Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Mirzə Ələkbər Sabir’ Category

Yadigar

Posted by gundeliyim on 28 July 2007

Mirzə Ələkbər Sabir

Möhtərəm Molla Nəsrəddin əfəndi!
Acizanə xahiş edirəm ki, bu neçə kəlməyə jurnalınızda yer verəsiniz.

Mərhum Həsənbəyin vəfatı münasibətincə lazım idi ki, bütün Qafqazda olan şəhərlərdən biz şamaxıların üstümüzə sər-səlaməti teleqramları çəkiləydi… Çünki o mərhum bizim öz şamaxılımız idi, o bizim öz adamımız idi; daha doğrusu, o bizim mənəvi atamız idi.
Amma Qafqaz əhli bu barədə səhv etdilər, götürüb Bakıya teleqram elədilər, nə bilim “Irşad”a yazdılar…
Bainhəməl biz yenə öz vəzifəmizi ifa etməkdə qüsurluq etmədik, o mərhumu yadımızdan çıxarmadıq, demək, onun bizdə olan həqqini əda etdik.
Qərar qoyduq ki, onun ancaq möhtərəmə1 əyalına bircə teleqram edib sər-səlaməti verək. Hətta bu xüsusda çox danışdıq da, hələ də danışırıq, yenə də danışacayıq; çünki o mərhumu yadımızdan çıxarda bilmərik! Şərt teleqram vurmaqda deyil: hər mətləbin üstündə gərək danışıq olsun, danışılır, danışırlar, axırda iş bir yerdə qərar tutar; necə ki, elə belə də oldu, yəni teleqramı mövqüf edib, mərhumun yadiğarına şəhərimizdə olan uşqolaların birində tək bircə nəfər yetim uşaq oxutmaq fikrinə düşdük; demək ki, müsadimeyi-əfkardan bariqeyi-həqiqət partladıq! Afərin bizə! Mərhəba bizə!
O idi ki, bu xüsusda götür-qoy elədik, götürdük qoyduq, qoyduq götürdük, qoyduq götürdük, götürdük qoyduq, bircə xırda qalmışdı ki, iş lap düzəlsin, nagah vəqtsiz xoruz kimi şoğərib tək səbir bu yandan bannadı, səbrin səsinə diksinib yuxudan ayıldım, bir bu tərəfə, bir o tərəfə nəzər saldım, gördüm ki, hamı xorhaxornan yatıb. Tez kağız-qələmi götürüb, bu neçə kəlməni sizə yazıb, dübarə başımı yasdığa və getdim yuxuya. Hərçənd ev isti, yorğan-döşək qalın, yuxu şirin, heç bir də oyanmağa ümidim yoxdur; amma yenə vəsiyyət yüngüllükdür, budur sənə deyirəm, aşna: əhyana, oyandım, mabədini də yazaram, yox, əgər oyana bilmədim, nə bir eybi varmış: yar baqi, söhbət baqi, o dünyada görüşüb zəbanı-ərz edərəm.

Posted in Mirzə Ələkbər Sabir, Yazar | Leave a Comment »

Ata nəsihəti

Posted by gundeliyim on 17 June 2007

Mirzə Ələkbər Sabir

Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma,
Qanun tələf oldu!
Gündüz, gecə səy eyləyibən dərsə alışma,
Canın tələf oldu!
Bu şəhrdə şoxdur, gğrürəm, rlm oxuyanlar,
Onlar nə tapıblar?
Divanədilər malını bu yolda qoyanlar
Guya ki, yatıblar.
Çoxdur zərərli adəm üçün elm oxumağın,
Sən say və deyim mən:
Əvvəl bu ki, məktəbdə olur təlx damağın,
Ey dideyi- rövşən!
Bir də gözünün nuru gedib kur olacaqsan,
Canın da sağ olmaz;
Rəngin saralıb axılı rəncir olacaqsan,
Bağrında yağ olmaz .
Axılda, tutaq, ölməyib onversətə getdin,
Qurtardın özünə də;
İnsaf ilə söylə, bu işi yaxşımı etdin?
Bir dur bu sözündə!
Sən də deyəcəksən sasalım, ya ki, demoqrat”,
Bilməm necə dersiz;
Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat,
Ax, ax, a beyinsiz!
Hər bir gədə bir az oxuyub adım olubdur,
Zakonu bəyənməz;
Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur,
Hamunu bəyənməz;
Gahi şaha bir tənə vurar, gah vəzirə,
Bax, bax, səni tarı!
Gahi ocağa şəkk eliyər, gahi də pirə,
Kafir olu barı.
Bundan sora qıl tövbə dəxi, məktəbə getmə,
Bircə usan, oğlum!
Ta baxma müəllim sözünə, ta əməl etmə,
Axır utan, oğlum!
Çıx dağa, daşa, yol kəsibən qarətə baçla,
Axırda qaçaq ol;
Sal bir beşatan boynuna, bu adətə başla;
Həmmali- yaraq ol,
Xəlqə dadanaq ol,
Hər işdə sayaq ol,
Var cana ziyanı-
Qeyrətdən uzaq ol!..

Posted in Lirika, Mirzə Ələkbər Sabir | Leave a Comment »

Millət necə tarac olur olsun, nə işim var?!

Posted by gundeliyim on 8 June 2007

Mirzə Ələkbər Sabir

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyəvü cahan ac olur olsun, nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək- tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Salma yadıma söhbəti- tarixi – cəhani,
Əyyami- sələfdən demə söz bir də, filani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli görmək nə gərək , ömrdü fani;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Övladi- vıtın qoy hələ avarə dolansın,
Çirkabi- səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi- şənim ucalansın;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Hər millət edir səfheyi – dünyadə tərəqqi,
Eylər hərə bir mənzili- məvadə tərəqqi,
Yorğan – döşəyimdə düşə gər yadə tərəqqi,
Biz də edərok aləmi- röyadə tərəqqi;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Posted in Lirika, Mirzə Ələkbər Sabir | Leave a Comment »

Hamısın tapa bilirəm, Birin tapa bilmirəm

Posted by gundeliyim on 29 April 2007

Mirzə Ələkbər Sabir

Bir belə məsəl vardır ki, “doğru danışanın papağının qulağı yırtıq olur”. Mən bu barədə çox fikirləşmişəm ki, əcəba, doğru danışanın papağının qulağı niyə gərək yırtıq olsun? Fikirləşirəm, fikirləşirəm… axırda yəqin edirəm ki, hələ gərək belə də olsun.
Məsələn, götürək ki, Məhəmməd Cəfər ağa vəfat edir, bir qədər pulu, mülki, malı və neçə nəfər uşaqları da qalır.
Təşbihən, hacı Molla Feyzi əmi, bu imanın Allah kamil eləmiş kişi, hər növ olur isə uşaqlara qəyyum olub və hər ixtiyarı da yədi-təsərrüfünə keçirir. Söz gəlişi, uşaqların anasına naməhrəm olmasın deyə, nigah da oxudur. Bəli, müsəlman olan adam gərək belə də olsun… Və səğirlərində pulundan çox xərc olmamaqdan ötrü nökərləri-zadları da azad edir. Ancaq uşaqlar nökərlərin xidmətlərin dəröhdə edə bilirlər, eləməselər də yaramaz; çünki Hacı əmi şapalaqlayır. Qaldı ki, mülk, mal və pul – onları da icarəyə və muamiləyə verib işlədir.
Bəli, vəqt o vəqt olur ki, uşaqlar böyüyürlər, indi gərək Hacı əmi uşaqlara hesab versin.
Hesab isə barmaq hesabından başlanır, yanında yatır, palçığa batır, elə qabil bir şey qalmayır ki, Hacı əmi uşaqlara versin. Burasını istəyirəm ərəbcə deyim ki, başa düşən olmasın: deməli ki, Haci əmi “bəllətü” edib “həzmi-rabə”dən oturmuş olur.
Hə, imdi deyəcəksən ki, bu sözlərinin yuxarıda dediyin misal ilə nə münasibəti var?
Yox, əzizim, bir dayan, qoy sözümü ayağa kim deyim, gör münasibəti var, yainki yoxdur.
Vəqt ki, iş bu məqamə yetişir, cəmaət arasında bu söz danışılır, məsələn, bir qəzetə müxbiri də bu sözləri eşidir, götürüb qazeteyə yazdırır.
Hərçənd Hacı əmi oylə israfçı adam deyil ki, ildə beş-on manat verib bir qəzeteyə abunə olsun və yainki gündə bir şahı verib bir nömrə alıb oxusun. Ancaq qonşudan alıb oxuduğu müftə qəzetedə nagah görür ki, bu əhvalat yazılıb, hələ olan kişinin acığı tutub, iki əlli bir qapaz müxbirin başına oylə ilişdirir ki, yazığın papağının nədir ki, öz qulağı yırtıq olur. Odur ki, deyirəm, hələ belə də gərək olsun…
Amma burada yenə bir az fikirləşirəm; fikirləşirəm ki, Hacı əmi müxbirin başına qapazı neçün ilişdirdi?
Tapıram ki, Hacı əminin elədiyi əməlin yazdığına görə…
Fikirləşirəm ki, müxbir bu sözlərin yalandan yazıb imiş, yoxsa doğurdan?
Tapıram ki, doğurdan yazıb imiş.
Fikirləşirəm ki, bu əməl yaxşı əməl [deyil] imiş, hətta hacı əminin xuşkə möminliyinə də yaraşan əməl deyil imiş.
Fikirləşirəm ki, pəs Hacı əmi qapazı öz başına ilişdirməyib müxbirin başına neçün ilişdirdi və halonki bu əməli işləyən hacı əmi özü imiş, müxbirin təqsiri nə imiş? Əcəba, buralarını hərçi fikirləşirəm, tapa bilmirəm ki, tapa bilməyəcəyəm. Deyirəm, görəsən diqqət edim, bunu tapa biləcəyəmmi?
Tapa bilsəm də Hacı əmini başa sala biləcəyəmmi? Amma, heyhat!.. Indi hər kəs bunu tapa bilsə və Hacı əmini də başa sala bilsə, buyursun, bu iş mənim işim deyil!..

Posted in Mirzə Ələkbər Sabir, Yazar | Leave a Comment »

Tərpənmə, amandır, bala qəflətdən ayılma

Posted by gundeliyim on 26 March 2007

Mirzə Ələkbər Sabir

Tərpənmə, amandır, bala qəflətdən ayılma
Açma gözünü, xabi – cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!
Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!
Açsan gözünü, rəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyhat görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma
Laylay, bala, laylay!
Yat, qal dala laylay!
Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanını, yuxla,
İllərcə şüar etdiyin adətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!
Göz nurudur uydu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir an sözündən,
Amma elə bərk yuxla ki, hətta get özündən,
Afaqı dutan şurü qiyamətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Posted in Lirika, Mirzə Ələkbər Sabir | 1 Comment »

 
Follow

Get every new post delivered to your Inbox.