Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Qondarma Talış-Muğan Respublikası

Posted by gundeliyim on 23 March 2007

Azərbaycanı gözləyən gələcək təhlükə

Azərbaycanda bir çox az saylı xalqın(ləzgilər, yəhudilər, avarlar, tatlar, udinlər, və s.) olması hamımıza mə`lumdur. Heç bir millət fərqi qoyulmadan hamımız azərbaycanlı adlanırıq.

Talışlar da əsrlədir bir yerdə yaşadığımız, eyni süfrəyi paylaşdığımız, qohumluq əlaqələrimizin olduğu bu azsaylı millətlərdən biridir. Lakin yaxın tarixdən də bildiyimiz kimi, Qarabağ müharibəsindən və siyasi ağır şəraitdən istifadə edərək Azərbaycanın cənubunda 1993-cü ildə Talış-Muğan Respublikası qurma cəhdləri yəqin ki yadımızdan çıxmayıb.

tqlish.PNG

Qondarma Talış-Muğan Respublikasının bayrağı

İndi də bu səpki də fəaliyyətlər həm Azərbaycanda, həm də digər xarici dövlətlərdə istər gizli, istərsə də açıq bir şəkildə davam edir. Talışların BMT-nin alt təşkilatı olan Təmsil Edilməyən Millətlər və Xalqlar Təşkilatına (UNPO) üzv olduğunu qeyd etmək istəyirik.Bizə verilən mə`lumatda bu təşkilata talışların üzv olmasına kürd və ermənilərin də dəstək verdiyi bildirilir. Əlikram Hümbətovun xaricdəki erməni diasporuyla yaxın əlaqəsi olduğunu, erməni soyqırımıyla bağlı abidəyə əklil qoyduğunu xatırlatmaq istəyirik.

Hal-hazırda Azərbaycanda da Əlikramı bir qəhrəman olaraq görənlər, portretini evindən asanlar, iki xalq arasına nifrət toxumları səpənlər var. Bu insanların məqsədləri isə birdir: Azərbaycanı bölmək… Onlar Azərbaycanda bir milyon, İranda beş milyon türkləşdirilmiş talışın yaşadığını iddia edərək hər iki dövlətə qarşı ərazi iddiaları qaldırırlar.

Milli Talış Hərəkatının bayrağı

UNPO-nun rəsmi saytında da Azərbaycan Dövlət Statistika Komitəsinin ölkədə 80 min talış yaşadığına dair mə`lumatın əksinə 800 min talışın olduğuna dair statistikaya yer verilib. Saytdaki digər mə`lumatda talışların 1919-cu ildə Muganian Sovet Respublikası qurduqları və bu respublikanın sadəcə 3 ay yaşadığı bildirilir. Təhrif olunmuş yazıların yer aldığı saytda Azərbaycan əleyhində xəbərlər də yayınlanır. Beynəlxalq bir təşkilatın saytında bu cür xəbərlərin yer alması, gələcək təhlükədən xəbər verir.

Təhlükənin nə qədər böyük olduğunu göstərmək üçün Hollandiyada yaşayan soydaşlarımızdan biri olan Zəfər bəyin bu barədə danışdıqlarına yer veririk:

“Burada Hollandiyada, Azərbaycandan gəlib sığınacaq istəyən həmvətənlilərimizin içində talışlar da az deyil və bunlardan biri ilə mən, qonşusu olan yəhudi tanışımın yanına qonaq gedəndə rastlaşıb tanış oldum. Məndən yaşca böyük idi,ordan burdan söhbət etdik, sonra ortaya çıxdı ki, ikimizdə eyni vaxtlarda 1992-ci ildə Qarabağda olmuşuq, və hətta ortaq tanışlarımız çıxdı. Ondan sonra hər dəfə yəhudi tanışımın yanına gələndə, ikisinə də baş çəkirdim, və yeni tanışım məni qarşılayanda mənimlə öpüşüb görüşürdü (mən özüm bu öpüşmə söhbətini heç sevmirəm), evinə dəvət edirdi, yalnız mən o vaxtlar subay olduğuma görə, hörmət mənasında, ailəsini rahatsız etməmək üçün, elə təmiz havada onunla oturub söhbət edirdim. Aradan bir neçə ay keçdi, və bir dəfəsində həmən o Yahudinin evində oturmuşduq, və biraz sərxoş olduğuna görə, o mənə ayıq olduğunda deməyəcəyi şeyləri deməyə başladı və dedi ki – Səndən bir şey soruşmaq istəyirəm, siz Azərbaycanda Talışların başına nə oyunlar açırsınız? İşkəncə, həbs, v.s. – Bunu eşidən mən çaş – baş qaldığıma görə cavabım – Ne ponyal? – şəklində oldu. O da gülərək davam etdi ki – Mən elə bilirdim ki, sizin işiniz ancaq ermənilərlədir, sən demə siz bütün regionun qanını içirsiniz, ha ha. – Təbii ki, mən ona bu söhbətləri haradan çıxarddiğını soruşdum, və sonunda öyrəndim ki, mənimlə öpüşüb görüşən, 185 cm boyunda 130 kilo ağırlığında, cəhbədə vuruşub yaralanan Talış dostum, sən demə əməlli başlı qonşuları arasında belə yönlü təbliğat aparırmış. Yəhudi davam etdi ki – Heç insanları seçə bilmirsən. Sən onunla öpüşüb görüşürsən, onu tərifləyib qəhrəman eləmisən yanımızda, o isə bunun tərsini eləyir, özü də tək mənim yanımda deyil, burada yaşayan Əfqanlıların, Kürdlərin, Hollandların və həmin ermənilərin də yanında, inanmırsan özlərinə soruş.O anda bilmədim nə deyim, yerin dibinə girmək istədim. Bir neçə ay sonra isə həmən o adamı başqa bir yığıncaqda görəndə ( o yığıncağa mən, Talış olmadığıma görə, dəvət edilməmişdim əslində), mən onun kimlərdən olduğunu anladım.”

Təbii ki, biz bütün talışların bu cür olduğunu iddia etmirik, sadəcə bu cür insanların da talış xalqının adına ləkə gətirdiyini bildiririk. İnanırıq ki, nə Azərbaycan dövləti, nə də mərdlikləriylə tanınmış talış xalqı heç bir qarşı-durmaya, bölünməyə izin verməyəcək.

10 Responses to “Qondarma Talış-Muğan Respublikası”

  1. Vusal EHEDZADE said

    Bu yazini oxudum ve chox meyus oldum. Men millitetce talisham ve Azerbaycanda yashayiram. Indiye kimi, hech bir diger milliyetin numayendleri ile usiyyetimde problem olmayib. Oxudugum yazinin kutlevi shekilde yayimlanmasini hech de musbet qarshilamadim. Bu yazi insanlarda talish milliyeti haqqinda menfi rey oyada biler. Bir shexsin subyektiv davranish ve fikirlerinin talish xalqinin irsdesi kimi eks etdirilmeye chalishilmasi da teessuf doguran haldir.
    Yaziya verdiyiniz ad sanki, boyuk bir tehlukeni mujdeleyir. Bunu siz media numayendelerinin yaziya maragi celb etmek uchun etmeniz kimi de deyerlendirmek olar.
    Azerbaycanda hech bir milliyet arasinda hech bir problem yoxdur. Olkemizde yashayan her kes buruda yashamasindan memnundur.
    Qashinmayan yerden qan chixarmaga chalishanlara icaze vermek olmaz!!!

  2. gundeliyim said

    Hormetli Vusal

    Bu yazi ne talis xalqi haqqinda menfi rey oyatma fikri gudmur. Bu meqale, hem talis xalqini hem de Azerbaycan dovletinin diqqetini bu probleme yoneltmekdir. Demiri isti isti doyerler deyib atalarimiz. Bir problemi gormemezlikden gelmek, yox saymaq sabah daha boyuk problemle qarsilasmamiza sebeb ola biler.
    Dunyanin bir cox olkesinde, o cumleden internetde bir qrup insan talislarin adindan tebligat aparir. Biz isteyirik ki, talish xalqinin numayendeleri de buna oz etirazlarini bildirsinler.
    Eger biz indi bunun uzerine dusmesek bu gelecekde Azerbaycan ucun boyuk tehluke sayila biler. Hal-hazirda Qarabag problemi uzerinden oz sozlerini bize yeriden xarici quvveler, hardan bilek ki sabah da bu problemi sisirderek oz menfeetlerini gudmeyecekler. Onsuz da eger xaricden destek olmasaydi onlar bu qeder ireliye gederek butun xalqin adindan istifade ede bilmezlerdi. Azerbaycanda bezi internet forumlarinda da talislarin musteqil olmasini isteyen insanlar var, demek ki bu proses ve fealiyyetler icimizde de gedir…
    Yazacaq cox sey var ancaq en yaxsisi biz sizin ve oxucularimizin bu meselenin daha yaxsi ferqine varmalari ucun linkler veririk. Bu linklerden istifade ederek yeterli melumat elde edeceyinizi umid edirik.

    http://nihalatsiz.net/forum/viewthread.php?tid=8437

    http://www.apa.az/news.php?id=52183

    http://azerbaycan.ihh.org.tr/genelbilgiler/demografik/demografik.html

    http://bizimasr.media-az.com/arxiv_2002/iyul/162/ic.html

    http://www.nihalatsiz.org/forum/viewthread.php?tid=14029

    http://www.bizimyol.org/index.php?lngs=aze&id=499

    http://www.apa.az/print.php?id=51915

    http://fikrini.de/viewtopic.php?t=100&postdays=0&postorder=asc&start=75&sid=7ebdfb8fb5a289d6f0b16272d7626eee

    http://forum.elimiz.com/showthread.php?t=339&page=2

    http://www.islam.com.az/modules/news/article.php?storyid=276

    Internetde arasdirsaniz bu mesele ile bagli daha yuzlerle qaynaq var

  3. Zaur said

    Talışların adından istifadə edən bir qrup şəxsin Azərbaycanın Rusiyadakı səfirliyi önündə keçirmək istədiyi aksiya təşkilatçıların gəlməməsi səbəbindən baş tutmayıb

    [ 15 Mart 2007 19:52 ]

    Moskvada fəaliyyət göstərən “Talış” Regional Milli-Mədəni Muxtariyyət təşkilatının Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında keçirmək istədiyi aksiya baş tutmayıb.

    Bu barədə APA-ya Azərbaycan səfirliyinin müşaviri Baxış Zeynalov məlumat verib. Aksiyanın baş tutmamasına səbəb tədbirin təşkilatçılarının piketə qatılmamasıdır. Baxış Zeynalov bu gün saat 17.00 radələrində səfirlik önünə 5-10 nəfərin toplaşdığını deyib: “Aksiyanın təhlükəsizliyini təmin edən milis nəfərləri aksiya keçirmək üçün Moskva şəhər rəhbərliyinə ünvanlanmış müraciətin müəllifinin orada olmamasını əsas gətirərək səfirlik önünə toplaşanlardan ərazini tərk etməyi tələb edib. Səfirlik qarşısına gələn 5-10 nəfər də sakitcə dağılışıblar”. Qeyd edək ki, “Talış” Regional Milli-Mədəni Muxtariyyət təşkilatı və Talış Mədəniyyətinin İntibahı Beynəlxalq Fondu Rusiya paytaxtında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə Azərbaycan səfirliyi qarşısında aksiya keçiriləcəyi barədə press-reliz göndərib. Press-relizdə Moskva şəhər rəhbərliyi tərəfindən sanksiyalaşdırılmış bu aksiyanın guya Azərbaycanda talış xalqının diskriminasiyaya uğramasına etiraz əlaməti olaraq keçiriləcəyi qeyd olunub. Lakin təşkilatçılar aksiyaya qatılmadıqları üçün tədbir baş tutmayıb. /APA/

  4. Nicat said

    Hazirki Azerbaycanin quzey torpaklarinda movcud olan bu kichik dovletimizde onlarca xalq meskundur.dininden dilinden ve soyunda asli olmayaraq herkese elerini acmish bir dozlete xeyanet etmek Allah qarshisinda da bagishlanmaz bir gunahdir!Men ozum Azerbaycan turkiyem,ama qonshularim,dostlarim,tanishlarim hetta qohumlarim ichinde be talish saoyunda olan insanlar yeterincedir!ermeniler 1928 ilinde lenkeranda qirgin torederken en yaxshi muselman olmush muselmandir deviziile hereket etmishler!el-ele verib dovletimizi ucaltmak qorumak evezine onu daha da viran etmeye ne sebeb var?!Azerbaycan hem turklerin hem talishlarin hem lezgilerin,..birsozle bu torpagda dogulub havasini udub suyunu ichi nemetile gidalanan,elece de ozleri bu torpagdaolmayib urekjleri bizlerele birge doyunen insanlarin topragidir,vetenidir!o ki qaldi sapi ozumuzden olan baltalara,dersini ve cezasini ozumuz vermeliyik!

  5. Nicat said

    Hazirki Azerbaycanin quzey torpaklarinda movcud olan bu kichik dovletimizde onlarca xalq meskundur.dininden dilinden ve soyundan asli olmayaraq herkese ellerini acmish bir dovlete xeyanet etmek Allah qarshisinda da bagishlanmaz bir gunahdir!Men ozum Azerbaycan turkiyem,ama qonshularim,dostlarim,tanishlarim hetta qohumlarim ichinde bele talish soyundan olan insanlar yeterincedir!ermeniler 1918 ilinde lenkeranda qirgin torederken en yaxshi muselman olmush muselmandir deviziile hereket etmishler!el-ele verib dovletimizi ucaltmak qorumak evezine onu daha da viran etmeye ne sebeb var?!Azerbaycan hem turklerin hem talishlarin hem lezgilerin,..birsozle bu torpagda dogulub havasini udub suyunu ichen nemetile gidalanan,elece de ozleri bu torpagda olmayib urekleri bizlerele birge doyunen insanlarin topragidir,vetenidir!o ki qaldi sapi ozumuzden olan baltalara,dersini ve cezasini ozumuz vermeliyik!

  6. Fuad said

    talis muqam respublikasina esq olsun

  7. Fuad said

    Men bir Azerbaycan vetendasi kimi teklif ediremki talis muqam respublikasina qondarma respublika deyilmesin,cunki talis muqam respublikasi tarixde olub ve bunu men bir azerbaycanli kimi tesdiq edirem.Azeri turkleri ile talislar tarixi qardas olmuslar ve bunun neticesinde talis muqam respublikasi Azerbaycan respublikasini terkibine qatilmisdir.Dunyada bir qondarma respublika var qarabaq qondarma respublikasi.

  8. sasha said

    salam mendeisterdim bu movzu baresinde bir nece cumle işledim duzdur yazilanlarla hardasa70\100 raziyam.Və AZƏRBAYCAN kimi firavan bir ölkədə biz talışların sakit heyat terzi kecirtmeyimizden qətiyyən narazı deyiləm və buna görə cox hörmətli prezidentimiz Cənam İlham Əliyeva minnətdarlıq edirik.sadece meni, talış millətinin bir üzvü kimi bir fakt cox narahat edir: nə üçün AZƏRBAYCANDA qydiyyatda olan digər millətlərə (kürtlərə, ləzgilərə, avarlara, axiska türklərinə vəs ) şəxsiyyət vəsiqəsi verilərkən onun arxa hissəsində milliyyət olaraqdan kürd, ləzgi, avar və s göstərilir amma biz talışlarda milliyyət azəbaycanlı kimi qeyd edilir.Mən bir şəxsiyyət kimi bu adı (azərbaycanlı) daşımaqdan boyun qaçırmıram sadece bizlər arasinda qoyulan bu fərq məni pis duşundurməyə vadar edir.Sanki biz TALIŞ xalqini bir növ turkləşdirirlər. yəni başqa sözlə assimilasiyaya ugradirlar xaiş edirəm məni duşundurən bu sual sizidə bir az ölkədə aparilan sanki qərəzli siyasət haqqinda duşundursun.oxuduğunuz ucun təşəkkur

  9. huseyn said

    milliyətçilik toxumu səpmək lazım deyil

Leave a reply to gundeliyim Cancel reply