Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Səslər boğulur!!!

Posted by gundeliyim on 20 March 2007

Gülər Sadıqova

Səslər boğulur. Başınız sağ olsun deməkle deyil. Daha bir səs boğulur.Və biz susuruq. Susmağa alışmışıq. Adi baxırıq artıq baş verənlərə…

Milli Məclisimizdə dava olur. Daha bir azad fikirli xeyirxah gənci məhrum edirlər xalqı təmsil etməkdən. Niyə? Saxta, yaltaq, yalan hesabatlara görə…Kimlərəsə planlar qurulur, kimlərsə yeni–yeni hakimiyyət tələlərinə düşür. Qurban kim olur? Biz oluruq. Mənim zavallı xalqım..

Niyə dözürük bunlara? Bu gənclik hara baxır? gəzməye ? partilərə? kefə? Buna görə mi batır bizim səsimiz? Bir az da danışaq. Bir az da cıxaraq səsimizi. Dözməyək. Yeyib yata-yata, heç düşünmürük axı nəvələrimiz bizə nə qədər nifrət edəcək.

SAXTAKARLIQ BAŞ ALIB GEDIR. AZƏRBAYCAN BÖYUK BIR APOKALIPSISƏ DÖNÜB.

Amma yenə də susuruq. Ah mənim yazıq millətim.

Oyanın!! Artıq səhər açılır. Bu açılan səhər əbədi qaranlıq ola bilər. Oyanın, oyanın ki hər yeni doğan gunəş Azərbaycan üfüqlərindən demokratiyanı, azadlığı işıqlandırsın.

Ah, azadlıq… Sən necə də şirinsən. Sən necə boyuk quvvesen ki, səni arzulayırlar, səndən qorxurlar. Səndən qorxduqları üçün neçə–neçə səslərin qatilləri olurlar.

Danışaq mənim millətim. Danışaq. Hamımız eyni səslə danışaq. O qədər uca danışaq ki, boğa bilməsinlər bu 8 milyonun səsini. Danışaq. Danışaq ki, səsimiz batırsın bir ovuc qatillərin səsini, qızılların cıngıltısını, pulların xışıltısını…

“ Millət pisdir, Millət yaltaqdır” deyənlər unutmayın:

MILLƏT SƏNSƏN, MILLƏT MƏNƏM, MILLƏT HƏR BIR AZƏRBAYCANLIDIR.

4 Responses to “Səslər boğulur!!!”

  1. Sevinc said

    Artig soz gezir ki, xaricde oxuyan gencler muxalifetci gayidillar. Demeli az kecmez bu gapida baglanar.

  2. gundeliyim said

    Sevinc Xanim biz ozumuzu muxalifetci adlandirmiriq

    Biz ne musavatciyiq, ne cebheci ne de digeri… biz yenilikcilerik

    Sexsen men dusunurem ki Azerbaycanimizda butun meselelerde yeniliyin vaxti catib.

    Ancaq evvel fikirlerin, beyinlerin yenilenmesi lazimdir ki, sovet rejiminin pasindan qurtararaq Azerbaycani yenilesdire, abadlasira bilek

  3. Ferhat KORKMAZ said

    Merhaba,
    Sesinizin hiç boðulmamasý ve daha güzel günlerde daha güzel
    dileklerle
    görüþmek dileðiyle…

  4. arifsulu said

    Gülər xanım!
    Yenə sizin dərd yüklü yazılarınızdan!İnsanlarımızın şüurunun oyanmasını elə xalqın içində yaşamaqla olacağına inananlardanam.Yəni,sizlər,bizlər xalqımızın içində olmalıyıq,xalqın içində güvənilən bir səs olmalıyıq.Cəmiyyətin ən kiçik forması ailədir,ordan başlanır xalq,millət,cəmiyyət..Bir düşünün,Sovet vaxtında Azərbaycanda deyilənlərə inansaq,3 söhbət edən insanın biri casus imiş.Və indiki halımıza şükr etməliyik!Yeni şüurlu bir nəslin yetişməsi əsasən 25-30 il çəkir və görürsüz ki,dərd çəkən insanlar günü-gündən çoxalır.İçində atəş kimi yanan bir dərdi olan insanın millətə verəcəyi çox şey var,sancı çəkərək incilər toxuyan molyuskalar kimi,özü yanaraq ətrafını işıqlandıran şam kimi..!

Leave a reply to arifsulu Cancel reply