Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Məlikməmməd Azərbaycanın prezidenti olsaydı…

Posted by gundeliyim on 15 March 2007

samm.gif

Yaxud nağıllara inanan nəsil

Balaca olanda demək olar ki, hamımıza yatmamız üçün valideynlərimiz cürbəcür nağıl danışar, biz də həvəslə dinləyərək yuxuya gedərdik. İnanardıq nağıllara hətta bə`zən yuxularımızda özümüzü o nağılların içində görərdik…Hətta nağıllara o qədər aludə olmuşduq ki, gecələr nağıla qulaq asmadan yatmazdıq.. Bə`zən bilərək valideynlərimiz nağılı yarıda kəsər, əgər yatsaq davamını sabah danışacaqlarını söylərlərdi… Biz də film serialına baxar kimi maraqla davamını gözləyərdik…

Yəqin ki, bu qədər giriş yetər: Biz tam 70 il balaca uşaq kimi sovet nağıllarına inandıralaq yaşadıq.. Sonra oyanmaya başladıq; məgər nağıllarla yuxuya getmişik elə dərin yuxuya ki 70 il sonra fərq edə bildik…

Lenin baba şerləriylə böyüyən neçə nəsil yetişdi və hələ də bu nəslin bir çox nümayəndəsi keçmiş sovet nağıllarına inanmaqdalar…

O nağıllar ki, tariximizi bizə inkar etdirir, bizi millət olaraq təhqir edir…

İndi də başqa nağıllar və başqa nağıl qəhramanları yaradılıb, xalqı bu nağıllara inandırmaq , bu nağıllarla yuxuya vermək istəyənlər var…

İndiyə qədər bu cür nağıllara inanaraq itirdiyimiz şeyləri saymaqla bitməz, yenə də əlimizdə olan qalana göz dikənlər var, bir parça torpağımızı, hamımızın ortaq zənginliyi olan neftimizi mənimsəmək istəyənlər var…

Nədənsə ən populyar nağılımızın qəhramanı Məlikməmməd də padişah oğludu. Divi öldürməyə də xalqı üçün getmir baxçalarından almanı oğurladığı üçün gedir… yenə də öz mənfəəti…inanıram ki o almanı öz xalqından biri də dərsəydi onu da öldürərdi.. və inanmıram ki Məlikməmməd bu gün prezident olsaydı xalqının qeydinə qalacaqdı…

Nədənsə bizdə nağıl qəhrəmanları ya padişah oğlu olur ya kasıb olur sonra padişah olur və sairə…

Mən o cür nağılları nə oxumaq istəyirəm nə də o nağılın qəhramanı olmaq…

İndiyə qədər inanıb yatmışıq bu nağıllarla…

Bəsdi daha oyanmaq lazımdı, yatanları da oyatmaq….

4 Responses to “Məlikməmməd Azərbaycanın prezidenti olsaydı…”

  1. Rauf said

    Bizim bu cur nagillara ehtiyacimiz var:)))

  2. Elxan Ezizov said

    Menim de ehtiyacim yoxdu bu nagillara

    bizi bu nagillarla yatizdiranlara oz sozumuzu demeliyik

    Turkiyeden Elxan

  3. Mustafa said

    Illerdir insanlarin show proqramlariyla, muxtelif nov eylencelerle
    baslari qatilir
    Qarabag ise unudulub dusunen de yoxdu
    Elimizde qalani da bizden almasalar…

  4. Azer Ceferov said

    “Nədənsə bizdə nağıl qəhrəmanları ya padişah oğlu olur ya kasıb olur sonra padişah olur və sairə…”

    He, bu mesele dogrudur! Padishah oglu meselesini deyirem. Meselen:
    Ozu padishah ogludur. Rehmetlik olmush atasi, padishah No 1’de kasib oglu idi. Hele bu harasidir ki, padissah No 1, kasiblarin hakkini mudafie eden bir partiyanin onemli simasi idi…

    Hmmmmm, deyesen dashlar yerine oturdu… Sen deme heyatimiz tam nagilmish… Hagillar alemi olan dovletim ve nagillarda yashayan milletim… Ay cox cox hormetli qardashimiz, yeni bu meqalenin muellifi, bize bir nagil da sen danishsana…… Niye? Niye yox?? Nedi sen bizden deyilsenmi???

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: