Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Qarabağ’ Category

Cəbrayıl

Posted by gundeliyim on 23 August 2007

İşğal olunmuşdur 1993 – cü il 23 avqust
Ərazisi 1050 km2 Əhalinin sayı 52049
Şəhid olmuşdur 347. Əlil olmuşdur 172
Milli qəhramanlar 4
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
• Mədəni – məişət obyekti 197
• Qəsəbə və kənd 90
Tarixi abidə 27

Azərbaycanda inzibati rayon, 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1050 km2, əhalisi 45,8 min nəfər. Rayonda 1 şəhər, 77 kənd və qəsəbə var. Mərkəzi Cəbrayıl şəhəridir.

Səthi, əsasən, maili düzənlik, şimalda alçaq dağlıqdır. Dağlıq hissədə Tabaşir, düzənlik hissədə Neogen və qismən Antropogen çöküntüləri yayılmışdır. İqlimi ərazinin cənub hissəsində yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl, şimal hissəsində yayı quraq keçən mülayim-istidir. Orta temperatur yanvarda 0-2oS, iyulda 24-25oS-dir. İllik yağıntı 400-500 mm. Çayları qısa və müvəqqəti axarlıdır; r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ meşə torpaqları yayılmışdır. Yarımsəhra, dağ-kserofil bitki örtüyü üstündür. Meşələr var. Heyvanları canavar, tülkü, süleysin, çölsiçanı və s.
Orta sıxlıq 1 km2-də 43,6 nəfərdir. İri yaşayış məntəqələri Cəbrayıl şəhəri, Böyük Mərcanlı, Soltanlı, Horovlu, Balyand kəndləridir.
İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur. 14 kolxoz və 7 sovxoz var. Meyvə yetişdirilir. Heyvandarlıq inkişaf etdirilir. Kökəltmə birliyi yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur. Üzüm emalı və çörək zavodları, kənd təsərrüfatı texnikası tə_miri müəssisəsi, elektrik şəbəkəsi, xalça emalatxanası və s. var idi.

Rayonda 10 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 58 kitabxana var idi.

Memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi hamamı, Xudayarlı kəndində dairəvi və səkkizguşəli türbələr(19 əsr), Şıxlar kəndində dairəvi türbə(14 əsr), Xudafərin körpüsü və s. mühafizə olunmuşdur.

Posted in Cəbrayıl, Gündəliyim, Qarabağ | 2 Comments »

Füzuli

Posted by gundeliyim on 22 July 2007

İşğal olunmuşdur 1993 – cü il 23 avqust
Ərazisi 1112 km2 Əhalinin sayı 95940
Şəhid olmuşdur 528 Əlil olmuşdur 1309
Milli qəhramanlar 6
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
• Mədəni – məişət obyekti 145
• Qəsəbə və kənd 54
• Tarixi abidə 15
Azərbaycan inzibati rayon 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1386 km2, əhalisi 80,2 min. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 71 kənd və qəsəbə var. Mərkəzi Fizuli şəhəridir.
Səthi çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqdır. Əsasən, Neogen çöküntüləri yayılmışdır. İqlimi şərq hissədə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, qərb hissədə yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda 0,1oS, iyulda 24-25 oS-dir. İllik yağıntı 400-600 mm. Çayları (Köndələnçay, Quruçay, Qozluçay) r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlar yayılmışdır. Bitkisi, əsasən, yarımsəhra tiplidir. Heyvanları: oxlu kirpi, qumsiçanı, tarla siçanı və s. Quşlardan turac, qırqovul, göyərçin və s. var.
Orta sıxlıq 1 km2-də 58 nəfərdir.
Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, Horadiz şəhər tipli qəsəbəsi, Böyük Bəhmənli və Horadiz kəndləridir.
Füzuli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Əsas sahələri üzümçülük, taxılçılıq və heyvandarlıqdır. 15 kolxoz, 26 sovxoz varidi. Rayonda su anbarları yaradılmış, suvarma kanalları yapadılmışdır. Qaramal kökəltmə və qoyunçuluq birlikləri yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur.
Rayonda 69 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq teatrı, 17 kinoqurğu fəaliyyət göstərirdi.
Memarlıq abidələrindən Əhmədalılar türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Şəhərdə Hacı Ələkbər məscidi (19 əsr), Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi(1682), karvansara(1684), türbə(18 əsr) və s. qalmışdır.

Posted in Qarabağ | Leave a Comment »

Kəlbəcər

Posted by gundeliyim on 6 June 2007

İşğal olunmuşdur 1993-cü il 2 aprel
Ərazisi 1936 km2 Əhalisinin sayı 55000
Şəhid olmuşdur 217. Əlil olmuşdur 49
Milli qəhrəmanlar 2

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
• Sənaye və tikinti obyekti 29
• Mədəni – məişət obyekti 134
• Qəsəbə və kənd 132
• Tarixi abidə 87

Kəlbəcər rayonu 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1936 km2, əhalisi 40,3 min nəfər idi. Rayon ərazisini 1 şəhər, 1 şəhər tipli qəsəbə 122 kənd təşkil edirdi. Mərkəzi Kəlbəcər şəhəri idi. Rayonda 2 məktəbəqədər müəssisədə 70 uşaq tərbiyə olunur, 8 ibtidai, 43 səkkizillik, 26 orta məktəbdə 12 min, yeddiillik musiqi məktəbində 125 şagird təhsil almışdır. Rayonda 9 mədəniyyət evi, 27 klub,55 kitabxana, 17 kinoteatr fəaliyyət göstərirdi.
Memarlıq abidələrindən Tərtər çayının başlanğıcındakı XIII-XVIII əsrlərin yadigarı olan Xotavəng məbədi qalmışdır.
Səthi dağlıqdır, Murovdağ, Şahdağ, Şərqi Sevan, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsini təşkil edir. Ən yüksək zirvələri hündürlüyü 3724 m olan Gamış dağları və 3616 m olan Dəlidağdır. Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Faydalı qazıntıları: civə (Şorbulaq, Ağyataq), mineral sular (İstisu, Bağırsaq), tikinti materialları və s. ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi tipləri hakimdir. Ən böyük çayı Tərtər və onun qolları – Lev çayı, Tutqunçay və s. dir. Bazarçay isə Kəlbəcər rayonunun ərazisindən başlanır. Ala göllər və Zalxa gölü də rayonun ərazisində yerləşir. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Rayonun mərkəzində və şimal hissəsində enliyarpaqlı meşələr (palıd,fısdıq, vələs), meşə çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Meşələrin ümumi sahəsi 28,2 min ha-dır. Təbiəti qayakeçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, ular, qartal kimi heyvan və quşlarla zəngindir. Azərbaycan Kəlbəcər Rayon Komitəsi və Rayon Xalq Deputatları Sovetinin orqanı “Yenilik” qəzeti 1934 ildən çıxır (1965 ilədək “Qızıl maldar”adı ilə nəşir olunmuşdur). Yerli radio verilişləri redaksiyası 1965 ildən fəaliyət göstərir . Rayonda televiziya verilişlərinə baxırlar. Rayonda 300 çarpayılıq 7 xəstaxana 25 feldşer-mama məntəqəsi sanitariya epidemioloci ,49 həkim ,205 orta tibb işçisi var.
 
Kəlbəcər -Qubadlı iqtisadi rayonu
Reliyefi əsəsən dağlıqdır. Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da Murov dağ, ş-də Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır. Cənub şərq hissəsi Araz çayı dərəsinə tərəf alçalaraq düzənliklərə keçir.

Posted in Qarabağ | 2 Comments »

Laçın Sənədli Filmi

Posted by gundeliyim on 18 May 2007

 

Qartallar yurdu Laçın, Qarabağın qalası idi…

 

 

Laçını niyə qoruya bilmədik?

 

 

Görəsən torpaqlarımızı geri qaytara biləcəyikmi?

 

Posted in Laçın, Qarabağ, Tarix, Video | Leave a Comment »

Laçın

Posted by gundeliyim on 18 May 2007

 İşğal olunmuşdur 1992 – ci il 18 may
Ərazisi 1875 km2 Əhalinin sayı 60000
Şəhid olmuşdur 259 Əlil olmuşdur 225
Milli qəhramanlar 6

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:
•    Mədəni – məişət obyekti 575
•    Qəsəbə və kənd 26
•    Şəhər, qəsəbə və kənd 10
•    Tarixi abidə 12

Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Bu rayon qərbdən Ermənistan ilə həmsərhəddir. Sahəsi 1835 km2 , əhalisi 51 mindir. Rayonda 1 şəhər, 120 kənd var. Mərkəzi Laçın şəhəridir.

Təbiət.

Səthi dağlıqdır. Rayonun şərqində Qarabağ yamacları, şimalında Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Rayonun ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Rayonda yura-antropogen çöküntüləri yaylmışdır. Faydalı qazıntıları: müxtəlif tikinti materialları və s. Narzan tipli mineral bulaqlar var. Ərazinin çox yerində qışı quraq keçən mülayim-isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda 0-dan-100C-yə dək, iyunda 10-220C-dir. İllik yağıntı 600-900 mm. Rayonun əsas çayı Həkəridir. Əsasən,çimli dağ-çəmən,qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqları yayılmışdır. Bitki örtüyü və seyrək-meşəli çəmənliklərdən,enliyarpaqlı dağ meşələrindən(palıd,vələs,fıstıq), subalp və alpçəmənliklərindən ibarətdir. Alçaq dağlıq yerlərdə seyrək ardıc meşələri var. Meşələrin ümumi sahəsi 33,3min ha-dır. Heyvanları: qayakeçisi,cüyür,çöldonuzu,sincab,süleysin,çölsiçanı və s. Rayonun yasaqlığı (Laçın yasaqlığı) var.

Əhali .

Orta sıxlıq 1km2-da 27,8 nəfərdir (1981). Ən iri yaşayış məntəqəsi Laçın şəhəridir.

Təsərrüfatı.

İqtisadiyyatında heyvvandalıq əsas yer tutur. 23 sovxoz var idi(1981). Kənd təsərrüfatına yararlı torpaqlar 76 min ha-dır (1980); bunun 11,1 min ha-ı şum yeri, 0,3 min ha-ı çoxillik bitkilər, 2,7 min ha-ı dincə qoyulmuş torpaqlar, 5,2 min ha-ı biçənəklər, 56,7 min ha-ı otlaqlardır. 10 min ha əkin sahəsinin 33%-də dənli və dənli paxlalı bitkilər, 67%-də yem bitkiləri əkilir (1981). 46,2 min qara mal (o, cümlədən 14,9 min inək və camış), 205,9 min davar var idi(1981). Kökəltmə birliyi yaradılmışdır. R-da yağ-pendir, məişət xidməti kombinatları, afsalt-beton, çörək, süd zavodları, Respublikanın Dövlət K.T. İstehsal – Texniki Təminat Komitəsinin şöbəsi, meşə təsərrüfatı var idi. Nəqlyyat, avtomobil yolları ilədir. Yevlax-Naxcıvan avtomobil yolu rayonun ərazisindən keçir.

Mədəni quruculuq və səhiyyə.

Rayonda məktəbəqədər müəssisədə 93 uşaq tərbiyə olunurdu. 17 ibtidai, 36 səkkizillik, 36 orta maktəbdə 14400,həmçinin 1 kənd məktəbində252 şagird təhsil alırdı. Rayonda 54 klub müçssisəsi, 67 kitabxana (310 min kitab) 34 kinoqurğu fəaliyyət göstərirdi. Me’marlıq abidələrindən Hocaz k-də mağara – mə’bəd ,cimcimli k-ndə Məlikəcdər türbəsi, Zeyvə k-də Kafir qalası, Sultan Baba türbəsi,Şeyx Əhiməd türbəsi, Qırışqıraq k-də məsçid,Hüsürlü k-də Həmzə Sultan sarayı, Həkri çayı üzərində körpü, Ağoğlan çayı üzərində məbəd, Güləbird k-də türbə qalmışdır. Rayonda 470 çarpayılıq 13 xəstəxana, 30 feldşer -mama məntəqəsi, sanitariya-epidemoloci st., 52 həkim, 287 orta tibb işçisi var idi.

Posted in Qarabağ | Leave a Comment »

Şuşa Sənədli Filmi

Posted by gundeliyim on 5 May 2007

 

Mayın 8-ində Şuşanı itirdiyimizdən 15 il keçəcək…

Mədəniyyət və incəsənət şəhəri Şuşa nə qədər erməni işğalında qalacaq?

Biz Qarabağı, Şuşamızı gec-tez azad edəcəyik. Biz buna inanırıq, biz o torpaqlara qayıdacağıq…

Posted in Qarabağ, Tarix, Video, Şuşa | Leave a Comment »

Şuşa

Posted by gundeliyim on 4 May 2007

İşğal olunmuşdur 1992 – ci il 8 may
Ərazisi 289 km2 Əhalinin sayı 24900
Şəhid olmuşdur 193 Əlil olmuşdur 102
Milli qəhramanlar 5

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:
• Sənaye və tikinti obyekti 27
• Mədəni – məişət obyekti 103
• Şəhər, qəsəbə və kənd 31
• Tarixi abidə və muzeylər 249
• Tarixi abidə 17

Şuşa qəzası

Çar hökümətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vil-nin tərkibində yaradılmışdır. (1841, 1 yanvar). Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa idi. 1846  ildən Bakı, 1867 ildən isə Yelizavetpol qub.-na daxil edilmişdi. Ş.q. Mığri, Kəbirli, Zəngəzur, Cavanşir, Cələbürd, Vərəndə məntəqələrinə bölünürdü. 1867 il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir məntəqələri Ş.q.-ndan ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, məntəqə iclasçıları və şəhər polisi idarə edirdi.  Qəzada məhkəmə yaradılmışdı.  Sah. 4911 km2 , əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərüfatında əkinçilik, maldarlıq, ipkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı.

Şuşa rayonu
1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Stepanakert rayonuna (1978-ci ildən Əskəran rayonu) verilmiş, 1965-ci ildə yenidən müstəqil r-n olmuşdur. Sahəsi. 289 km2. Əhalisi 19,0 min (1987, 1 yanvar). Mərkəzi Şuşa şəhəridir. Rayonda 1 şəhər, 30 kənd və başqa yaşayış məntəqəsi var.
Təbiəti.
Səthi dağlıqdır (Qarabağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs d.-dir. (2725 m). Keçəldağ aşırımı Ş.r.-ndadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif nov tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şirlan) var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim -isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta tempatur yanvarda – 4-dən -10 C-yə qədər, iyulda 16-190C-dir. İllik yağıntı 700-800 mm . Rayondan Qarqar çayı axır. Torpaqları, əsasən, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəməndir. Ərazinin 20% -ə qədəri meşədir (fıstıq və s.). Yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə  qırılmış meşəlirin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanları: ayı, canavar, tülkü, boz dovşan, cüyür və s. Quşlardan kəklik, göyərçin var.
Əhali.
Orta sıxlığı 1 km2 -də 63,3 nəfərdir. İri yaşayış məntəqələri Şuşa ş. , Malıbəyli və Daşaltı kəndləridir.
Təsərrüfat.
Rayonun iqtisadiyyatında heyvəndarlıq əsas yer tutur. 5 s-z var. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min ha-ı şum yeri, 0,1 min ha-ı çoxillik bitkilər, 0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 0,1 ha – dır. 3,4 min ha əkin mahəsinin 41% -ə dənli və dənli – paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə məşğul olunur. 5,2 min qara- mal, 15,2 min davar var (1986). Quşçuluqla məşğul olunur. Şərq musiqi alətləri f-ki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, Bakı “Radioqayırma” birliyinin 1 ¹ – li istehsalı, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, k.t. texnikası təmiri müəssisəsi və s. var. Kurort təsərüfatı inkişaf etmişdir.Yevlax-Naxcıvan avtomobil yolu və qaz kəməri Şuşa rayonundan keçir.

Posted in Qarabağ | 1 Comment »

Ya Qarabağ, ya Ölüm

Posted by gundeliyim on 3 May 2007

Benim gönlüm aylardır ağlayanla birlikte
Karabağda karalar bağlayanla birlikte
Yetmiş yıllık yaşını silemedi Karabağ
Azatlık geldi, lakin gülemedi Karabağ

Ozan Arif

 

 

Posted in Qarabağ, Video | 1 Comment »

Ağdam

Posted by gundeliyim on 25 April 2007

 

İşğal olunmuşdur 1993 – cü il 23 iyul

Ərazisi 1154 km2 Əhalinin sayı 158000
Şəhid olmuşdur 538. Əlil olmuşdur 587
Milli qəhramanlar 17

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

• Sənaye və tikinti obyekti 48
• Mədəni – məişət obyekti 598
• Qəsəbə və kənd 122
• Tarixi abidə 27
• Dövlət dram teatrı

Posted in Qarabağ | Leave a Comment »

 
Follow

Get every new post delivered to your Inbox.