Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Sən get! Sonra gəl…

Posted by gundeliyim on 1 May 2007

Həbib Müntəzir

Sən get McDonaldsda
BigMac boğmalan
sonra gəl mənə
antisemitizmdən
lovğalan
Sən get Coca-Cola
zəhərlən
sonra gəl Amerikaya
qəhərlən
adı dindar
özü mundar
Sən get xaricdə
erməni gədası ilə
bacı-qardaş olub
şellən
sonra gəl
Xocalı soyqırımında
ermənistan səfirliyi
önündə mitinq edib
veyillən
adı vətənpərvər
özü gödənpərvər
Sən get tələbədən
rüşvət qırp
sonra rüşvət almamaq
barədə
mühazirə oxuyub
üzünə çırp
adı Professor
özü rüşvətxor
Sən get vətən uğrunda
ölməkdən danış
sonra gəl düşmənlə
sülh etməyə
çalış
adı əsgər
özü peysər
Sən get Hipokrata
and iç
sonra bədbəxt xalqın
boğazını, cibini
biç
adı cərrah
özü cəllad
Sən get namusdan,
qeyrətdən dəm vur
sonra gəl Dubaya
göndərməyə
zənani-ordu qur
adı Qəmlo
özü Papakarlo
Sən get
bayramdan-bayrama
qaçqın qeydinə qal
sonra gəl
Qırmızı Xaçın
qaçqın yardımından
cibinə sal
Sən get…
görməmiş oğlu görməmiş!
Siyasətə keçməmiş…
Heç gəlmə!

2 Responses to “Sən get! Sonra gəl…”

  1. RAQIF said

    ERMƏNİ QIZI

    Bir erməni qızı var,
    Boyu bir qarış olmaz.
    Gözü kor, özü axsar,
    Heç kimlə tanış olmaz.

    Danışır yavaş- yavaş,
    Mənə deyir ki, qardaş,
    Daha sizlə nə savaş,
    Nə də ki barış olmaz.

    Mən də gəlirəm dilə:
    Ay sizi belə- belə,
    Daha mədəni dillə,
    Sizlə davranış olmaz.

    O da coşub, çağlayir,
    Görürəm ki, ağlayır.
    Deyir: Allah saxlayır,
    Sizə oyanış olmaz.

    Özündən razısınız,
    Heç maraqlanmısınız?
    Hanı əsir qızınız?
    Belə axtarış olmaz.

    Mənim atam, aşotyan,
    Anam, azəri Ceyran,
    Bir qızı qorumayan,
    Xalqa qurtuluş olmaz.

    Raqif Raufoglu- 13.02.2008.

  2. RAQIF said

    İNANMA GÜNÜ – 31 MART

    Inanma günü – 31 mart!
    Bu gün Azərbaycanda
    Hamı edə bilər zarafat,
    Hamı düz danışa bilər.
    Yalnız bu gün, camaat
    Inamını bərpa edər.
    Yalnız bu gün,
    Alverçilər, həkimlər,
    Sahibkarlar, hakimlər,
    Vakant yerlərə işçi qəbul edənlər,
    Hətta marketlər
    Çalışmazlar.
    Yalnız bu gün,
    Sms yaz! Mesaj yolla!
    Həyatını dəyiş deyən
    Şou- biznes cibgirləri
    Yarışmazlar.
    Yalnız bu gün,
    Vətən, millət,
    Namus, qeyrət,
    Savaş, Təbriz,
    Xoy, Qarabağ
    Deyən dillər
    Danışmazlar.
    Məmurlar insanların,
    Dirilər ölülərin,
    Böyüklər uşaqların
    İşinə qarışmazlar
    ………………………
    Təsadüfdən,
    Azəri soyqırımı da
    Elə bu günə düşər.
    Bir apreldən yenə başlar,
    Aldatma günü,
    Cibəgirmə günü,
    Hər şey yenə axarına,
    Yenə öz yoluna düşər.
    Inanma günü – 31 mart!
    Olsa pis olmaz!

    RAQİF RAUFOGLU

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: