ATAF-ın Növbəti Uğuru
Posted by gundeliyim on 16 August 2007
Azərbaycanlı Tələbələrin Avropa Forumu (ATAF), Avqustun 13-ü Avropa Parlamentində rəsmi lobbist təşkilat kimi qeydiyyata alınıb.
Mərkəzi Brüsseldə yerləşən ATAF-ın baş katibi Vüsal Məmmədov, akreditasiyanın bir illik olduğunu və hər bir ildən sonra akreditasiyanı yeniləyəcəklərini bildirib.
Bir ay əvvəl Avropa Parlamentinə müraciət edildiyini bildirən baş katib, müraciətin müsbət qarşılanmasını Azərbaycan üçün uğur adlandırıb.
Artıq, ATAF Avropa Parlamentinin bütün sessiyalarında, toplantılarında iştirak etmək hüququ qazanıb. Eyni zamanda Avropa Komissiyası tərəfindən 3 sentyabrda təşkil olunacaq “WORKING TOGETHER-STRENGTHENING THE EUROPEAN NEIGHBOURHOOD” adlı konfransa ATAF da dəvət olunub.
Qeyd etmək lazımdır ki, ATAF Avropa Parlamentində akreditasiya olunan ilk lobbist təşkilatdır.
Leave a Reply