Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Yadigar

Posted by gundeliyim on 28 July 2007

Mirzə Ələkbər Sabir

Möhtərəm Molla Nəsrəddin əfəndi!
Acizanə xahiş edirəm ki, bu neçə kəlməyə jurnalınızda yer verəsiniz.

Mərhum Həsənbəyin vəfatı münasibətincə lazım idi ki, bütün Qafqazda olan şəhərlərdən biz şamaxıların üstümüzə sər-səlaməti teleqramları çəkiləydi… Çünki o mərhum bizim öz şamaxılımız idi, o bizim öz adamımız idi; daha doğrusu, o bizim mənəvi atamız idi.
Amma Qafqaz əhli bu barədə səhv etdilər, götürüb Bakıya teleqram elədilər, nə bilim “Irşad”a yazdılar…
Bainhəməl biz yenə öz vəzifəmizi ifa etməkdə qüsurluq etmədik, o mərhumu yadımızdan çıxarmadıq, demək, onun bizdə olan həqqini əda etdik.
Qərar qoyduq ki, onun ancaq möhtərəmə1 əyalına bircə teleqram edib sər-səlaməti verək. Hətta bu xüsusda çox danışdıq da, hələ də danışırıq, yenə də danışacayıq; çünki o mərhumu yadımızdan çıxarda bilmərik! Şərt teleqram vurmaqda deyil: hər mətləbin üstündə gərək danışıq olsun, danışılır, danışırlar, axırda iş bir yerdə qərar tutar; necə ki, elə belə də oldu, yəni teleqramı mövqüf edib, mərhumun yadiğarına şəhərimizdə olan uşqolaların birində tək bircə nəfər yetim uşaq oxutmaq fikrinə düşdük; demək ki, müsadimeyi-əfkardan bariqeyi-həqiqət partladıq! Afərin bizə! Mərhəba bizə!
O idi ki, bu xüsusda götür-qoy elədik, götürdük qoyduq, qoyduq götürdük, qoyduq götürdük, götürdük qoyduq, bircə xırda qalmışdı ki, iş lap düzəlsin, nagah vəqtsiz xoruz kimi şoğərib tək səbir bu yandan bannadı, səbrin səsinə diksinib yuxudan ayıldım, bir bu tərəfə, bir o tərəfə nəzər saldım, gördüm ki, hamı xorhaxornan yatıb. Tez kağız-qələmi götürüb, bu neçə kəlməni sizə yazıb, dübarə başımı yasdığa və getdim yuxuya. Hərçənd ev isti, yorğan-döşək qalın, yuxu şirin, heç bir də oyanmağa ümidim yoxdur; amma yenə vəsiyyət yüngüllükdür, budur sənə deyirəm, aşna: əhyana, oyandım, mabədini də yazaram, yox, əgər oyana bilmədim, nə bir eybi varmış: yar baqi, söhbət baqi, o dünyada görüşüb zəbanı-ərz edərəm.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: