Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Fikir şəraiti tikir!

Posted by gundeliyim on 25 August 2007

Erkin Qədirli

Fikir etdim. Sinirləndim.
Nəmə lazım? Əsəbləşdim.
Dedim: “Gərək olsun o “it” ,
Zati-aliləri – ŞƏRAIT!”

Sözün ilk hecası ‘şər’ olması
Məni yaman düşündürdü.
Amma dayan! Nəcə olur?
Fikir şəraitdən doğur?

Bəs şərait haqda fikir,
Mənə, onda, hardan gəlir?
Şəraitin də var şərti?
Şərtin də öz şəraiti?

Belə də iş olar? Bəsti!!!
Atıram daş mən o itə,
Hansı ki, şər atır mənə,
Deyir ki, guya mən onsuz,

Fikir doğa bilmərəm. Mən sonsuz???
Şəraitin şər olması mənə məlumdur.
Düşüncənin ondan nə faydası? Fikir məzlumdur?
Yox, mən düşünmürəm belə.

Şəraiti “belə-belə” edirəm hər düşüncəmlə.
Belkə mənim şəraitim düşüncəmin törəməsidir?
Hə-ə, deyəsən düz tapdım. Tapdığımın bünövrəsi –
Düşüncəmin istəməsidir!

Istəsə düşərəm, istəsə qalxaram.
Istəsə aşaram, istəsə çaşaram.
Səhv etməsəm özüm, bilərəm.
Etsəm – üzr dilərəm.

Vacib olan istəməyimdir!
Istək özü bir əməyimdir.
Elə bilirsiniz istək asandır?
Istə görüm! Seçim kalandır:

Sağa-sola, ora-bura,
Ona-buna, gorbagora.
Hərə çəkir bir tərəfə.
Tərəf də, sanki mərəfə.
Elə ki, bürüdü, olursan “xənifə”.

Düşünün, ey soydaşlarım!
Daşı soyan sirdaşlarım.
Sirri daşan yoldaşlarım.
Yoldan çaşan qaqaşlarım.
Bacılarım, qardaşlarım!
Şəraitdən əvvəl – FIKIR’dir!
Fikir şəraiti tikir!

 

2 Responses to “Fikir şəraiti tikir!”

  1. Adil said

    Erkin bey,
    ne yaxshi ki, indi de sherle chixish edirsen.
    Sen deyirsen ki, Fikir şəraiti tikir! Mence Sher-ait de fikri Ekir.
    Kash milletimizin gencleri de Azerbaycan tefekkurunun tezahurlerinden senin yazdiginin 1 faizini yaza bileydiler ve yazaydilar.
    Arzu edirem ki, bir gun geleydi ki, Azerbaycan tefekkurunun tezahurlerinden hech olmasa, 20 seriyali milli ve beynelmilel deyeri olan maraqli bir serial chekileydi ve 20 gun erzinde Azerbaycan TV-leri ile numayish etdirileydi. Chox isterdim ki, bu 20 hisseli serialda tariximizde olan en istedadli ziyalilarimizin fikirleri ve senin kimi genclerin de agilli fikirleri tamashachilarin butun diqqetini ozune ele celb edeydi ki, milletimiz 20 gun erzinde Dunya Medeniyyetine hem pay vereydi, hem de inteqrasiya olaydi.
    Azerbaycan tefekkurunun tezahurlerinden numuneliri sen bize teqdim edirsen ve fikirlerinle vetendashimizin yashadigi daxili ve xarici sher-aitlerin anlashilmasina ve problemlerin helline yeni sher-ait yaratdigin ucun sene bir daha teshekkur edirem.
    Adil

  2. Qasim dayi said

    Fikir=Sherait

Leave a reply to Adil Cancel reply