Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Reportaj

Posted by gundeliyim on 11 June 2007

Ülvi İsmayıl

Bu gün,
Fərqli geyinməli
Tünd göy cins şalvar,
Sonacan düyməli
Bamazı boz köynək,
Yolka pencək, “əbədi” qol saatı
Bir də cib dəsmalı
Yəqin isti olacaq

Təmirdən çixmaq bilməyən
Tozlu şəhər.
Bir vaxt Jazzərbaycanın paytaxtı,
İndi yiğişib bu təmiri bitmiş saraya,
Nazlı, incə bir qiza baxmağa
Hamı bir müştəri gözü ilə baxır,
Bu gün hamı elçidir ona
Oxuyan o qəmli,
Sanki indi hərisi veriləcək
Bir pəriyə

Kosmik musiqi
Demək,
Belə küskün, belə həzin imiş…
Cib dəsmalı – gözümdən axan yaşları,
Çəkinmədən silirəm.

Tək deyiləm.
Yanımdakı gənc oğlan,
Bəlkə məktəbli,
Məndən gizlətmək istəyir,
Öz cib dəsmalı ilə güya,
Üzünün tərini silir…
Amma onu boğan qəhərin səsi
Sirrini verir

Küsüb getmək ən gözəli imiş,
Küskün geri dönmək ondan da gözəl
Dahi ataların dahi övladları olmur
Bunun əksini sübüt edən təkcəsən, təkcə
Jazziza, Jazziza.

Hər şəyin bir sonu vardır
Bu da son
Bitmək istəməyən,
Gəlmək bilməyən son
Nisgilin sonu.

Gecə saat on iki,
Yenə həmin tozlu şəhər
Özündən başqasını düşünmək istəməyən,
Tələskən, səbirsiz, səs-küylü
Şəhərlilər – zəhərlilər

Bir də…
Bir möcüzə!
Buludsuz, ulduzlu səma

Yağış damlaları
Hardan?
Nə üçün?
Kim üçün?
İndi düşünmədən geri dön,
Əzizəm!
Burda qalsın –
Tələskən və səbirsiz biz,
Göydən baxan o,
və Sən
Reportajın sonu
8-9 iyun, 2007

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: