Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Gözümdən su axır

Posted by gundeliyim on 21 April 2007

Elvin Övsətov

ovsetov_elvin@yahoo.com

Gözümdən su axır. Bu göz yaşıdır mı? Inanmıram, mən heç vaxt ağlamıram, axı normal hissləri olmayan insan ağlaya bilməz. Belə bir mühitdə normal yaşaya bilən bir insan çətin tapila biləcəyindən çətin ki, kimsə həqiqətən ağlaya bilər. Gəncliyimizi elə günə salıblar ki, hamı bir birini aldadır. Ona görə də heç kimin göz yaşına inanmıram və ona görə də siz də mənim göz yaşlarıma inanmayın..(!)

Başımı yuxarı qaldırıram… Görürəm ki, yağış yağır… Başa düşürəm ki, mən həqiqətən də ağlamırmışam, bu sadəcə yağış damlalarıdır ki, mənim üzümlə aşağıya doğru süzülür. Vaaaay. Mən ağlamıram, amma bu həyata dözməyərək artıq buludlar ağlamağa başlayib.. Buludlar deyir ki, “insanlar necə də hissiyatsızdırlar, sizin başınıza daş da atsalar aglamazsiniz. Amma bize bir balaca soyuq veya asiri isti olan kimi ozumuzu saxlaya bilmirik. Sizdə isə cəhənnəm alovu ilə yaşamağınıza baxmayaraq hələ də hamı bir-birinin üzünə gulur. Budur dusunceli insan oglu?” Yerden biri buluda cavab verir: “Siz kisi deyilsiniz, esil kisi aglamaz”. Bu hər hansı azərbaycanlının verəcəyi bir cavabdır.

Bir az şəhərdə gəzirəm…

Yağış kəsir, amma üzümdən su axmaqda davam edir. Bu su nədir? Məni yenidən şübhələr bürüyür. Men ağlayıram? Görəsən niyə ağlayıram… Bəlkə o buludların sözü mənə təsir edib?… Axı buludların ürəyi olmadan əziyyətə dözməyin ağlayirlar, bizsə “ürəyimiz” olduğu halda bütün əziyyətlərə qatlanırıq. Mən nə qədər düşünsəm də bu suyun göz yaşı və ya başqa nə olduğunu aydinlasdira bilmedim, çünki bunu düşünməyə normal gənclik beyni imkan vermir. Axı biz AZƏRBAYCAN GƏNCLIYIYIK! !!

Hətta yay aylarinda eşşək və ya at da yük daşımada istifadə olunarkən istirahet elaməti olaraq yalvarmaq istəyəndə göz yaşı axıdırlar. Indi deyirsiniz bunlar qədər də olmadiq?! Belke amerikalilar partiyalarina esseyi emblem secende ele onun lazim olanda BƏSDIR deye bilmesinden dolayi secmisdiler. Axi insane bu kelimeni tez-tez unudur.Xeyli vaxt kecir. Uzumden su hele de axir. Bu yagis suyudur goresen? Etrafa bir az diqqetle baxiram. Axi men heyetde deyilem. Onda menim uzumden yagis damlasi axa bilmez. Bes men hardayam. Belke men heqiqeten de cehennem istisinin icindeyem, belke buludlar sehv etmirler. Ve menim uzumden de axan su istiden ortaya cixmis ter damlalaridir. Biz heqiqeten de dozumlu xalqiq(AZTV1) belke ele derdimiz dozumlu olmagimizdandir.

Ne olar ki, bir gun hec neye dozmeyek. Kim ne dese ona cavab qaytaraq. Muellim bir soz deyende uzune qayidaq, lazim gelse muellimi tepik altina salaq. Avtobus surucusu maşınını möhkəm sürəndə yerə düşüb bir-iki nəfər də çağırıb sürücünü doğulduğuna peşman edək. Qiymetlerde iki gunden bir ortaya cixan artimlara etiraz olaraq dukanlari dagildaq, memurlarin oturduqları binaları sökək.

YOX! Elə dözümlü olsaq yaxşıdır, axı dözümsüzlük zəiflik əlamətidir. Biz dözərək Qarabağı da azad edəcəyik!(AZTV1) nəinki Qarabağı, hələ Irəvana qarşı ərazi iddialari da irəli sürəcəyik. Lazım gəlsə güney, quzey, batı və doğuda itirdiyimiz torpaqlarımızı da geri alacağıq.

Axı biz dözümlüyük….

One Response to “Gözümdən su axır”

  1. Orxan said

    gozel yazı.. yazarın əlinə sağlıq

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: