Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Gündəliyimə dair…

Posted by gundeliyim on 22 March 2007

Gündəliyim artıq sadəcə Elnur Məcidlinin Xəbər Gündəliyi deyil.

Gündəliyimi quranda bu qədər marağa səbəb olacağını təxmin etməmişdim. Artıq hər gün müxbiri olduğum Trendə lazımi xəbərləri ötürdükdən sonra ən az bir saat Gündəliyimə gələn şərhləri, mailləri oxuyaraq onlara cavab yazmaqla məşğul oluram. Təbii ki, hər zaman olduğu kimi, təbriklər, tənqidlər, iradlar var… Kimisi Gündəliyimin fəaliyyətini dəstəkləyir, kimisi də müxalifətçi olduğumuzu söyləyir… Əvvəlcədən qeyd edim ki, Gündəliyimdə e`tiraz ruhlu yazılar yayınlansa da biz qarşı tərəfin də fikirlərini yayınlamağa hazırıq. Bizim niyə bu cür mövqedən çıxış etməyimizə gəlincə isə bir neçə məqama toxunmaq istəyirəm.

Düşünürəm ki, artıq Azərbaycanda müxalifətə inanmayan, iqtidarın fəaliyyətindən də razı olmayan yenilikçi gənclər yetişir. Biz hər hansı bir təşkilata xidmət etmirik, biz gələcək Azərbaycan üçün çalışırıq, çalışmalıyıq və çalışacağıq. Biz hər hansı bir köhnə bir ideyanın arxasıyla getmirik, çünki biz öz ideyamızı yaratmışıq. (Gələcək Özü Gəlməyəcək) Biz, Azərbaycanı köhnə fikirlərdən, korrupsiyadan, yerli-bazlıqlardan və s. kimi xəstəliklərdən qurtarmaq üçün çalışan gənclərik. Biz ölkəmizi sovet-kommunist pasından təmizləyərək gələcəyi parlaq Azərbaycan uğrunda tər axıdanlarıq. İstəsələr də istəməsələr də biz Azərbaycanın gələcəyiyik…

Gündəliyim olaraq, bütün fikirlərə hörmətlə yanaşdığımızı bildirir, bizə göndərilən qarşı fikirli yazıları da yayınlayacağımızı bir daha qeyd etmək istəyirəm.

Bu arada 2-ci Azərbaycanlı Tələbələrin Avropa Forumunun keçiriləcək olmasıyla bağlı başda Vüsal Məmmədov olmaqla (nə də olsa eyni litseyin məzunlarıyıq) , əməyi keçən bütün gənc həmkarlarıma əvvəlcədən öz təşəkkürümü bildirirəm. Ciddi dövlət dəstəyi olmadan, müxtəlif qrantlar hesabına Avropanın mərkəzi şəhərlərindən birində azərbaycanlı gəncləri bir araya toplayaraq, fikir mübadiləsi aparmaq təqdirə layiq bir işdir. Eyni zamanda çətin və çox aktivlik istəyən bir prosesdir… Deməli istəyincə istədiyimizi həyata keçirə bilirik. O zaman əvvəl düşünməli, sonra istəməli , daha sonra da çox çalışmalıyıq, çalışanlara da dəstək olmalıyıq..

Bundan sonra da Gündəliyimdə əlimizə keçən müxtəlif məlumatları, fikirləri, materialları yayınlayacağıq. Hal-hazırda məndə xarici jurnalist dostlarımdan əldə etdiyim Qarabağla, Sumqayıt hadisələriylə, Ermənistanla bağlı ermənilərin çəkdikləri video materiallar, o cümlədən Çeçenistandaki savaşlardan çəkilən lent yazıları, maraqlı yazılar və s. materiallar var. Bunları da zamanla Gündəliyim oxucusuyla paylaşmağı düşünürük.

Gündəliyimi təqib etməyə davam edin, yeniliklərə açıq olun.

Gündəliyin Nəbzini Tutun….

One Response to “Gündəliyimə dair…”

  1. sasha said

    elnur bey bes menim size gonderdiyim talishlar haqqinda olan fikir niye yigiwdirilib buna sizden aciqlama gozluyurem en azindan bir oxucu kimi e-mail adresimide bilirsiz

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: