Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Milli Kimlik

Posted by gundeliyim on 16 July 2007

Ilkin Cahan

ilkin.cahan@yahoo.com.tr

İnsanın getməyə yeri olmayanda ölməyə də yeri olmur.
Xaqani Has.

Millətindən (milli kimliyindən) imtina etmiş insanlarin bu dünyada yaşaması (nəinki Azərbaycanda) çox çətindir. Amma mənə görə bir insanın həyatda ata biləcəyi ən şərəfli addımdir. Zaur (Heydərov) yazılarının birində yazmışdı-“Insan milli kimliyinin üzərində ola bilməz”. Mən isə deyirəm-“İnsan bir milli kimliyə sığışa bilməz”.

İnsanlıq tarixi fərddən qəbiləyə, qəbilədən icmaya, son olaraq isə icmadan dövlətə, yəni millətə uzanmışdır. Sizcə millətdən vahid bir topluma keçmək vaxtı deyil? Nə qədər idealist bir fikir kimi səslənsə də bir o qədər əhəmiyyətlidir məncə… Bu düşüncəni sadə bir cümlə ile ifadə etsəm də başa düşürəm ki, hər bir baxımdan mürəkkəb və həyata keçməsi uchun bir neçə yüz il zaman tələb edən bir məsələdir. Ən azından vahid toplum düşüncəsinin fəlsəfi, sosiyoloji, iqtisadi, mədəni təməlləri müəyyən edilməlidir. Bu isə, dərin elmi araşdırmalar gərəkdirir.Burada mənim ifadə etmək istədiyim fikir isə son zamanlar bir çoxlarınızın yazılarında insanın milli kimliyindən imtina etməsinin mümkünsüzlüyü və milli kimliksiz bir insana qarşı olan mənfi münasibətinizə cavabdır.

Bu gün dunyanın dörddə birinin heyran olduğu Hz. Məhəmməd və yaxud iki milyardının sitayiş etdiyi Hz. Isa, bir milyardlıq Çinin idealı Konfüçyüs , Nəsimi….. insan deyil? Bəlkə hər hansı bir milli kimlikdən daha çox insandır? Niyə bütün dünya Che Guevaranı ölümündən 60 il keçsə də unutmaq istəmir. Niyə Atatürkü, Maonu türklərdən və çinlilərdən başqa heç kəs yad etmir. Cavab sadədir: Atatürk və Mao millətini düşünürkən Che, Argentinalıları yox, insanlığı düşünürdü. Deməli, hər bir insanın milli kimliksiz yaşaması (kağız üzərində ola bilər. Söhbət düşüncə olaraq milli kimliksiz yaşamaqdan gedir) mümkündür.

Doğulduğu toplumun (millətin) düşüncə tərzi və xüsusiyyətləri ilə özünün sahib olduğu özəlliklər üst-üstə düçmürsə hər bir insanın milli kimliyindən imtina etməyə haqqı vardır və bu tənqidə açıq deyildir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: