Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Biz kimik

Posted by gundeliyim on 25 April 2007

Səbuhi Rəhimli

“Qoroskop” qezetinin baş redaktoru

Heç fikirləşmisinizmi, üstündə genine-boluna gəzdiyimiz bu məmləkətə dünyanın diqqəti niyə bu qədər böyükdür? Niyə bütün dünyanı fəth edən böyük sərkərdələr, fatehlər Odlar Diyarının sirlerine vaqif olandan sonra uzun zaman ya peşmançılıq çekibler, ya da teessüf hissile bu yeri terk edibler? Neye göre Nuh eleyhisselamın gemisi bu diyarda torpağa çıxıb, neye göre Musa Peyğembere Tanrımız bu torpaqda yaşayan müdrikden meslehet almağı emr edib? Ne üçün 9 iqlim qurşağı ve Cennetde olan bütün meyveler yalnız bizdedir? Nedir bütün bunlar? Size bir şey demirmi?
Bunun yalnız bir mahiyyeti var: biz böyük milletik. Bunu planetimizin bütün mütefekkir insanları yaxşı bilir, amma gizledirler, bu barede geniş ictimaiyyete melumat vermek isteyenleri ise tike-tike doğrayıblar: Nesimiden tutmuş Hüseyn Cavide, Ziya Bünyadova qeder… İndi norveçliler, ukraynalılar ve bir az da almanlar bu böyük heqiqeti etiraf edirler. Qalanları ise qorxur, yaxud bunu inkar etmek isteyirler, bizim ilk ariler (ereyler) olduğumuzu, ikinci insan neslinin Nuh Peyğemberin oğlu Yasef Peyğember terefinden mehz Azerbaycandan perveriş tapdığını danırlar. Ona göre de üç min ile yaxındır ki, yurdumuzu viran qoyurlar.
Biz yegane milletik ki, ilkin çağlarda bir-birimizle şerle danışmışıq, böyük-böyük fatehleri bir kelme sözle ram edib geri qaytarmışıq. Tanrı ilk kitabını – “Avesta”nı bize gönderib, 10-dan çox neheng peyğemberi bu yurda ermeğan edib: Yasef (e), Türk (e) (Nuh Peyğemberin nevesi), Maq (e), Man (e), Zerdüşt (e), Xızır (e), Azer (e), Mani (e), Az (e), Uz (e), Henzelet ibn Sübhan (e), Cerciz (e) ve b. Bu peyğemberlerden ikisi – Xızır (e) ve Cerciz (e) ise hemişeyaşar, diri peyğemberlerdir. Alemlere rehmet olaraq gönderilen Son Elçi Hezreti Muhemmedin (s.a.s) en etibarlı silahdaşlarından Müslüm adlı birisi de bizim soydaşımız olub ki, peyğember öz ailesini ona etibar edib. Hetta Kerbela çölünde Resuli-Ekremin nevesi İmam Hüseyni (e) meydanda tek qoymayan, şehid olunca döyüşenlerden biri de mehz Müslüm (rehmetullahi anh) olub.
Qedim Midiya dünyanın şölelenen merkezi olub. Bizde arilerin (ereylerin, oderlerin) sivilizasiyası olanda ne Atlantida vardı, ne Misir, ne Yunanıstan, ne de Roma sivilizasiyaları… Heç farslar ve ermeniler de yox idi, onlar qedim Hindistanda hele millet kimi formalaşırdılar – farslar eramızdan evvel VII esrden, ermeniler ise eramızın I esrinden bu tereflere üz tutmağa başladılar…
Biz çox böyük olmuşuq, böyüklüyümüzü qorumuşuq, bu gün de qorumaq ezmimiz var. Amma azğınlaşan dünya, mena deyerini, hikmet anlamını qavramayan tiran ölkeler bu gün özümüzü özümüze qarşı qoyurlar. Guya bununla bizleri menevi cehetden yaddaşlardan silmek isteyirler. Feqet, unudurlar ki, neheng bir sivilizasiyanın yaradıcıları olan bu milletin ruhunu boğmaq mümkünsüzdür. Axı ruh Allahdandır. Görün, esrler boyu bu istiqametde neler edibler: ariliyin hansısa Avropa xalqına mensub olduğunu deyibler, oderi azer, daha sonra azerbaycanlı edibler, Aturpatakanı Azerbaycana çeviribler, dörd bir terefimize 60-a yaxın millet yerleşdiribler ki, tedricen ariliyimiz zeiflesin, zaman-zaman bizlere qeyri-azeri rehber qoyublar ki, milli-menevi deyerlerimiz tapdansın. Hazırda da bu iyrenc mehvetme hökm sürmekdedir: farslar bu yere öz vilayetleri kimi baxır, Derbend kimi, İrevan kimi, Kerkük kimi mahallarımız bize tamamile yadlaşdırılır, Saparmurad Niyazov kimileri İraqdakı hadiselerle bağlı “Mehemmed Füzuli bizim şairdir” deyib onun qebirini guya öz veteni olan Türkmenistana aparmaq isteyir, farslar Nizamini özününküleşdirir, biri Koroğlunu, biri Molla Nesreddini özelleşdirir, mahnılarımızı oğurlayırlar, torpaqlarımızı işğal, insanlarımızı deportasiya edirler ki, guya mehv olaq…
Bunu edenlere ise yazığım gelir. Axı o bedbextler bilmirler ki, bununla olsa-olsa, proseslerin süretini lengide bilerler, ruhumuz ise ölen deyil ve elverişli meqam gözleyir. Esası odur ki, bizi Tanrı qoruyur ve indi Avropanın bize öyretdiyi bütün yaxşı keyfiyyetleri vaxtile bizden aparıblar ve indi gelib özümüze “öyredirler”.
Öten illerde melum oldu ki, Almaniyada çıxan dersliklerde Qarabağ ermeni torpağı kimi gösterilir. Ele hemin ölkede dünya kürdleri elmi konfrans keçirerek Zerdüşt Peyğemberin guya kürd olduğunu ve zerdüştiliyin birbaşa onlarla bağlılığı olduğunu beyan etdiler. Görürsünüzmü, ne böyük işler gedir?
Amma “çifayda”, ortaya bir şey çıxara bilmeyecekler. Milli ruhumuzun qedrini bilen bizler sübut edeceyik ki, kim kimdir?! İnşallah, 2020-ci ile qeder bunu bütün dünyaya göstereceyik, bu setirleri oxuyanlardan da bizim sıramızda öncüller olacaq. İndi, sadece, düşmenlerimiz bir araya geldiyine ve biz tereflerden müqavimet görmediyine göre, indiki durumla üzleşmişik. Sebr edin ve qehreman arilerden olduğunuzu unutmayın!

Azərbaycanın müqəddəsliyinə sübutlar

Bir az da çoxlarının ehemiyyetsiz yanaşdığı bir faktdan danışmaq isteyirem. Başqa göy cisimleri kimi bizim planetin de heç bir dayaq nöqtesi olmadan havadan asılı qalmasını ister alimler, ister filosoflar, isterse de diger derin bilgi sahibleri öz baxışları ile izah etmeye çalışırlar. Amma heç düşünen yoxdur ki, Yeri Tanrı dergahına gözegörünməz bağlar bağlayır. Onlardan en meşhurları Misir ve Meksikadakı piramidalar, İngilteredeki Stounxec, Seudiyye Erebistanındakı Mekkeyi-Mükerreme ve diger yerlerdir. Bütün bu enerji bucaqları Yer küresini “yerinden” qopmağa qoymur. Alimlerin qenaetince, bütün bu obyektler Sirius ulduzunun keçdiyi xett üzre düzülüb. Melumat üçün deyim ki, derin parlaqlığı olan bu ulduzun dünyanın yaranmasına, Yerde heyatın inkişafına böyük tesiri olub. Amma mütefekkir bilik sahibleri demeye qorxur ki, Sirius xettini teşkil eden ilahi mekanların yarıdan çoxu mehz Azerbaycandadır. Başqa ölkelerde uzağı iki bele yer olduğu halda, bizde bu say 10-u keçir. Bu sıraya müqeddeslerin qebirleri, mebedler, ibadet mekanları, efsanevi qalalar ve s. aid deyil, söhbet ilahi bağlardan gedir.
Bes bizde o yerler hansılardır? Başlayaq Qız qalasından… Uzun esrler yaddaşımıza yeritmeye çalışdılar ki, guya bu qala eramızın VII esrinde tikilib. Hansı ki, bütün dünya bilir ki, Qız qalası ateşperestliyin en möhteşem abidesidir ve zaman-zaman yurdumuzun peyğemberi Zerdüşt (e) bu yerden sığınacaq kimi istifade edib. Eradan evvel tikildiyi halda, saxtakar tarixçiler qeyd edir ki, bu od qalası guya islamın ciddi qadağaları hökmranlıq etdiyi, Şeyx Nizaminin yaşadığı VII esrde tikilib. Bu yeri zaman-zaman çox gözden salıblar. Onu bize adi bir tikili kimi sırıyıblar. Bes onun altından keçen ve indi de mövcud olan yollar haqqında niye söz açılmır? Görün eleyhimize nece işleyibler ki, guya şah olan bir ata öz qızı ile evlenmek isteyirmiş, qız da bu sebebden özünü denize atdığına göre bu yer bele adlanıb. Bununla kifayetlenmeyen düşmenlerimiz Qafqazda çoxlu sayda Qız qalası tikdiribler ki, esl qala adileşsin, gelecek insanlar düşünsünler ki, o vaxt deb olub ve her vilayetde bir qala tikibler. Amma yamaq rolu oynayan o tikililer sökülüb, yox olub, Tanrı yoxa çıxarıb. Nece ki, yeddi möcüzenin insan terefinden tikilen altısı mehv olub. Qız qalasını ise yer insanları tike bilmezdi. Bunu indi qebul etmeseniz de, gelecek tarixde göreceksiniz.
Planetimizi göylere bağlayan ikinci bağımız ise ilahi enerjisi uzaq-uzaq yerlerden hiss olunan Ateşgah mebedidir. Bu yer haqqında metbuatda çox danışmışam. Yalnız onu deye bilerem ki, dünyada üç böyük qiblegah var ki, onlardan ikincisi Bakıdakı Ateşgahdır.
Sirius xettinde yerleşen en böyük ve enerjili erazi ise sirr dolu Qobustanımızdır. Bu yer bütün dünyanın açarıdır, planetimizin nüvesidir, canlı tarix, başqa sivilizasiyalar haqqında bilikler toplusudur. Yaşı on minlerle ölçülen qayalar üzerindeki saysız resmlerde hetta islamın perveriş tapacağına da işare var. Amma bize olsa-olsa, qaval daşlarından çıxan nağara sesleri ve bu mekanda çekilmiş biedeb klipler tebliğ olunur. Vaxtile merhum parapsixoloq Etibar Elkin mane olmasaydı, indi o erazilere Allahın lenetlediyi milletler sahib çıxacaqdı. Onlarsa ele-bele yerlere mehr salmırlar.
Naxçıvanda yerleşen Eshabi-Kehf mağarasının adı hetta Qurani-Kerime de düşüb. Bu yer de Sirius xettindedir. Amma buna da kölge salırlar, guya bu mağaranın yeri deqiq bilinmir. Hansı ki, az qala bütün dünya o mağaranın Naxçıvanda olduğunu bilir. Meqsed yene de eynidir: teki Azerbaycanın adına yazılmasın, teki arilerin bizler olmasına kölge düşsün…

One Response to “Biz kimik”

  1. Nel said

    Yazinizi chox beyendim Sebuhi bey , chox maraqli arqumentlerden istifade etmisiniz … amma men Muslum haqqinda ilk defe burda oxudum … onun Azerbaycanli olmasi barede melumat sizde hardandi ? yeni hansi menbe bunu deyir ? Bir de ari ve ya ariyanlar meselesi bir az qelizdi … Bizim arilerden olmagimiz shubhelidir … Ariyanlarin mensheyi barede choxlu versiyalar var .. amm aonlarin bizden oldugunu ilk defe sizden eshitdim🙂

    P.S: vetenperverliyiniz ve milliyetchiliniz gerchekden teqdire layiqdir. Sukani bele saxlayin .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: