Gündəliyim®

Gündəliyin Nəbzini Tut

AN TV/ İçəri Şəhər Sökülür

Posted by gundeliyim on 14 August 2007

 

One Response to “AN TV/ İçəri Şəhər Sökülür”

  1. RAQIF said

    YAVAŞ-YAVAŞ DÜŞÜR

    Yavaş-yavaş hər şey gözümdən düşür:
    Şəhər adamlarla döyüşür,
    Ağaclar kəsilir, yollar sürüşür,
    Onlar da mənim gəncliyim kimi,
    Plana düşür…
    Qiymətlər hər gün şişir,
    Qadınlar xəyanətlərlə görüşür,
    Inanmaq istədiklərim,
    Inamımdan bir pillə də düşür…
    20 faiz torpaqlarımıza qarşılıq,
    20 faiz kreditlə evlər bölüşür;
    Vasitəçi həmsədrlərin təklifləri,
    Biqeyrət hisslərimizə baxıb gülüşür;
    Heç yaddaşıma yazmadığım şeylər
    Yadıma düşür…
    Hər gün bir yol qəzasi xəbəri
    qulağımızı deşir;
    Kriminal izlər, bölməyə çatmamiş
    Yerini dəyişir;
    Polis hər gün bir cinayətin
    Izinə düşür…
    Burada arzusuna tez çatır oğru:
    Bir az vicdan əzabı,
    Bir az mənəvi ağrı,
    Qarşılığında isə böyük sərvətə qovuşur.
    Amma hər il minlərlə tələbə
    Böyük ümidlərlə
    Ümidsiz həyata yola düşür…
    Bax beləcə, göz yaşından başqa,
    Yavaş-yavaş hər şey gözümdən düşür…

    Raqif RAUFOĞLU

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: