Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Balqabaq və Qarpız

Posted by gundeliyim on 22 April 2007

Əlabbas

Yaxud mortanı nə bilir yemiş nədi?

Günlərdir bizim mıxalifətin əlinə bir qarpız keçib bilmir harasından kesib yesin…. Əslində qınamaq da lazım deyil axı, bunlar həmişə kudu-balqabaq rəngi şeylərlə məşğul olublar, hardan bilələr qarpız nədi? Bəlkə də bu qarpızı yetişməmiş yemişə də bənzədiblər, hər nə desən ola bilər…

İndi keçirəm mıxalifətin son hap-guplarına… Birisi qalxıb deyir ki, son günlər Azərbaycanda camaatı həbs edirlər, nə bilim jurnalistləri gözüm çıxdıya salıblar və ilaxır… Ancaq heç deyən yoxdu ki, bu qələm dəlləkləri gündə birinin başında pambıq əkir, uydurma şeyləri xalqa sırıyır…

Azərbaycanda demokratiya var, özü də artıqlamasıyla… Bəzi anarxistlərə bu yetməyə bilər, ancaq demokratiyanın da bir sərhəddi var… Bizim əxlaqi dəyərlər, demokratik dəyərlər dediyimiz bəzi hürafələrdən daha yüksəkdə durur.

Qasım dayı yaman miras məsələsinə girişmişdi… Öz aramızdı heç demir ki, Müsavat başdan ayağa monarxiyadı, digərlərində də anarxiya… Bu gün filan olan müxalifət partiyası sabah bəsməkan olur, o biri gün də stəkan… Rəsul qağanın yeni qurduğu Açıq havadı, cəmiyyətdi, yoxsa nədi bilmirəm elə doğrudan da açıq bir şeyə bənziyir… Damsız taxtasız partiyadan nə gözləmək olar, yağış yağanda altdakilar imıslaq olacaq… Düzdü Rəsul qağaya sərf eliyir, pultla idarə etməyə nə var ki axı… ADP-nin pultu xarab oldu, yeni pult almaq yerinə, kişi yeni partiya qurdu özü də son versiya…

Qarpızı yeyə bilməyən bir mıxalifət, balqabaq nədi heç yemişi də bölə bilməz… Qarpız yuvarlaq olur, diyirlənib gedir, gündəlik hadisələr kimi… Balqabaq isə əyrimtil və kobud olur, bir terefi diger terefiyle müqayisədə həddindən artıq böyük olur eynən bizim mıxalifət kimi…

One Response to “Balqabaq və Qarpız”

  1. CAMUS said

    Salam.
    Bu yazıda musavatdan basqa digər partiyalarda anarxiya oldugu deyilib.Mən bir anarxist olaraq doğrusu utandım.Azərbaycanda hər zaman LİDER TV deyir ki Əli Kərimli anarxistdi və ya Onların dövründə anarxiya vəziyyəti idi.Amma bu sadəcə sistemin bu cərəyanı gözdən salmaq üçünistifadə etdiyi bir yoldur.Azərbaycanda nə vaxtsa XAOS vəziyyəti ola bilər.Amma əmin olun Azərbaycanda heç vaxt anarxiyanın “A” sı belə olmayıb.

    Əvvəlcədən təşəkkürlər…

Leave a comment