Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Erməni Diasporu kimə xidmət edir?

Posted by gundeliyim on 14 March 2007

Ermənistana yoxsa Amerikaya?

Ermənistan Təhlükəsizlik xidmətinin rəsmilərindən biri olan İgor Muradyanın son açıqlamaları, ABŞ-daki erməni diasporunun dəyişən missiyasından xəbər verməkdədir. Bu açıqlamalar, həmçinin Amerikanın Qafqazla bağlı yürütdüyü siyasəti istiqamətində, diaspordan istifadə edərək bölgədəki fəaliyyətlərini təxmin etməmizə kömək edir.
Siyasi təsirə malik erməni politoloqları arasında göstərilən İgor Muradyan, ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin hal-hazırda öz missiyasını tamamladığını, çünki diasporun artıq tam mənasıyla ABŞ-ın təsiri altına girdiyini açıqlaması, diaspor ilə rəsmi Yerevan arasında yaşanan çəkişməni gözlər önünə sərir.

Diaspordakı tanınmış şəxslərin Ermənistan administrasiyasına yuxarıdan baxdıqları, erməni siyasətçilərini şəristəsiz adlandırdıqlarını ifadə edən Muradyan, Ermənistan ilə diaspor arasında meydana gələn uçurumun gedərək dərinləşdiyinə işarət edir.

Ermenistanın prezidenti Robert Koçaryanın diasporun bəyəndiyi siyasətçi olmadığını qeyd edən Muradyan, diaspor rəsmilərinin bu günə qədər Ermenistan prezidentləriylə bir-başa telefon xətti olmasına baxmayaraq, Koçaryanın bu qaydanı pozduğunu bildirir. Muradyan, Rusya ilə yaxın əlaqələri olan Koçaryanın, buna görə diaspor rəsmiləri ilə bir başa görüşməkdən imtina etdiyini söyləyir. Yəni, ABŞ-daki erməni diasporuyla Koçaryan arasında bir başa əlaqənin olmamasının başlıca səbəbinin Rusiya olduğunu gizlətmir.

Rusiyanın son vaxtlarda ABŞ-ın Qafqazdakı respublikalarda və o cümlədən bölgədəki stratejik müttəfiqi olan Ermənistanda təsir gücünün artmasına erməni diasporunun da bilavasitə kömək etməsiylə bağlı öz narahatçılığını dilə gətirməsi heç də təəccüblü deyil.

ABŞ-dakı erməni diasporu ilə rəsmi Yerevan arasında son vaxtlar yaşanan problemlərin əsas səbəbinin, diasporun başqalarına (!) xidmət etməsinə bağlayan Muradyanın, “Amerikan-Erməni Assambleyasının 2001-ci ildə ‘Qatı Erməni Milliyətçiliyi ilə Mübarizə’ haqqında bir qərar çıxardığı ve bu qərarın Ermənistan ilə Dağlıq Qarabağın müstəqilliyini müdafiə edən vətənpərvər milliyətçilərə böyük zərbə vurduğuna” dair ifadələri isə xeyli diqqət çəkicidir…

Digər tərəfdən, Muradyanın “Amerikan-Erməni Assambleyasınn Ermənistan və Dağlıq Qarabağda ABŞ üçün casusluq etdiyinə” dair təsbiti, ABŞ-ın bölgəyə erməni diasporu vasitəsiylə tə`sir göstərməsindən narahat olan Rusiyanın bu məsələdə yanılmadığını ortaya qoyur.

İgor Muradyanın keçdiyimiz ilin dekabr ayının son həftəsində verdiyi açıqlamaya görə, hal-hazırda Ermənistanda altı və Dağlıq Qarabağda bir erməni vətəndaşı Assambleyaya, dolayı yolla desək CİA təhlükəsizlik servisinə işləyir. Bu ermənilərin assambleyaya göndərdikləri məlumatlarda Ermənistan ordusu, ölkənin hər an başlayacaq bir müharibəyə hazırlıq vəziyyəti, hərbi planlar, siyasi partiya liderlərinin xarici dövlətlərlə əlaqələri kimi bir sıra mühim məsələlər də öz əksini tapır.

Əsasən Ermənistan hərbi kəşfiyyatını maraqla izləyən assambleya təmsilçilərinin Dağlıq Qarabağa gedərək buradaki zabitlərlə görüşüb hərbi məsələlərlə bağlı ətraflı məlumat almaq istədiklərini ifadə edən Muradyan, bu cür fəaliyyətlərin başında ABŞ-ın Yerevan səfiri Con Evansın olduğunu irəli sürür.

ABŞ-a qarşı iddialarını davam etdirən Muradyan, 2005-ci ilin dekabr ayında ABŞ-da fəaliyyət göstərən Ermənistan Hərbi Nümayəndəsinin otağından iki dəfə sənəd oğurlandığını və bu hadisənin diaspor erməniləri tərəfindən ört-bas edildiyini, bu hadisələrdən sonra Ermənistan Silahlı ordusunun rəsmilərinin mövcud təhlükənin fərqinə vararaq rütbəli komandirlərə assambleya təmsilmilər ilə görüşməyi qadağan etdiyini söyləyir.
Muradyanın erməni diasporu ilə bağlı ittihamları isə sadəcə ABŞ ilə bağlı deyil. Muradyan, dövrümüzdəki kəşfiyyatın “etnik kəşfiyyat” təməlində şəkilləndiyini, artıq bir çox ölkənin, kəşfiyyat və təhlükəsizlik xidmətində etnik millətlərdən istifadə etdiyini bildirərək, əlavə edir: “Diaspordaki ermənilər, öz milli mentalitetlərini unudaraq yaşadıqları ölkələrdə asimiliyasiya olmaqda, bir çoxu yaşadıqları ölkənin kəşfiyyat orqanlarına işləməkdədirlər. Ermənilər inteqrasiya olmaq yerinə assimlyasiya olmuş vəziyyətdə yaşamaqda və bir dünya milləti olmağı bacara bilməməkdədirlər.”

One Response to “Erməni Diasporu kimə xidmət edir?”

  1. Faig Bekirov said

    chox maragli movzulara toxunursunuz, halaldi Sizlere

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: