Gündəliyim®

Gündəliyin Nəbzini Tut

İthaf

Posted by gundeliyim on 1 August 2007

Erkin Qədirli

Öncə bir-iki kəlmə özüm haqqımda deyim ki, sonradan yazacaqlarımın əhval-ruhiyyəsi aydın ola bilsin. Mənim uşaqlığım sovet dövründə keçib. Qayğısız, amma iddialı bir uşaq olmuşam. Əla təhsil almışam, buna görə məktəb müəllimlərimə və valideyinlərimə hər zaman minnətdar olacağam. Rus bölməsində oxuduğumdan əsas düşüncə dilim rus dili olmuşdur. Mən dünyanı rus dili vasitəsilə qavrayırdım. Azərbaycan dilini yalnız məişət səviyyəsində bilirdim ki, o da məhəlli çevrədən kənara çıxmırdı. Rus bölməsində təhsil alanların mütləq əksəriyyəti kimi, mən də çox təkkəbbürlü, istehzalı, azərbaycan mədəniyyətinin ünsür və ifadələrinə lağ ilə yanaşan birisi olmuşam. Hətta ingilis dilini o vaxtlar azərbaycan dilindən daha yaxşı bilirdim. Özümü az qala tamamilə camaatdan ayrı, onlara yad hiss edirdim. Düşünürdüm ki, onlarla ünsiyyətdə olmaq mənə şərəf gətirməz, onlar “qara camaatdır”, əllərindən heç zaman yaradıcılıq çıxmaz.

Mən tarixdən öyrəndiyim millətçilik, maarifçilik, islahatçılıq kimi cərəyanlarin Azərbaycanda mümkün ola biləcəyinə inanmırdım. Hesab edirdim ki, “bu xalq” (ifadənin özü çox təkkəbbürlüdür, ən başlıcası isə, onu ifadə edənin mötərizədən kənarda qaldığına işarə edir, sanki o, heç həmin xalqın tərkib hissəsi deyil) sadəcə şərait baxımından deyil, həm də əqli qabiliyyət baxımından başqalarından çox geridə qalıb. Bir sözlə – mən yadlaşmış birisi idim.

Məni 80-lərin sonunda Milli Azadlıq Hərəkati oyatdı. Mən, o zaman “Lenin Meydanı”nda toplaşan, yüz minlərlə coşqulu adamların içində özümü kiçik, cılız və lazımsız hiss etdim. Həmin anlar kimliyim haqqında çox düşünməyə başladım. Mitinqlərdə hər kəsin azərbaycan dilində danışması məni lap çox sarsıdırdı. Axı mən bu dili siyasi ritorika baxımından yararsız sayırdım və özümü, rus və ingilis dillərini çox yaxşı bildiyimdən, başqalarından xeyli üstün sanırdım. Həmin anlarda isə hər şey alt-üst oldu. Mən gördüm ki, aşagılamağa çalışdıgım azərbaycan-dilli kütlə təsəvvürü və coşqusu hesabına mənim təkkəbbürümü qorxularıma çevirməkdə idi. Mənə çox qəribə gəlirdi, axı mən heç zaman özümü qorxaq saymamışdım. Ən qəribəsi isə nədən qorxduğumu bilməməyimdə idi. Sonralar anladım ki, qorxu zənn etdiyim hiss əslində lazımsızlıq duyğusu imiş. Hər zaman özünü iddialı hesab edən birisi üçün lazımsızlıq çox məyyusedici və hətta məhvedici duyğudur.

Elçibəyi mən ilk dəfə həmin lazımsızlıq duyğusunun acısını yaşayarkən tanıdım. Yox, biz heç zaman şəxsən tanış olmamışıq. Amma Elçibəyin coşqulu nitqləri, bütövlükdə o zamankı Xalq Cəbhəsinin oyatdığı milli yüksəliş, mənim düşüncə məcramı dəyişdi. Mən sayğısızlıqdan sarsıntıya, sarsıntıdan isə əqli sabitliyə doğru dəyişimlərdən keçdim. İlk öncə azərbaycan dilini yenidən öyrənməyə özümü məcbur etdim və qısa bir zamanda buna nail oldum. Indi, hərdən, düşünəndü ki, bütün sonrakı nailiyyətlərimin təməlini nə təşkil edir, hər dəfə özümə eyni cavabı verirəm: milli oyanış dönəmində ana dilimi öyrənməyim. Yox, məsələ sadəcə dildə deyildi. Məsələ o zaman bu dili yenidən və tez bir zamanda öyrənməklə, ümumiyyətlə yaxşılığa doğru hər hansi bir dəyişikliyin, iradə nümayiş etdirildikdə, tezliklə mümkün olmasına yaranmış inamımda idi. Bu inamı isə mənə o zamanlar Elçibəy və Xalq Cəbhəsi vermişdi. Mən onda oyandım.

6 Responses to “İthaf”

  1. Adil said

    Erkin bey,
    sag ol, yaxshi yazmisan.
    belli olur ki, dilimizi yaxshi oyrenmisen, lakin maqalenin adi Ithaf” yox “Etiraf” da ola bilerdi.
    Senin diger meqalelerini de oxumaq isterdim.
    Ugurlar dileyile,
    Adil

  2. Adil said

    Erkin bey,
    Sen fikirlerini “Ithaf” adli meqalende chox yaxshi ifade ede bildiyin ucun milletimize chox Lazimli insansan.
    Imkanin varsa, milletimizin 3-de birinin vetenimizi terk etmesinin ve rusdilli, ingilisdilli, avropadilli olkelere miqrasiyasinin sebeblerine aid de bir meqale yazsaydin, evvelceden Sene minnetdar olardim.
    Dilimizi yaxshi bilen vetendashlarimizi Allah saxlasin!
    Adil
    Avropa

  3. behrang said

    hardan yaylir guney azarbaycannanda tutmak olar

  4. Gunel said

    Salam, Erkin bey. Siz meni xatirlamazsiniz, amma men Sizi cox yaxshi xatirlayiram. Siz mene 2001-2002-ci illerde BDU-da ders demisiniz. (Dovlet ve huquq nezeriyyesi). Men BDU-nu 2005-ci ilde bitimisem ve hal-hazirda magistraturani birimek uzreyem.Ilk defe meqalenizi day.az-da oxudum (qiymetlerin artimi konstitusyaya ziddir) ve cox beyendim. Bu defe de 3 “i” prinsipini goren kimi cox sevindim. Bu prinsip birinci kursdan menim aglimdadir. Erkin bey, sizin muhazireleriniz indi de aglimdadir. Belke de oxudugum butun dovr erzinde en maraqli muhazireleri Sizden esitmisem. Amma bu yaxinlarda esitdim ki, Siz artiq BDU-da islemirsiniz, cox meyus oldum.Bu heqiqetdirmi? Eger beledirse, sebebi nedir? Hec olmasa indiyedek Huquq fakultesinin telebeleri Sizden nese oyrenirdi, bes indi ne olacaq, kimden oyrenecek? onlarin size cox ehtiyaci var (ozleri bunu derk etmeseler de).

    Ugurlar.

    Gunel.

  5. Adil said

    Erkin bey, salam!

    Gunel xanim, sag olun yazdiqlariniza goere. Erkin bey kimi savadli, istedadli ve exlaqli genclerimizin sayesinde dovletimiz hemishe inkishaf edecek. Yashasin Erkin bey kimi genclerimizi destekleyen dovletimizin milli memurlari, hokumetimizin terkibindeki antikorrupsionerler.

    Basharilar.

    Adil

  6. zaur said

    salam, Erkin muallim! Bu sher yazmaq ideyasinin sebebini bilmek chox maraqli olardi.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: