Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Robert Koçaryan:Qarabağ heç vaxt Müstəqil Azərbaycanın torpağı olmayıb

Posted by gundeliyim on 5 March 2007

Ermenistan prezidenti R. Kocaryan Fransaya bu ölkədə keçirilən  “Ermənistan  ili” ilə bağlı etdiyi səfər zamanı , ölkənin yüksək tirajlı  qəzetlərindən biri olan “Le Figaro” qəzetinə verdiyi müsahibəde bir sıra məsələlər barədə , o cümlədən Dagliq Qarabag problemi haqqında oz münasibətini bildirib. 

Figaro qəzetinin müxbiri-  Fransanın erməni soyqırımını inkar edənlərin cəzalandırılmasıyla bağlı  qəbul etdiyi qanun layihəsini,  siz necə dəyərləndirirsiniz?

Robert Koçaryan Biz erməni soyqırımının tanınması üçün irəli sürülən qanun layihələrini  dəstəklədiyinə görə Fransa dövlətinə dərin minnətdarlığımızı bildiririk. Mən şəxsən bilirəm ki, burada daha çox şeylər əldə etmək üçün cəhdlər göstərilir. Bu cəhdlər, bilavasitə  bizim təşəbbüsümüzlə həyata keçirilmir, ancaq  Fransadakı erməni icmasının fəaliyyətləri ilə bağlıdır. Bir də Fransanın ölkə daxili və xarici  siyasətində də bu istiqamətdə atılan addımlar dəstəklənir.. Ancaq, şübhəsiz ki Ermənistan da  erməni soyqırımı ilə bağlı  öz münasibətini ortaya qoyub və erməni soyqırımının tanıdılmasıyla bağlı atılan hər bir addımı dəstəkləyir.

Erməni jurnalisti Hrant Dinkin Türkiyede öldurulmesinden sonra sizcə, sizin ölkə ilə Turkiyə arasında elaqələr bundan sonra yaxşılaşdırıla bilərmi?  

Bu haqda fikirlər dəyişikdir ancaq menim fikrimcə ilk şok yaşanandan sonra  bu qətlin, ikitərəfli əlaqələrə çox da böyük təsiri olmayacaq. Problem daha da dərinləşməkdədir və bunun  mənbəyi isə türk xalqının tarixidir. Imperiyalar hemişə səhvini boynuna almaqda və üzr istəməkdə çətinlik çəkiblər, ve bu həqiqətən də belədir, çünki söhbət şərq (Osmanlı) imperiyasından gedir. 

Nə üçün Ermənistan  soyqırımla bağlı Turkiyənin “hər iki dövlətin tarixçilərindən ibarət komitə yaratma təklifini rədd edir?

Hər iki tərəfin əlaqələrinin normallaşması, tarixçilərin yox, dövlətlərin üzərinə düşən məcburiyyətdir(vəzifədir).  Buna görə də biz,  Türkiyə ilə diplomatik əlaqələrin  öncəlikli (ilkin) şərtlər olmadan bərpa edilməsinə və ikitərəfli dövlət komissiyasının yaradılmasına və bütün sualların muzakirəsinə, hətta çox həssas suallara və nöqtələrə belə toxunmaga  razıyıq. Avropa qitəsindəki əksər ölkələrin, tarixi və ərazi olaraq fikir ayrılıqları var. Bu fikir ayrılıqları, onlara  açıq sərhəd , normal əlaqə yaratma və  paralel olaraq mövcud problemləri muzakire etməyə mane olmur. Əsl sual budur ki , niyə rəsmi Ankaranın mə`sul şəxsləri tərəflər arasındaki problemlərin həlli üçün ikitərəfli dövlət komissiyasının yaradılması fikrini rədd edirlər?

Türkiyənin Avropa Birliyinə qəbul olunmasını Ermənistan üçün müsbət bir hal olaraq qiymətləndirmək olarmı?  

Turkiyənin Avropa Birliyinə qəbul olma prosesi, türk cəmiyyətinin dəyişmesi üçün ciddi reformlar nəzərdə tutur.  Bu da Turkiyənin daha uzaq görən, daha açıq siyasət yeritməsi,  ölkədəki azlıqlara qarşı daha dözümlü, ədalətli olması kimi ve s. istiqamətlərdə inkişafı deməkdir. Bundan başqa Turkiyənin Avropa Birliyinə qəbul olması  ilə biz də Avropa Birliyi ilə sərhəd olacağıq ki, bu da bizim üçün müsbət bir haldır. Amma, biz Türkiyənin tam hüquqlu üzv olmasını  istəmirik. Unutmayaq ki, sərhədlərini qonşu dövlətlərə bağlayan bir dövlətlə aparılan danışıqlar əslində durdurulmalıdır, biz hələ Kiprlə Türkiyə arasındakı  həll olunmamış problemi demirik.

Azərbaycanın torpağı olan, lakin daha çox ermənilər yaşayan, ve azadlığı tələb olunan   Yuxarı Qarabağ problemi haqqında  hansı həll yollarını düşünürsünüz?  

Hər bir xalqın azad olmağa  mütləq hüququ var.  Bir çox çətinliklərlə öz azadlığını əldə etmiş sonrada ondan imtina eden bir xalq haqqında misal göstərmək olmaz. Azərbaycanin ərazi bütövlüyü haqqında danışmaq absurd bir şeydir, çünki Yuxarı Qarabağ öz mustəqilliyini keçmiş Sovet İttifaqının dağıdılmasindan sonra məhkəmə prosesi ilə əldə edib ve sonra heç vaxt  Mustəqil Azərbaycanın bir hissəsi olmayıb. Aparılacaq danışıqlar, Yuxari Qarabağın müstəqilliyinin tanınması üçün bir referendumun  keçirilməsi barədə tarixin  təyin edilməsindən ibarət olacaq.

Sizin Fransaya səfəriniz “Ermənistan ili” ilə üst üstə düşdü, siz Fransa ilə ikitərəfli əlaqələrdən razısınızmı?  

Ermənistan ilinin Fransada keçirilməsi, iki dövlət arasında xüsusi və daha yaxın əlaqələrin olmasını sübut edir. Men xususilə,  Avropa təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişdirilməsində, Yuxarı Qarabağ  probleminin həlli proseslərində Fransanın aktiv və konstruktiv rolunu, göstərdiyi dəstəyi  qeyd etmək istəyirəm. Bizim iqtisadi əlaqələrimiz inkişaf etməkdədir. Hal hazırda Ermənistan iqtisadiyyatının müxtəlif sahələrində iri fransız şirkətləri fəaliyyət göstərməkdədir.  Biz,  Fransa ilə təhsil, mədəniyyət  ve araşdırma sahələrində də əməkdaşlığa  xüsusi əhəmiyyət veririk.  Onu da qeyd etmək istəyirəm ki, Ermənistan Fransız Universitetinin ölkədə ən prestijli universitetlərindən sayılması bu istiqamətdəki əməkdaşlığımızın ən bariz nümunəsidir.

5 Responses to “Robert Koçaryan:Qarabağ heç vaxt Müstəqil Azərbaycanın torpağı olmayıb”

  1. Vusal said

    Əziz oxucular.Yəqin ki dunyanin hər yerindən bir nəfər də olsa Azərbaycanli ogullarimiz var ki bu saytla qiyabi də olsa maraqlanir..Bu kocaryan nə danisdigini hec özü də anlamir…O ki qaldi Qarabaga..Qarabag bizimdir.AZƏRBAYCANİN..Cox qalmayib bunu sübut eləməyə….Yasayarlar Görərlər… İnsallah…

  2. Biz qerun ne gune qalmishiq uzumuze deyiller ki Qarabag Azerbaycanin deyil? hacanacan bu Azerbaycanin bashida dura eclaflar? xalgi aglar veziyyetde saxlayacaqlar? bunun geci tezi var/ az qalib!!!!

  3. mogikan said

    Koceryan p** yeyir fransizlarin agziynan😉

  4. Vaqif said

    Ele deyenlerin cox gormusuk eziz qardaslarim ve de goreceyik Men Azerbaycan ordusunun icinden cixmisam ve gucumuzu, Qudretimiz cox gozel bilirem insallah bizim de basda duranlarimiz Sulh kelimesin bir yana qoyub haydi ireli Azerbaycan delileri deyecek ve o zaman kocariyan kimi gedalar onumuzde diz coküb men sehv etmisem neyinki qarabag 90 il bundan once qurmus olduğumuz dövlətin torpaqları da Azerbaycanindir deyecek bax o zaman bu serefsiz kocariyanlarin goz yasina aldanib onu aff edenleri Azerbaycan xalqi unutmayacaq. Bizler yeter ki, icimizden parcalanmayaq yeter ki, 50 milyonluq xalqimizin insanlari arasina nifaq sala bilmesinle amma oz aramizdir salmayaq slamayaq deyirk amma gor nece bizi bolub parcalayib dagidiblar ki, 3-4 milyonluq cuceler 50 milyonluq Tarixlere sigmayan Azerbaycani ne hala qoyublar.

    Hormetle
    Vaqif
    Biz Nehrem gencleri her an doyus emrinin verileceyi gunu dor gozle gozleyirik.

  5. Эльчин said

    Salam qardaslarim men ancaq hele shubhe ile yanasiram ki bu gun biz neyese qadirik Bu gun mem Moskva sheherinde bas verenleri gorurem Bizim millet veten qeyretini itirib ekseri Cun eger Bir ermeni cindiri 20 yanvar gunu qestle kafenin acilisin o gune salir ve bizim biqeyret azeiler o kafeninacilisina gedib shabash verirlerse bu gun biz bos bos danisiqlardan basqa bir sey elde ede bilmerik oturmusuq bazarlarda ve qalxmaq niyyetimiz de yoxdur ucuz isci quvvesi olaraq qalmaqdayiq ermeni digalari ise butun dovlet strukturlarini ele keciribler bizimkiler hele fil qulaginda yatirlar qabaqda olanlarda ermeniden boyuk veten dusmenidir NA GORE QARDASLAR BIZ KISILIK MEKTEBIN SCMELIYIK YOLUNU SECMELIYIK INANIN OTURUB ERMENI ILE AGIZ AGIZA GORUSUB SONRA GELIB QARABAGI AZAD ETMELIYIK DEYEN LIDER VE YA HER HANSI DOVLET NUMAYENDESINDEN BIR XEYIR GELMEYECEK BIZE TAYIB ERDOGAN KIMI QEYRETLI DINI IMANI OLAN KISI ADAM LAZIMDIR HEYF KI O DA AZERBAYCANDA YOXDUR((((GELIN HER KES OZ VETENI UGRUNDA CALISHSIN VURUSHSUN BU DOVLETI ZULMET VE ZILLEZTDEN(XARICI BASQILARDAN) AZAD EDEK INDI AZERBAYCAN OZU MENEVIYYATIN IIRIB POZGUNLUQ GOTUB GEDIB NAMUSA QEYRETI BASA DUMEYENLER COXALIB SIZCE BUNLARLA NESE LDE TMEK OLAR YOX TEBII

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: