Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Milliyyətçilik yoxsa vətənpərvərlik?

Posted by gundeliyim on 18 July 2007

n773855528_100080_54351.jpgRamiz Məmmədli

agsaqqal@yahoo.com

Bu iki qavram arasındaki fərqləri, eləcə də millət, milliyyət, xalq, vətən, etnos və s. kimi terminləri sosioloqlarımız dəfələrlə izah etməyə calışıblar, amma hər dəfə də bu və ya digər terminə daha çox üstünlük verilməsi nəticəsində şəxsən məndə konkret bir anlayış hasil olmayıbdır.

Hər zaman düşünürdüm ki, niyə bu məsələlər belə qarışıqdır və Azərbaycana bu məsələlər necə tətbiq olunmalıdır ki, necə deyərlər nə şiş yansın, nə də kabab. Hamı razı qalsın və ümumiyyətlə milli zəmində mübahisələr yenidən ortaya çıxmasın. Dünya praktikasina baxdıqda bir çox fərqli tərif, izah və həll yolu çıxır qarşımıza. Ümumiyyətlə, bu sözlərin tercumeleri de her dilde eyni menaya uygun gelmir, mena ferqliliyi ise dunya tecrubesinden istifadədə bizə kömək etmir.Lakin bu meseleni tarixi yonden deyerlendirdikde mueyyen neticeler elde etmek mumkundur.

Əvvəla onu demək lazımdır ki, bir neçə millət istisna olmaqla hec kim homogen terkibli bir dovlete sahib ola bilmeyib. Bu istisnalara, meselen ermenilere ve yehudilere baxdiqda goruruk ki, bunlar kicik bir ehaliye ve dar bir eraziye mehkum olunmush dovletlerdir. Daima genishlenmek arzusu ile yashadiqlari ve mubarize etmeleri onlarin daima sixishdirilmasi ve hem ehali artiminin, hem de kutlevi erazi genishlemesinin qarshini almishdir. Lakin bunun neticesinde de bu milletler, Robin Cohenin de oz “Global Diasporas” adlı kitabında qeyd etdiyi kimi dünyanın ən güclü iki “qurban diasporasına” sahib ola bilmişlər.
Bize geldikde ise qarshimiza uc esas secim cixmaqdadir. Bu yanashmalarin hec biri universal deyil ve mukemmellikden uzaqdir:
1. Biz Turk milletine mensubuq
2. Biz turkdilli Azerilerik
3. Biz Azerbaycanliyiq
Tebii ki, daha utopik secimler de teklif oluna biler. Meselen, biz farslashmish turklerik, turkleshmish farslariq, turkleshmish kurdlerik, turkce danishan qafqaz tayfalariyiq ve s. Bunlar elmi dairelerde muzakireye aciq movzulardir, amma ictimaiyyetde bele sheyler genish qebul olunmadigi ucun bunlara cox onem vermeyeceyem.
Birinci ideya Azerbaycanda ilk musteqillik illerinde genish vuset aldi. Buna bir nov Turkiyeli qardashlarimiza hesretimizin tezahuru kimi de baxmaq olar. Bu dovr tebii ki, Boyuk Turan dovleti kimi ideyalarin da muzakiresine yol acdi. Merhum Turqut Ozal dogrudan da turkdilli dovletlerin bir “hedefe cekic vurmalari” ucun elinden geleni etdi. Lakin, hele o zamandan bu hedefin ne oldugu tam belli deyildi. Bezileri bu birliye iqtisadi ve herbi pakt kimi baxdiqlari halda, qati milliyyetciler bunu siyasi bir konfederasiya ve hatta federasiya kimi gormek istyirdiler. Buna hem yeni musteqil olmush turkdilli respublikalarda bash veren hadiseler, hem de Turkiyenin ozunde bash veren Turqut Ozalin vefati kimi hadiseler imkan vermedi. Hetta, bu birliyin qerbin ishine yaramadigi ve bu sebeble de aciq ashkar lider olan Ozalin sui-qesd neticesinde oldurulduyu haqda teoriyalar bu gune qeder bir cox metbuatda seslendirilir.
Bu yanashmanin bir nece menfi ceheti vardir. Əvvəla medeniyyet ve dil yaxinligi baximindan cox yaxin olan turkdilli dovletlerin siyasi ve iqtisadi cehetden bir cox hell olunmamish meseleleri qalmaqdadir. Misal olaraq, Ozbekistanla Turkiye arasinda ve Azerbaycanla Turkmenistan arasindaki diplomatik soyuqluqlar xalqlarin inteqrasiyasina menfi tesir gosterir. Sevindirici haldir ki, bele soyuqluqlar indiki rehberler terefinden hell edilmeye calishirlir.
Diger menfi cehet ise odur ki, bu dovletlerin hec biri homogen turk qanini dashiyan ehaliden ibaret deyil. Umumiyyetle sirf Turk qanini dashiyan insanlarin mueyyen edilmesi demek olar ki mumkun deyildir. Bezi qruplarin bunu “qafatasi milliyyetciliyi” – yeni her hansi etnosun sumuklerinin dashidigi xususiyyetlere gore insanlarin her hansi millete aid olmasi – seviyyesinde murekkebleshdirmesi fashizmin bir novu kimi deyerlendirile biler. Buna gore de, Turk olmayanin Turk milliyyetciliyi ideyasi ile qurulmush dovletde rahat yashamasi cetinleshir.
Ikinci ideya daha cox diger Turklerle umumi bir etnos oldugumuzu, lakin ferqli medeniyyetlere sahib oldugumuzu ifade etmek ucun istifade olunur. Tez-tez Turkiyeli qardashlarimizin bu TURK sozunu ozelleshdirmesi neticesinde ozumuze yeni bir shexsiyyet tapmaq ve bu “yorgana burunerek” milli menliyimizi subut etmek ucun istifade olunan “Azeri Turku” termininin de bir cox menfi ceheti movcuddur.
Bu yanashma, bizim “esl Turk” deyil, sanki ikinci dereceli “Azeri Turku” oldugumuz tesevvurunu oyadir. Sonra da ortaya bir sual cixir ki, bes Azeri olmanin xususiyetleri nelerdir? Danishdigimiz shivedirse, Igdirlilarla Naxcivanlilarin shivesi cox da ferqlenmir. Demeli Igdirlilar da Azeri Turkudur. Yox Azerbaycanda yashayan Turk esilli ehaliden sohbet gedirse, yene fars, kurd ve qafqaz esilli ehalimiz bu yanashmanin xaricinde qalir ve ikinci dereceli vetendash seviyyesine dushur.
Mence muasir heterogen Azerbaycanimiz sheraitinde en yaxshi cixish yolu Azerbaycanciliq ideyasinin digerlerine nisbeten ustun tutulmasidir. Bu ucuncu variant, merhum Heyder Eliyevin meshhur bir cixishinda “Men hemishe fexr etmishem, bu gun de fexr edirem ki, men Azerbaycanliyam!” kimi seslenmishdi. Eslinde Heyder Eliyev mence olkeni neinki milli zeminde qarshidurmadan vaxtinda xilas eden lider olma sherefine nail oldu, hem de yuxaridaki sozu ile geleceye aid siyasetimizi mueyyenleshdirdi. Yeni bu gelecek nesillere bir mesaj idi: Biz bir millət iki dovletik ve men fexr edirem ki, men Azerbaycanliyam.

Coğrafi anlayış olan Azərbaycan adı bütün vətəndaşlarını bir kateqoriyada toplamaq imkanına malikdir. Bu yanaşmanın keçən il Türkiyədə ortaya cixan “Alt kimlik, Ust kimlik” muzakireleri ile oxshar cehetleri movcuddur. Yeni Azerbaycanli olanin eyni zamanda Talish, Turk, Lezgi, Avar, Kurd ve s. qalmasi mumkundur. Ortaq dilin Azerbaycan dili olmasi da onemlidir. Amma belə adlandırılan dilimizin Turk dili qrupuna aid olması da gələcəkdə digər türkdilli dövlətlərlə quracağımız əməkdaşlıqlarda bizə böyük köməyi olacağı danılmaz üstünlükdür.

7 Responses to “Milliyyətçilik yoxsa vətənpərvərlik?”

  1. tur2 said

    salam.mende guney azerbaycandan wordpress blogcilarina qosuldum. umud ki elimden tutarsiniz.axi ilkin addimlardayam
    http://tur2.wordpress.com

  2. Zeki Koc said

    bu değerlendirmeler oldukça yerinde ve güzel tesbitler mevcut. bütünleştirici unsurlar ele alınmış bir milleti ve o milletin bağlı bulunduğu mensubiyetler anlatılmış azerbaycan ve türk devletleri için ufuk çizilmiş. anacak önemli bir nokta atlanmış. bu milleti ayakta tutan en öenmli unsur: müslüman olmamız dır. bu en öenmli bütünleştirici unsurdur.türkü türk yapan asil kanının dışında mensubu oldugu DİNİdir. ancak diğer milletlerle dinin bütünleştirici şemsiyesi altında mevcudiyetini barış içinde sürdürebilir.
    vesselam.
    zekikoç

  3. Secret of a Castle said

    Fikirlerin coxu ile raziyam. Sadece qafatasciligi meselesi xoshuma gelmedi. Yeri gelende o da lazimdir. Cunki, bu olmasa biz ermenilere subut ede bilmerik ki, biz Qafqazda onlardan daha qedim ve yerli xalqiq. Mehz tapilan kelle sumuklerini inceleyib bu qenaete gelmek olar. Bu da arada lazim olur. Bir shey de var ki, azerbaycanli deyirsiniz, amma o sozu indi turk milletini evez etmek ucun ishledirler. Yeni ki, irqi menada. En boyuk subut Azerbaycan dili ifadesidir(bu biz turklere ve bizim turk diline qarshi edilen en boyuk haqsizliq mence). Turku unutmaq ucun bele edirler. Mence biz milliyyet ve xalq anlayishini bir birinden ayirmaliyiq. Yeni Nation ve nationality. ve ya irq anlayishini.

  4. Yashar S. said

    Ramiz!

    Sənin fikirlərin çox gözəldir. Bu gözəllik ondadı ki, sən hamının haqlarının qorunması prizmasından çıxış edirsən. Mən sənin yazında həm də çox böyük politkorrektlik gördüm. Amma bəzi suallar mənim ağlımdan heç çıxmır. Vətənpərvərlik nəyə lazımdı? Milliyətçiliyin vətənpərvərlikdən fərqi nədi? Təbii ki, mənim bu mövzuda müəyyən fikirlərim var. Amma Ramiz sənin fikirlərini öyrənmək mənim üçün çox maraqlı olardı.

    Sənə işlərində uğurlar arzu edirəm. Fikirlərini bizimlə paylaşdığın üçün sənə təşəkkür edirəm.

    Yaşar.

  5. Eyyubi said

    etnik kimlik – turk kimliyi uzerine daha bir yazi. Bash chekin ve ferqli yanashmayla tanish olun.

  6. Agsaqqal said

    Hormetli Eyyubi, linki qeyd etmemisiniz.. hara bash cekek?

  7. Eyyubi said

    uzr isteyirem. herden bele sheyler olur…
    http://www.abrakadabra.azeriblog.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: