Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Pəncərədən mənzərə

Posted by gundeliyim on 14 August 2007

Gülər Sadıqova

Salxım – salxım küləklər istərəm. O uzaq, gözəl iyli ağacların olduğu bağların qoxusunu gətirsin mənə. O uzaq ölkələrin istisini gətirsin ki, orda küçələr sakitdir. İnsanlar həzin səslə mahnılar oxuyurlar. Günəş o insanları yandırmır, gülümsəyərək işıq saçır.

Dəniz – dəniz yağışlar istərəm. Hər damlasında uzaq səmaların sevgisini gətirsin mənə. O uzaq səmaların ki, orda yağışlar təmiz olur. Orda mələklər arfalarda gözəl musiqilər çalarlar.

Mavi – mavi dənizlər istərəm. Dəli dalğalarıyla gözlərimin yetmədiyi uzaqların xoşbəxt məktublarını gətirsin mənə. O uzaqların ki, məhəbbət hökmranlıq edər. İnsanlar incitməzlər bir birlərini. Şerlə deyərlər sözlərini.

Körpə – körpə ləpələr istərəm. İlıq nəfəsləri, şən gülüşləriylə ayaqlarımı qucaqlasın. Hiss etdirsin mənə körpə saflığını, körpə nikbinliyini.

Ürəyim sıxılar, nəfəsim tutular. Ölkəm gələr gözümün qabağına. Nə sevinən insanlar görərəm, nə şən gülüşlər eşidərəm. İnsanlar unutmuşlar gülməyi, unutmuşlar sevinməyi.

Nə təmiz musiqilər eşidərəm, nə məhəbbət nəğmələri. İnsanlar satmışlar gözəl nəğmələri pula – paraya.

Günəş hirsindən cəhənnəm odu saçar bu insanların üzərinə. Sakitlik tərk etmiş ölkəmi. Mələklər köçmüş, yerlərini şeytanlara vermiş. Yağışlar palçıq tökər. Şerlər övkə dolu. Məhəbbət ucuzlaşmış, incimiş. Körpələr doğularkən gözləri kədərli. Zır zır ağlarlar. Valideynlərinə nifrət edərlər bütün həyatları boyu ki belə lənətlənmiş ölkədə doğulublar.

Pəncərədən boylandım. Uzaqlara – dənizə. Yox, dəniz masmavı, tərtərmiz – deyə düşünərək. Dənizi acıqlı, kədərli, bədbəxt gördüm. Çirklənmiş sular gördüm. Doğulan kimi qocalan ləpələr gördüm. Dənizi nifrət edən gördüm.

Bağladım pəncərəmi, göz yaşlarımla. Gözlərimi yumdum, ümidsizliyimi qovmaqçün. “ düzələcək, hər şey yaxşı olacaq” dedim öz – özümə. Amma beynimin yalan dediyini duydu ürəyim. Razılaşmadı mənimlə. Yığdım əşyalarımı, sınmış qəlbimin sınıq parçalarını. Taksinin pəncərəsindən boylandım, son dəfə yanan ürəyimin alovunu qoyub getdiyim şəhərə baxmaqçün. Tüpürcəkli yollardan, bədbəxt, bədbin sifətlərdən, iyrənc gülüşlərdən, sallanmış qarınlardan, ac körpələrdən, skilet insanlardan başqa heç nə görmədim. Vəssalam.Taksinin də pəncərəsini qaldırdım. Gözlərimi yalnız irəli dikdim. Əlimdən heç nə gəlmir deyə bir azca günahkarlıqdan başqa heç nə hiss etmədim. Sadəcə unutmaq. Unutmaq lazımdı bu zibil həyatı. Hər gün ögüyərək yaşamaqdansa rədd olub, satqın statusu almaq daha yaxşıdı, hər şeyin tərsinə olduğu bu ölkədə.

 

2 Responses to “Pəncərədən mənzərə”

  1. nazim said

    Salam Gular hanim!
    Gozel yazi yazmisiniz, hamisi dogrudur! Men ele ozumde hemin hissleri kecirirem, 14 il Amerikada yashasamda…her defe Bakidya gelib-qayidanda siz yazanlari gorurem…amma pessimist olmag lazim degil. Dogrudur kenardan bunu asanddir demek.
    Bir ay once Izmirde idim, oradaki gozel ter-temiz Ege Denizine bahanda, hemin o denizde uzende, etrafda guler uzleri gorende dushunurdum ne ucun bakida bele degil? Ne ucun bizim denizimiz bele cirkilidir, Ege denizinde ise lap on metrlik derin olan yere getdim…denizin dibi gorsenir…o geder temizdi…Yahshi tutalim ki, bu Ege denizidir, Istanbulun lap yaninda olan Mermere Denizindede uzmushdum…ahi oradada Hezerden daha temiz idi su…Biz neft olmasaydi belke bizde normal olke olardig,
    balig, kuru coh olardi, turizm okleye para getiterdi ve s.
    Bizde ise neft var…Batililarada neft lazimdir, Chine ve Hindistanada neft lazimdir, Rusiyada isteyir butun borular onun erazisinden kecsin ve onlar havayi yere Azerbaycan, Kazakhstan, Turkmenistan servetinden varlansinlar! Yani hemishe kimi Rus haram pul isteyir…yeni bir shey degil, onlar buna oyreshmishdiler. Sebebi budur. Hami nese isteyir bizden amma hec kes bizde normal heayati gormek istemir.
    Ureyinizi kismayin…2015-ci ile geder Azerbaycan sektorunda neft var, ondan sonra ise suretle azalacak ve onda bashka cure olacak ve sherayit yaradilacag ki, normal bir olke qurulsun.
    Neft paralari olan yerde, hec bir shey olmayacag.
    Cunku bize imkan vermediler Norvej kimi olke olag, ona gore biz Nigeriya kimi bir olke oldug. 2015-ci ile ise coh az vaht galib…
    Saygilarimla,
    Nazim
    P.S. O ki, qaldi haminin cihib getmesine olkeden, bu da cihish yolu degil, hara gedecek bu millet? Rusiya onsuzda doludur bizimkilerle, Amerika 40 min mesheti-ahiska turkleri qabul etdi Krasnodar vilayetinden ve daha onlari qabul etmir…Turkiye,
    yahshi yerdir, amma ish tapa bilseniz orada…Her halda Turkiyede menim qohumlarim yashayir ve bizimkiler ucun en munasib yerdir ora…kimin biraz parasi varsa Kanada yahshidir,
    Kanada hemishe qebul edir insanlari. Eks-tegdirde ise 2015-ci ili gozlemek lazimdir.

  2. Bəzən mən xalqımız barədə tənqidi danışarkən, məni çoxları (ilk növbədə atam) bu qədər bədbin və antimillətçi olmamağa çağırır. Bəyəm mən optimist olub, gələcəyə ümidlə baxmaq, hər açılan sabahın dünənkindən daha aydın və işıqlı, xoşbəxtlik, səadət, gülüş və sülhlə zəngin olmasını istəmirəm!? Sanki mən – günümüzün Azəri gənci qədim Azərbaycanımızın düşdüyü bu ağrılı günlərin tezliklə bitməsini istəmirəm…
    Onlara – hələ də optimist olmağı bacaranlara bir bilsəniz nə qədər qibtə edirəm. İlahi! Sən onları necə də səbrli və iradəli yaratmısan… Onlar gəlişigözəl məsəllər və atalar sözlərini misal çəkməklə özlərinə təsəlli verir və bununla işlərini bitmiş hesab edirlər…
    Bütün millət haqqında tənqidi danışmağın düzgün olmadığını hesab edənlər, “Meşə çaqqalsız olmaz”, “Pis olmasa yaxşının qədri bilinməz” deyib, nəyi isə anlatmaq istəyirlər. Amma nəyi!?
    Mənim fikrimdə olkəmi və onun əhalisini yalnız bir məsəllə xarakterizə etmək olar: “Bir çiçək ilə bahar olmaz”.
    Xülasə, demək istəyirəm ki, xalqımız arasında sizin kimi sağlam düşünən, hər şeyə öz real qiymətini vermək istəyən və haqsızlıqlarla barışmayan insanlar (Mən sizin qarşınızda baş əyirəm) əfsuslar olsun ki, çox azdır. Mübarizə aparmaq lazımdır, onsuz da həyat başdan-başa mübarizədir. Səbr etmək də lazımdır, amma həyat uzun müddət səbr etmək üçün o qədər qısadır ki!?
    Gülər xanım! Sizə yaşadığınız cəmiyyətdən asılı olmayaraq, daima səmanızın mas-mavi və aydın, yağmurunuzun göz yaşı tək duru, dənizinizin narın-narın ləpələrlə könlünüzü oxşamasını arzu edirəm. Bundan sonrakı həyatınız keçmiş Azərbaycansayağı iyrənclikləri unutduracaq qədər xoşbəxt və firavan olsun! Allah-Təala sizi qorusun!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: