatdırdığı şeylərin hamısını qəbul edərək onları yaşamaq, səzləri və işləriylə onları qəbul etdiyini göstərmək, Allaha və Rəsuluna itaət etmək,iman gətirmək deməkdir.
    Müsəlman İslam dininin qaydalarına əməl edən, İslamın qaydalarını həyata keçirən bir insandır.
    İslamın 7 qaydası vardır:
    1) Səbr və dözümün әsası olan ağıl;
    2) Abır-həyani qorumaq vә doğru danışmaq;
    3) Düzgün vә diqqәtlә Qur`an oxumaq;namaz qılmaq;
    4) Allah yolunda dostluq (tәvәlla) vә düşmәnçilik (tәbәrra) etmәk;
    5) Allahı, Hәzrәt Muhəmməd (s)-I,onun Əhli-beytininin haqq-hüququ vә onların vilayәtini tanımaq;
    6) Qardaşların haqqını tanımaq vә onları himayә etmәk;
    7) İnsanlarla yaxşı qonşuluq,özünə yaxşı dost-tanış tapmaq.
    İslam yolu qurtuluşa aparan,hər 2 dünyada əziyyətsiz yaşamaq deməkdir.”İslam öz-özlüyündə çılpaqdır; onun libası – təqva, rübəndi – hidayət, alt geyimi – həya, özülü – Allahdan qorxmaq, kamalı – din, meyvəsi yaxşı əməldir. Hər şeyin dayağı olduğu kimi, müsəlmanlığın dayağı da məni və itrətimi sevməkdir”.

  15. İslamın təbliğçisi əfəndim : OSMAN NURİ TOPPAŞ.
    Kitabımda bir çox Alim və Fətfaçılarla bərabər Əfəndimiz Osman Nuri Toppaş elmindən də geniş istifadə etmişəm.Allah ona, onu sevənlərə, sevdiklərinə,camaatına kömək olsun. Amin !
    Deyir:Gözəl bir qul olabilmək, hayatımızın hər safhasında İslâmın güzelliklerini yansıtabilmektir. İslâmı hayatımızın hiçbir safhasında unutmamak; meselâ ticârî hayatta unutmamak; aile hayatında unutmamak; beşerî münasebetlerde, bilhassa yetimler, sahipsizler, bîçâre ve bîkeslerle alâkada unutmamaktır. Onların yanı başında olarak İslâmı unutmamaktır.
    Yâ Rabbî!.. En yünce Rasûl’ünün örnek şahsiyet ve ideal ahlâkından, bizim hayatımıza da hisseler nasîb eyle!.. Onun tebliğ, tâlim ve temsil ettiği bütün fazîlet ve güzellikleri kazanmamız husûsunda bizlere yardım eyle!.. Bizi, O’nun müstesnâ ahlâkı ile ahlâklandır! Bize ihsan edeceğin güzel ahlâk, fazîlet ve şahsiyetle, günümüz cemiyetinde nice hidâyet ve hayırlara vesîle olmamızı cümlemize nasîb eyle!.. Âmîn…!
    Kəlimə olaraq “İslam”, təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmrlərinə tabe olmaqdır. İslamın rüknləri:
    1-Allahın varlığına, birliyinə, Həzrəti Muhəmməd (s.a.s) in Allahın qulu və peyğəmbəri olduğuna qəlbi ilə inanması və dili ilə də bunu : “əşhədu ən la ilahə illəllah və əşhədü ənnə Muhəmmədən Rəsulullah” – deyə söyləməsi.
    2-Gündə beş vaxt namaz qılması,
    3-Dində zəngin sayılanların ildə bir dəfə malının zəkatını verəməsi,
    4-Ramazan ayında oruc tutması,
    5-Bədəni sağlam və kifayət qədər pulu da varsa, ömründə bir dəfə həcc ibadətini etməlidir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: