Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Ö L Ü R D Ü M …

Posted by gundeliyim on 27 August 2007

hemid.jpgKamil Həmidov

kamilhamidov@gmail.com

Ağrı bütün vücuduma sahib olduqca, damarlarımda axan qanın qaynarlaşdığını duyunca ölürdüm. Siz heç dağlardakı nəhəng qaya parçalarını hiss etmisinizmi? Indi mən məhz həmin daş paçasıydım. Qışqırmaq, ağrılarımı var-gücümlə ətrafdakılara yaymaq, bununla sanki onu özümdən uzaqlaşdırmaq istəyirdim.
– Əkbər!!! Yenə də ağrıların güclənib? Allah, bu nə müsibətdir biz düşmüşük. Axı sənə neyləmişik ?

Ömür-gün yoldaşım Leyla, artıq il yarım idi ki, yorğan-döşəyimin yanından çəkilmir, acılarımı mənimlə başabaş yaşayır, evdən uzaqlaşmağı özünə sığışdırmırdı. Həm də axı gedəcəyi başqa yer də yox idi.

Leylanın əlləri üzümdə idi. Qışqıra bilmədiyimdən əzablarım sifətimdə yeni-yeni qırışlar açmaqla əks olunurdu. Leyla, qırışlarla mübarizə aparır, ucuz İran sabunları ilə paltar yumaqdan zərifliyini itirmiş kobud barmaqlarıyla qırışları bir-bir üzümdən ayırır, onu hamarlaşdırmağa çalışırdı. Sonra isə zorla, zorla dodaqlarımın qutaracaqlarını yuxarı çəkir, qulaqlarıma – “Sən həmişə güləməlisən, həyatı sevməlisən, ondan doymamalısan” pıçıldayırdı.

“Yadındamı həyatımızın hər dəqiqəsi? Əzabla əldə etdiklərimiz? Oğlumuzun dünyaya gəldiyi gün yadındamı? Necə sevinirdin?! Nazık divarlar arxasından sənin muğamatını eşidən qonşular həmin dəqiqə oğlumuz olduğunu bilmişdilər: “Bəxtəvər başına, yəqin oğlu olub da” (bu beş qız yiyəsi qapıbir qonşunun bəxtəvərnaməsi idi). Sən indi bütün bunlardan necə asanlıqla imtina edə bilərsən?”

Qəfildən Leyla ayağa durdu. Təşvişə düşdüm. Yanımdan aralanmasından möhkəm qorxdum. O, qapıdan çıxdı. Offfffffffffffffffff …. Ağrılar yenə şiddətlənməyə başladı.

30 saniyəlik tənhalıq bir qərinəyə bərabər göründü. Birdən kimisə başım üstündə hiss etdim. Leyla guclə göz qapaqlarımı açır, öz duzlu göz yaşları ilə dodaqlarımı isladırdı. O, yenə də qırışlarımı dartırdı. “Bax gör, indi sənə nə göstərəcəm! Və inanacaqsan ki, mənim Əkbərimə heç nə olmayıb! Eşidirsiz, ay camaat, mənim Əkbərimə heç nə olmayıb!!!” – Artıq Leyla da özünü itirmişdi. Sevinc gözləyən parıltılı gözlərini məni dikmişdi. 0, arxasından, gizlətdiyi güzgünü çıxartdı, zorla barmaqları ilə sifətimdə kremsiz qrim əməliyyatı apardı. Sanki rejissorun tapşırığını yerinə yetirməliydi. Bu gün səhnəyə həmişəyaşar, cavan, çöhrəsində gülüş gəzdirən aktyor hazırlamalıydı. Çox qəribədir, həyat teatra, biz insanlar isə aktyorlara necə də oxşayırıq. Hər ikimiz rol icra edirik. Gülməliydi. Amma mən nə qədər çalışsam da gülə bilmirdim. Əksinə qışqırmaq, bağırmaq, bununla sanki əzabları özümdən kənara tullamaq istəyirdim. Bədənimin ağırlaşdığını, hüceyrələrimdəki qanın qaynadığını bütün varlığımla yenə hiss edirdim.

“Nə, Əkbər, nə demək istəyirsən, nə pıçıldayırsan?” – Leyla bütün diqqətini, qulalarını mənə yönəltdi.

Mənsə heç vaxt dilin, dodağın tonlarla ağırlığa bərabər olduğunu bilməzdim. “ Qoyma məni o oğraşın yanında basdırsınlar!”- Axır ki, deyə bildim. Bu sözləri deyə bildiyimə sevinmək istədim. Amma sevinə bilmədim. Leyla da mənimlə bərabər 20 il əvvəlki o dəhşətli gecəyə qayıtdı.

İşdən yorğun evə qayıtmışdım. Ev deyəndə ki, nə ev… Ata-anam lütün biriydilər. Toyumu böyük ögey qardaşım etdiyindən valideynlərim məni öz evlərinə buraxmadılar. Biz də həyətin küncündəki əvvəllər tövlə olan daxmaya yığışmağa məcbur olduq. Yaxşı ki, həyatda yaxşı dostlar var. Onların köməyi insanı sınmaqdan, ümidsizlikdən saxlayır. İdarədəki şöbə müdirim həyətdə təzə ev tikməyə mənə söz vermişdi: “Əkbər, narahat olma, burda sənə elə bir ev tikək ki, iki göz istəsin baxmağa”.

Nə isə.. Həmin gecə evə qayıdanda dəhşətli səslər eşitdim.

– “Rədd ol, Çıx burdan. Əkbər, hardasan?! Arif, məni bu ocağa düçar etdiyin yerdə görüm lənətə gələsən.”

– “Qancıq, tat qızı, gözəl bədənin var ha! Oğlum ağzının dadını bilir. Qancıq!”

İlahi, bu nədir, atamın başı xarab olub? Bu nə müsibətdir?

Hikkəylə qapını açmaq istəsəm də alınmadı. Təpiklə onu yerindən çıxartdım. Mənim Leylamın əynində yalnız alt paltarı var idi. İnana bilməzdim: Atam qarşımda sarsılmış, çürümüş budaq kimi durmuşdu.

Axı bu necə ola bilərdi? Hətta birinci sinifdən ata-ananın həyatda ən müqəddəs varlıq olduqlarını eşitmişdim: “Uşaqlar üçün ən yaxın insanlar ata-anadır. Daima övladlarını pis nəzərdən qoruyar, yaxşı günlərini görmək istiyərlər.” – 5-ci sinifdəki müəlliməmə – Cəmilə müəlliməyə nifrət etməyə başladım, yalan danışdığı üçün, uşaqlığımdan istifadə edərək məni aldatdığı üçün…

– Oğraş, çıx bayıraaaaaaaaaaaa! – Mən sonuncu iniltilərimi edirdim.

“Əkbər, nə oldu sənə? Qurban olum, gözlərini yumma. Sənsiz necə yaşayacam, sənsiz 3 uşağı necə böyüdəcəm. Axı onlar indi-indi böyüməyə başlayıblar. Hələ indi tələbə olublar, sənin ölməyə haqqın yoxdur! Eşidirsən məni?! Haqqın yoxdur !” – Leylanın qaynar dodaqları dodaqlarıma yapışdı.

“Leyla, mən səni sevirəm!” – bu sözlərdən sonra gözlərim yumuldu.

Artıq ağır deyildim. Heç isti də deyildim, nə bədənimi, nə də onun qaynarlığını hiss etmirdim. Qəribəydi, tamamilə heç nə hiss etmirdim. Azad idim, indi daşınılması mənə mümkünsüz görünən yükdən azad idim. Qurtulduum ! – deyərək qışqırmaq istədim. Amma alınmadı, çünki artıq ölmüşdüm ….

Bakı şəhəri,

26 avqust 2007-ci il

 

8 Responses to “Ö L Ü R D Ü M …”

  1. akshin said

    Dogurdan da adamin ureyini parcalayir bu sozler. Men bu sozleri oxuyanda hemin heyati yasadim. Dozulmez heyatdansa OLMEK daha yaxsidir. RAHMAT….

  2. Guler_miryahya said

    Salam dostum. Ilk yayina buraxilan yazindi.Tebrik edirem.:)Yipranmish soz olsa da nece deyerler sukani bele saxla.Ugurlar.

  3. TheWarrior said

    maraqli post ucun tesekkurler…
    oxumaga deyer…

  4. Rashad Javadli said

    Yazinin bezi hisselerinde bu sahede yeni addimlarini atan biri oldugun hiss olunur… bezi hisselerde ise professionalism in ishigi parildayir…. ugurlar

  5. Tamerlan said

    Salam, Kamil!

    Tesirli yazin cox xoshuma geldi. Oxuduqca Ekber eminin “Qizcigaz” tamashasi yadima dushdu, nece xoshum gelirdi o tamashadan…

    Cox sag ol.

  6. kamil said

    Dostlar,
    Yazini oxudugunuz ucun her birinize teshekkur edirem.
    Tamerlan, nese hemin tamasha yadima dushmur. Belke xaturladasan?!))

  7. S.Semed said

    Salam, Kamil.

    Yazini oxudum. Dili pis deyildi. Oxunaqli idi.

    Amma movzu ve sujet zeif, meqsedsiz, texnikasiz idi. Bu da onu gosterir ki, teze-teze yazmaga bashlayirsan.

    Ugurlar dileyirem.

    S.Semed.

  8. kamil said

    Semed duzdur yazinin ustunde cox ishlemeishdim. Amma meqsedim var idi))) Isteydim boyuk hecmli yazim. Sonra fikrimden dashindim ki, birden bitirmeye sebrim catmaz. Ona gore sujetleri cox aca bilmedim, zaman olmadi.
    qaldi mene qaranliq olan 2 meqam
    mumkunse aydinliq getir de
    1. Oxunaqliliq dedikde neyi nezerde tutursan –
    2. texnika – meslen sen hansi texnika ile ishleyerdin bu yazini ki, daha oxunaqli olsun?

    Bir de Samad bagishla ki, senin Zenglerine fikir yazmaga vaxtim olmamishdi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: