Gündəliyim®

Gündəliyin Nəbzini Tut

“SEX” Problemi

Posted by gundeliyim on 31 March 2007

Fərman C. İmamquliyev

ferinem124@yahoo.com

SEX
(Sadəlövh, Etinasız Xalq)

Hələ XIX əsrin əvvəllərində avropalı kolonistlər Avstraliyaya qədəm basanda, onlar burada yaşayan aborigenləri necə ələ almaq haqqında düşünürdülər. Çox axtarışlardan sonra, onlar əhali üçün tamaşalar hazırlamağa başladılar. Müxtəlif musiqili konsertlər, pantomimalar və s. nəticəsində, aborigenlerin bir çox hissəsini mədəni şəkildə ələ almaq mümkün oldu…
———— ——— ——— –
XXI əsr Azərbaycanı da həmin dövrün aborigenlərinə analoq ola bilər.
Azərbaycanda ölkə səviyyəsində yayımlanan 6 telekanal var. Faktiki olaraq,
günün istənilən saatında kanalları bir-bir çevirsək, görərik ki, bütün telekanallar
eyni mövzulara toxunur:
1) Musiqi;
2) Şou-biznes əhlinin xalqa aidiyyəti olmayan şəxsi həyatı;
3) Pornoqrafik və qeyri-etik məqamlar daşıyan qərb filmləri;
4) Cənubi Amerika serialları;
5) Zamana ve aktuallığa aid olmayan şou-proqramlar.

Telekanallar, millətin şah damarını tutub, mədəni surətdə onları idarə edir. Bu mədəni idarəetmə, analoqu olmayan bir hadisədir. Xalq arasında müxtəlif şou-proqramların və serialların qəhrəmanlarının süni və real olmayan həyatı haqqında söhbətlərdən başqa heç nə müzakirə olunmur.

Yaxın günlərdə, yeni mobil operatorunun ajiotajı Gəncəni də öz tə`siri altına saldı. Gənclər, Nar mobile mağazaları qarşısında uzun sıralar yaradıb, yeni nömrə həsrəti ilə yağan yağışa və əsən küləyə də fikir vermirdilər. Daha sonra nömrə alan uşaqların bu nömrənin xüsusiyyətləri haqqında söhbətlərinə qulaq asanda, qol-qanadım qırıldı… Sən demə, yeni operator bizim gənclərə telefonda TV-yə baxmaq şansı verirmiş… Ax, ax…
Bu amillər haqqında çox düşünürəm… Görəsən, gün gələcəkdirmi ki, biz Qarabağ, İslam, bir sıra sosial problemlər, Azərbaycanin lobbisi və s. daha vacib məsələlər barəsində düşünək?
Millətimin sadəlövhlüyü və etinasızlığı məni çox narahat edir.

İqtisadi cəhətdən BƏLKƏ DƏ irəliyə getmişik. Bəs ideologiya?

7 Responses to ““SEX” Problemi”

  1. Vefa said

    Eziz Ferman bey,

    Men sizinle bir sheyde raziyam. Duzdur, bu gun genclerimiz sadelovh ve etinasizdirlar. Amma bu da realliqdir ki, genclerimiz yalniz oz problemlerine qarshi deyil, hem de dunyada geden proseslere qarshi (qloballashma, muasir heyatla ayaqlashma) etinasizdirlar. Bunun da gunahi siz ve sizin kimi geride qalmish, xalgi inkishafdan chekindiren adamlardadir.Siz ve sizin kimiler basha dushmurler ki, artig insanlari “adet-enene”, “exlaq normalari” adi altinda idare etmek olmaz. Paradoksda ele buradadir — siz KIV numayendeleri olaraq, xalgi maariflendirmek ve bu steorotiplerden azad etmek evezine, eksine onu esirler boyu boghan bu cur menasiz idealarin omrunu uzatmaga chalishirsiniz.Ve sonda, unatmayaq ki, seriallar, o cumleden “Meshadi Ibad” kimi filmlerdeki hadiseleri de insanlar, bu heyatda yashayan insanlar qeleme aliblar, demeli bunlar real heyatdan goturulub ve heyatin bezi “chirkin realliglari”ni ve “kohne fikirli insanlarini” ifsha etmeyin bir vasitesidir.

    • Reply said

      Vəfa xanim sizinla tam razılaşıram. İdeologiya yaxşıdır. Amma müəllifin göstərdiyi mövzuları xalq üçün ideologiya görmürəm. Bunlar nə qədər də qloballaşmadan uzaq insanlardı. Nənə babadan söz eşidib doğru olduğunu fikirləşirlər.
      Özlərinin isə dünyadan xəbəri olmadan kütləvi şəkildə ağıl öyrətməyə çalışırlar.

  2. Guy from USA said

    Ay camaat, Amerikaya gelenden qizlarin uzune hesret qalmihsam. hayif deyildir Baki, o qeder girlfriendim var idiki gel gor.
    Kim deyir ki Amerikada hami sex ile me$qul olur, saga sola make sex, its totally wrong.
    bunlar bizden daha exlaqlidir.
    Bunu Vefa xanima catdirmaq isteyirem.

  3. Azer said

    Salamlar!
    Hormetli VEFA xanim men Sizinle qismen raziyam.Lakin bildirmek isteyirem ki, bu haminin SEX deyib bezilerini anlamadigi bu fiziki telebatin ne oldugunu oyrenek.Sonra ise sex ile diger verdishlerin ferqine vararaq arashdirilmalidir.
    Lakin men demek isteyirem ki, elmi-tibbi esaslar onu tesdiq edir ki, heddi buluga catmish, o cumleden intim heyata meyillenen ve ya her hansi usulla meyillenmeye mecbur edilen her kes-canli mexluq bu fiziki telebatin qacilmaz tesiri altindadir. Ve bu fiziki telebi bu ve ya diger usulla icra etmek mecburiyyetindedir, eks halda cox ciddi hormonal patoloji deyishiklere-xesteliklere meruz qala biler.

  4. Hikmet said

    Salam millet,bizim ekser genclerimizin mesguliyyeti mobil telefon,avto ve qizlardir ve s.bunlardan artiq hecne dusunen yoxdur.

  5. HACI RAFİQ İMANOV ( Horadizli)
    Qadın xəyanətinin 10 əsas Sirri :
    1. İmicində inanılmaz dərəcəd dəyişiklik edir. Az qala Heç vaxt şalvardan çıxmayan qadın birdən-birə mini ətək paltarlar geyinir.
    2. Ərinin və ya sevgilisinin telefon zənglərinə cavab vermir cavab verəndə də könülsüz qısa müddətli danışır. Telefonu söndürüb min cür bəhanə gətirir. Tez tez telefonunu evdə unudub gedir.
    3. Ərinə və ya sevgilisinə deyirki onu ötürməsin. Çunki yola yaxşı bələddir və narahatçılıqa heç bir əsas yoxdur.
    4. Onun Birdən-birə sirli rəfiqəsi meydana çıxır və o saatlarla telefondan asılı qalır . Nədənsə kişiyə o rəfiqə haqqında bilmək müyəssər olmur.
    5. Bayramlarda ona ətir hədiyyə edirlər. Hətta bir dəstə gül ilə evə gəlir ərinədə deyirki bu hədiyyələri ona işdə P.S – özüdə rəfiqəsi verib.
    6.Kişi hər gün arvadına fikir verməsə,onu izləməsə,arvadı itirmiş bilməlidir.
    7.Qadın nə isə *etməlidirsə* sifətində və əl-bədənində əsintilər yaranır.
    8.Zinalığa getmək ist\y\n qadının gözlərinin altında əsinti yaranır.
    9.Qadınların and içmələrinə,nə isə bəhanələr gətirməsini izləyin.
    10.Uşağından aralanmasını,guya uşaq mane olacaq adı ilə evdən gedən qadını izlətdirin.

  6. Azer said

    Salam millet! Bilirsinizmi, men burdada yazilanlari oxuyuram ancaq bir sheyi basha dushe bilmirem. Niye axi biz gecler, her hanis bir meselenin helli ucun cekici bir yere vurmuruq? Her kes istediyi terefe cekir bele olmaz. Bu bizim her birimizin problemidi birimizin eybi, dunyanin butun yerinden hamimizin eybi kimi gorunur bunu unutmayaq!
    Men burda kimin yalnish dushunduyunu yazmaga gelmedim ancaq bu meselede analitik dushunme ve duzgun deyerlendirme qabiliyyetli olan user-leride alqishlamaq lazimdir. Bu baximdan men Ferman beyin fikirleri ile raziyam. Cunki, heqiqetende bizim televiziya yetishmekde olan geclerin maraq dairesiniz koklu shekilde korlayib. Odur ki, gelin bizim ucun nelerin duzgun olmadigini biler ve mucadele aparaq.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: