Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Dil

Posted by gundeliyim on 6 August 2007

Erkin Qədirli

Dil sosial gerçəkliyin çərçivəsidir. Dildən kənar sosial gerçəklik yoxdur və ola da bilməz. Heç kəs təsəvvür etmədiyini anlaya bilmir. Təsəvvür anlayışın təməlidir. Lakin təsəvvür də dildən zəngin ola bilmir. Daha doğrusu, hər kəsin təsəvvürü (anlayışı) onun söz ehtiyatından asılıdır. Çox dil bilənin gerçəkliyi bir dil bilənin gerçəkliyindən daha zəngindir. Gerçəklik dilimizdə ‘reallıq’ demək olduğunu hər kəs bilir. Amma bu sözün, etimoloji olaraq (dekonstruksiya etsək), ‘geri’ və ‘çəkilmək’ sözlərindən törəndiyinə çox az adam əhəmiyyət verir. Qəribədir, mədəniyyətimiz reallığı anlamaq üçün geri çəkilməyimizi tələb etmiş kimi görünür. Optik effekt olaraq bunu daha asan təsdiq etmək olur. Bəzi obyektləri aydın görmək üçün onlardan bəlli məsafəyə geri çəkilmək lazım gəlir ki, həmin obyektlərin üz, yan, arxa, alt və ya üst tərəfi görünsün (bütövlükdə heç bir obyekti eyni zamanda müşahidə etmək mümkün deyil). Məsələn, üstündə yazı olan vərəqi həddindən artıq gözlərinizə yaxınlaşdırsanız, yazını oxuya bilməyəcəksiniz. Gərəkdir ki, vərəqi müəyyən məsafəyə gözlərinizdən geri çəkəsiniz. Gözlərinizin görmə qabiliyyətindən asılı olaraq, həmin məsafə də fərqlənəcək.

Mədəniyyətimiz nominalistik olduğu üçün, təbiətdəki hallar asanlıqla sosiallaşdırılır. Bir çox atalar sözlərimiz də buna misal ola bilər. Məsələn, ‘alma almaya bənzər’, ‘ot kökü üstə bitər’ və s. Doğrudanmı reallığı anlamaq üçün geri çəkilməmiz lazım gəlir? Bu sizə sadəcə söz oynu kimi gəlməsin. Unutmayın ki, sözlər şüurumuzu proqramlaşdırır və düşüncə vərdişlərimizə keçir.

‘Gerçəklik duyumu’ kodumuz çəkingəndir. Biz, cemiyyət olaraq, həmişə geridəyik. Hadisələri qabaqlamırıq. Daha çox başqalarının etdiyinə cavab verməklə məşğuluq ki, bu da zaman, sinir, fikir və sairə bir çox hesaba alınmayan resurslarımızın boşuna xərcləndiyi anlamına gəlir. Biz bir çox anlayışları dəyişik mənalarda istifadə edirik. Daha doğrusu, dəyişdirilmiş mənalarda. Özü də, yalnış mənalarda. Məsələn, ‘prinsipiallıq’ – ‘inadkarlıq’, ‘bitərəflik’ – mövqesizlik’, qərəzsizlik’ – ‘biganəlik’, ‘sabitlik’ – ‘sakitlik’ kimi başa düşülür. Belə yanlış məna dəyişmələri şüurumuzu elə kodlaşdırır kı, biz, məsələn, mitinqi və ya küçə yürüşünü “istirahət” bəhanəsi ilə qadağan edə bilirik ki, guya mitinq camaatın istirahətini pozar (sabitliyin sakitliklə əvəz edilməsinə örnək).

Mən dilin təmizliyini yuxarıda göstərməyə çalışdığım yanlışlıqlardan qurtulmağın məqsədi kimi görürəm. Dilin saflığı düşüncədən başlayır. Düşüncə azadlığı azadlıqların ən çətinidir. Amma ona nail ola bilsəniz digər azadlıqlar sizə asan gələcək! Unutmayın ki, dil sadəcə danışıq vasitəsi deyil, həm də və hər şəydən öncə düşüncənin məhsuludur.

Düşük düşüncələrin düşkünü gününə düşməyin!

2 Responses to “Dil”

  1. Adil said

    Tebrik edirem, yaxshi meqaledir.
    Xahish edirem bele gozel meqalelerin sayini artirin. Internetde en chox oxunan ensiklopediya sayilan bu virtual mekandaki elmi izah olunan sozlerimizin sayini artirmaqla indiki 13242-den Vikipediya-daki meqalelerimizin sayini 100 mine chatdiraraq Dunyadaki en medeni milletlerin sirasina qebul oluna bilerdik.
    Ugurlar olsun!
    Adil Rehim

  2. Adil said

    Azerbaycanin Avropa standartlarindan da yaxshi heyat sheraitini temin etmek imkanlari var! Yeter ki, maddi ve menevi medeniyyetimizi yaradan istedadli insanlar qorunsunlar.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: