Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Vur

Posted by gundeliyim on 3 April 2007

xelilrza.jpg

Xəlil Rza Ulutürk

Elə mən özüm də bu gün yırtıcı…
Yırtıcı nifrətim düşməni qovur.

Ayıq kirpiklərim qisas qılıncı…
Vur, ölən daşnakdır, adam deyil, vur !
Yırtıcı düşmənim düşməni qovur.

Adam bənzəyir yalnız zahiri,
Kirli caynaqları neştərdən iti.
Dişinin dibində ölüm zəhəri,
Gəlir Yer üzünün ən murdar iti.
Kirli caynaqları neştərdən iti.

Bu gün Azərbaycan boylu gəlindir,
Yurdum özü boyda intiqam doğur.
Polad yumruğunu gürz kimi endir,
Gəbərən daşnakdır, adam deyil, vur !
Yurdum özü boyda intiqam doğur.

Nə ilan, nə əqrəb təhlükəlidir,
Qəsbkar əqrəbdən qat – qat şərəfsiz.
Maskalı surəti ərzə bəllidir.
Paklar məbədinə girir natəmiz.
Qəsbkar əqrəbdən qat – qat şərəfsiz.

Girir qılığına Nazarbayevin,
Girir arxasına Rafaellinin.
Min – min sifəti var təpəgöz divin,
Haça ürəklinin, haça dillinin.
Girir arxasına Rafaellinin.

İnanma millətbaz dələduzlara,
Rütbədən rütbəyə sürünənlərə.
Çoxu qulbeçədir tox donuzlara.
Rütbədən rütbəyə sürünənlərə.

Yalnız Ulu Türkə, Xəlil Rzaya,
Yalnız öz ruhuna inamın olsun.
Ey arslan ürəklim, dönmə quzuya,
Qələbə ən böyük məramın olsun
Yalnız öz ruhuna inamın olsun !

Güllə tükənərsə avtomatında,
Baxışın güllədir, əsirgəmə,vur.
Tankın büdrəyirsə əlin altında,
Tankdan, raketdən də güclü qardaşım,
Vur, fateh külünü göylərə sovur.
Baxışın güllədir, əsirgəmə,vur !

Südəmər balamın ağ boğazında
Göy ləkələr qoyub o beyni çopur.
Dön qaynar polada ilan ağzında,
Vur,ölən daşnakdır, adam deyil,vur !

Daşnak – planetə ən böyük yağı
Ayağı altında vulkan olmalı !
“Dənizdən dənizə…” deyən alçağı
Boğmağa ildırım, ümman olmalı.
Ayağı altında vulkan olmalı !

Çağırır Zəngəzur: – Zərbəni bərk vur !
Səngərdə möhkəm dur !.. Çağırır Göyçə.
Laçınım, Şuşa adlı sonsuz cahanım –
Natəmiz əllərdə qalan gülqönçə…

Çağırır ox kimi minarələri,
Müqəddəs heykəli devrilənlərim.
Yıxılan baş daşı, məzarı, qəbri
Nəbatat bağına çevrilənlərim,
Müqəddəs heykəli devrilənlərim.

“İntiqam” Qışqırır yaralı dağlar,
Qanları çaylara qarışanlarım.
Dağılan tifaqlar, sönmüş ocaqlar,
Şikəst taleyilə barışanlarım,
Qanları çaylara qarışanlarım.

“İntiqam” qışqırır yaralı çaylar –
Zarıslı, Xəlfəli, Xaçınçay, Tərtər.
Çaylara nə söylər ulduzlar, aylar:
Qul kimi sürünmək ölümdən betər !

Qalıbsa canında bircə damla qan,
İnanma saxtakar sülhbazlara sən.
Şuşadan, Laçından əl çəkən, inan,
Kor olur, əl çəkir iki gözündən
İnanma, saxtakar sülhbazlara sən.

Əgər ölməyibsə eşqin,qeyrətin,
Vur,ölən daşnakdır, zərbəni bərk vur !
Odur ilk düşməni bəşəriyyətin.
Yırtıcı nifrətim düşməni qovur,
Gəbərən daşnakdır, adam deyil,vur !

Bakı, 3 sentyabr

One Response to “Vur”

  1. Mubariz Ehmedoglu said

    Salam .Ilk once size bu gozel ve maraqli sayti yaratdiginiz ucun cox tesekkur edir,gelecek islerinizde ugurlar dileyirem.
    Men Brusselde yasayiram burada musteqil jurnalist kimi fealiyyet gosterirem.Sizin saytdaki Azadliq mitinqi videosu cox gozel alinib.Mende hemin videonun basqa varianti var ,amma ,sizin saytdaki videoda rus dilinde verilen ve ingilisce altyazi daha effektlidir.
    Xahis edirem ,mumkunse ,bu videonu menim emailime gonderesiniz, ya da yuklemek ucun serait yaradasiniz.Menim onu hec bir ,satis ve ya basqa saytda isletmek niyyetim yoxdur ,sadece, Azerbaycanda olub-bitenleri Avropa ictimaiyyetine catdirmaq niyyetindeyem.
    Onceden tesekur edir.Size yaradiciliq ugurlari arzulayiram.

    Derin hormetle : Mubariz Ehmedoglu,Brussel,Belcika.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: