Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Lirika’ Category

Mən bir yağış istəyirəm

Posted by gundeliyim on 23 September 2007

Orxan Quliyev

Mən bir yağış istəyirəm
Yusun bizim kuçəmizi
Yağsın bizim beynimizə
Təmizləsin üfunətli çölümüzü
İrin tutmuş içimizi…….
Mən razıyam,yağış yusun hamımızdan yarımızı
Övladına kimliyini öyrətməyən atamızı, anamızı….
Mən bir yağış istəyirəm
Yuyaq onda əlimizi, üzümüzü
Yuyunaraq tanımayaq özümüzü
Yeni doğulmuşuq kimi bu dünyaya
tekrar açaq, təmiz açaq gözümüzü!!
İstəyirəm təmizləyək içimizi zibillərdən,
Yeni doğan arzuları qaranlığa,dibə dartan
biləyindən kəsiləsi o əllərdən!!!!!!!
İstəyirəm son qoyaq biz çəkişməyə, şübhələrə,
Təmizləyək içimizi,TÜPÜRMƏYƏK KÜÇƏLƏRƏ!
Qoy çoxalsın bu ölkədə çayxana yox,
Kitabxana!
Zubaçistka çeynəməkdən bir şey çıxmaz,
Oxuyaraq uyğunlaşaq bu zamana!!!
Hər bir yeni arzu üçün, umid üçün,
həyat üçün çiyin-çiynə sıralanaq
Dostçun, ölüm qorxusuyla savaşlardan
çəkinmədən yaralanaq…..
bax nə gözəl……….
Bu gün bu cür umid doğur,sabah əməl!
Arzularım yaman çoxdur insanıma,
vərəqim az
Sən də götür bir ağ vərəq, heç olmasa
arzuları oraya yaz………
Çox istəyək Tanrımızdan,verər bir gün.
Gəl istəyək sənin üçün,
Gəl istəyək yanındaki dostun üçün……
Göydə Tanrı, yerdə insan
-mən arzumu artıq sizə söyləmişəm
(indi isə gözləyirəm)
Mən bir yağış istəyirəm……….
Mən bir yağış istəyirəm……….

Posted in Lirika, Şe'r | 5 Comments »

Дух свободы

Posted by gundeliyim on 6 September 2007

Erkin Qədirli

Подумал я минут, скажем так, двадцать:
Что написать тут о себе?
Как в самом себе мне разобраться?
Как посмотреть в себя извне?

Не думаю, что риторичен
Вопрос, поставленный вверху.
Не верю я, что дух вторичен.
Я душу больше благ ценю.

“Блажен, кто верит”, – говорят.
Без веры жить – как встать пытаться без опоры.
“А верить-то во что?”, – иные возразят.
Таким отвечу я, что выбор – основа для свободы.

Если не верить в то, что выбор есть,
Тогда на обстоятельства пенять не стоит.
Разве легко нам будет есть,
То, что другой нам не по вкусу приготовит?

Вот если б верили бы мы,
Что выбирая, делаем себя.
Тогда уж вряд ли соглашались бы
Любимыми быть, не любя.

Я есть продукт того, что мыслю.
Слова мои, но мысль не моя.
Если в Декарте я хоть что-то смыслю,
То жить не мысля – значит жить за зря.

Есть в каждом человеке
Его родное, собственное “Я”.
Но не у каждого оно в одном и том же месте.
Перечислять эти места сейчас не буду я.

Я думаю, что лучше будет, если
Свободу от условий отделять.
В плохих условиях есть тоже место чести,
При несвободе же плодится только блядь

Примечание:

Последнее слово, конечно, не вполне цензурное, вернее оно взято из ненормативной лексики. Но его не следует понимать в буквальном смысле. Меня совсем не беспокоят те, кто торгует телом. От них обществу вреда не будет. Меня волнуют торгующие совестью, и именно такие и вредят нашему обществу всё больше и больше. Слово “блядь” в этом стихотворении следует понимать как обозначающее торгующих совестью.

Posted in Erkin Qədirli, Lirika, Şe'r | 1 Comment »

Fikir şəraiti tikir!

Posted by gundeliyim on 25 August 2007

Erkin Qədirli

Fikir etdim. Sinirləndim.
Nəmə lazım? Əsəbləşdim.
Dedim: “Gərək olsun o “it” ,
Zati-aliləri – ŞƏRAIT!”

Sözün ilk hecası ‘şər’ olması
Məni yaman düşündürdü.
Amma dayan! Nəcə olur?
Fikir şəraitdən doğur?

Bəs şərait haqda fikir,
Mənə, onda, hardan gəlir?
Şəraitin də var şərti?
Şərtin də öz şəraiti?

Belə də iş olar? Bəsti!!!
Atıram daş mən o itə,
Hansı ki, şər atır mənə,
Deyir ki, guya mən onsuz,

Fikir doğa bilmərəm. Mən sonsuz???
Şəraitin şər olması mənə məlumdur.
Düşüncənin ondan nə faydası? Fikir məzlumdur?
Yox, mən düşünmürəm belə.

Şəraiti “belə-belə” edirəm hər düşüncəmlə.
Belkə mənim şəraitim düşüncəmin törəməsidir?
Hə-ə, deyəsən düz tapdım. Tapdığımın bünövrəsi -
Düşüncəmin istəməsidir!

Istəsə düşərəm, istəsə qalxaram.
Istəsə aşaram, istəsə çaşaram.
Səhv etməsəm özüm, bilərəm.
Etsəm – üzr dilərəm.

Vacib olan istəməyimdir!
Istək özü bir əməyimdir.
Elə bilirsiniz istək asandır?
Istə görüm! Seçim kalandır:

Sağa-sola, ora-bura,
Ona-buna, gorbagora.
Hərə çəkir bir tərəfə.
Tərəf də, sanki mərəfə.
Elə ki, bürüdü, olursan “xənifə”.

Düşünün, ey soydaşlarım!
Daşı soyan sirdaşlarım.
Sirri daşan yoldaşlarım.
Yoldan çaşan qaqaşlarım.
Bacılarım, qardaşlarım!
Şəraitdən əvvəl – FIKIR’dir!
Fikir şəraiti tikir!

 

Posted in Erkin Qədirli, Lirika, Şe'r | 2 Comments »

“Siyasiləşdirməyin” nə deməkdir?

Posted by gundeliyim on 4 August 2007

Erkin Qədirli

 

 

Gərək, lazımdır ki, baxaq.
Ona-buna agız açaq.
Ordan-burdan minnət alaq.
Siyasiləşdirməyin, ancaq!

Kim kimi tutdu,
Kim kimi vurdu,
Kim kimə qoydu, -
Siyasiləşdirməyin! Oldu?

Web məkanda susmaq istəmədi biri,
Dedi ki: “Sayt açdım. Protest edək indi!”
Polis “protest” sözün elə ki eşitdi,
Siyasiləşdirmədən məsələni də bitirdi.

Susmaq istəyənlərsə bunu əvvəlcədən bilirmiş,
Onlar yaxşı bilir – hər protestin sonu zibilmiş.
Protest etdin ya etmədin – kutlə debilmiş,
Siyasiləşdirməyin! Işinizi görün kirmiş!

Kirmiş görmək olar əlbəttə işləri,
Onsuz da işsizlik susdurur bizləri.
Amma ömürdən gedən səssiz o günlərin,
Lal-kar olacaq perspektivləri.

Susmaq olmaz! Sükut – ölümdür!
Istəmirəm mən ahəngi!
Mən yağışı da siyasiləşdirərəm,
Görəndə su basmış küçələri!

Posted in Erkin Qədirli, Lirika, Şe'r | 1 Comment »

Məhkum Şərqə

Posted by gundeliyim on 29 July 2007

Cəfər Cabbarlı

Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən,
Aləm səni bölməklə səadət bölüşürkən,
Övladın əsarətdə, yazıq, can çəkişirkən,
Hala da sükut etmədəsən, ey evi bərbad!
Kimdən, əcaba, ummadasan dərdinə imdad?

Rahib kimi qovğayi-həyata həvəsin yox,
Tərpənmədəsən kölgətək, amma nəfəsin yox,
Məhbəsdəsən, ancaq ki, dəmirdən qəfəsin yox,
Zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad,
Əsr indi dəmir dövrü, barıt dövrüdür, heyhat!

Dünyanı əsir eylər ikən bir ovuc altun,
Hər millət öz azədəliyin qurşuna mədyun.
Əsrin sözü top, haqq sözü top, tanrısı qurşun;
Acizliyə qalsan, edən olmaz səni azad,
Hər gün sənə sahib olacaq bir yeni cəllad.

Döndər günəşin atəşə, saç Qərbə, Şimalə!
Topla nə gücün varsa, giriş qəti cidalə!
Ya haqqını al, ya əbədi öl, lavəməhalə
Qoy gülləri ya qan sulasın, yaxud ədalət,
Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət!

Posted in Cəfər Cabbarlı, Lirika, Şe'r | Leave a Comment »

Aclıq olsun, kef olsun

Posted by gundeliyim on 23 July 2007

Həbib Müntəzir

Torpağlar düşməndədi, aclıq olsun, kef olsun,
Duşmənmiz vətəndədi, aclıq olsun, kef olsun.

Vətən ölüb ehsana gələn kimsə tapılmır,
Vətənmiz kəfəndədi, aclıq olsun, kef olsun.

Zülm, əzab, əziyyət çəkən bizim adamdı,
Çünki zəlil bəndədi, aclıq olsun, kef olsun.

Milləti rüşvət ilə təmsil eyləyirsə o,
Yaxşı nümayəndədi, aclıq olsun, kef olsun.

Çıxır mavi ekrana xalqa sinə göstərir,
Qeyrətin sinəndədi, aclıq olsun, kef olsun.

Balıq başdan iy verər bizdə isə tərsinə,
Günah səndə, məndədi aclıq olsun ,kef olsun.

Ağıl başda olarsa düz çalışar məmurum,
Ağıllar gödəndədi, aclıq olsun, kef olsun.

Həbib bizə yaraşmır kef eləmək cahanda,
Qarabağ Vazgendədi,aclıq olsun, kef olsun.

23 İyun 2003, Berlin.

Posted in Həbib Müntəzir, Lirika | Leave a Comment »

Güman Qalıb Allaha

Posted by gundeliyim on 20 July 2007

Bəxtiyar Vahabzadə

Talan olmuş bir zaman ürəklərdə bəslənən,
Ümid ilə süslənən
O arzular, o kamlar.
Körpülərin üstündən indi sel sular keçir,
Altındansa, adamlar.

İndi yalan and olub
Hər şey tərs-avand olub.
Yayın oğlan çağında
Buludlar yaman dolub.

Hamı düz yoldan qaçıb, əyri yola işləyir
Saatın əqrəbləri soldan sağa işləmir,
Sağdan sola işləyir.
Bu qaranlıq gecənin hələ sonu görünmür
Səhər dönür axşama, gecə səhərə dönmür.
Gündüzləri alışıb, gecələri sönmüşük
Biz ağılla hiss edib, ürəklə düşünmüşük.
Özümüzə qayıdır atdığımız oxumuz
“Toxam” – deyir acımız, “acam” – deyir toxumuz.
Alçalmağı heç kəsin toxunmur vüqarına
Qol götürüb oynayır bu millət ac qarına.
Bir-birinə uyuşmur sozümüzlə içimiz
Toyda ağı söyləyib, yasda gülüsürük biz.
“Xoşbəxtəm” deyənlərə dilənçi qaçqınımız
Çadırından hay verir.
Ona bu “xoşbəxtliyi” bəxş eləyən kəslərə
Öz ömründən pay verir.
Nə gerimiz bəllidir, nə irəlimiz bizim
Əlirnizin yerinə işləyir səhər, axşam
Yalnız dilimiz bizim.
Nə arxada, nə öndə məlum bir yerimiz yox
Hara getdiyimizdən vallah, xəbərimiz yox.

Biz bir şeyi bilmədik:
Hər əsrin öz damarı, hər günün öz rüzgarı!
Bu günün qıfılına düşə bilməz, dünənin
Pas bağlamış açarı.
Ürək qalıb o tayda, güman qalıb bu tayda
Bir işıq istəyirik iynənin ucu boyda.
Ümidə də güman yox, ümid gümandan baha
Üzlər göyə tikilmiş, güman qalıb Allaha.

1 iyul, 1998

Posted in Bəxtiyar Vahabzadə, Lirika, Şe'r | Leave a Comment »

Əsarət-Azadlıq

Posted by gundeliyim on 20 June 2007

Bəxtiyar Vahabzadə

Əsarət odunda bişdi nəslimiz,
Azadlıq eşqinə yandıq, yaxıldıq.
Çatıb azadlığa, bu məbəddə biz,
Şükür namazını qıbləsiz qıldıq.

İndi biz azadıq, bizi bir zaman,
Şeytandan qoruyan abır-həyadan.
Azadıq düşmənə qəzəbdən, kindən,
Millət hədəf olub öz nifrətinə.
Qurtarıb özgənin əsarətindən
Düşdük özümüzün əsarətinə.

Azadlıq rəhmdən, insafdan da biz,
Millətin haqqıya üzbəüz olduq.
Ana yurdumuzun qansız, rəhmsiz,
Qəddar talançısı özümüz olduq.

Yoxdur əvəzimiz yalançılıqda,
Bu ona şər atır, o, buna böhtan.
Yurdu dağıtmaqda, talançılıqda,
Azadlıq qorxudan, Allah xofundan.

İndi azadlığım mənə qənimdir,
Bu gizli oyundan baş açmır fələk.
Məni kor quyudan çıxaran kəndir,
İndi boğazıma keçib halqa tək…

17 avqust, 1996.

Posted in Bəxtiyar Vahabzadə, Lirika, Şe'r | 1 Comment »

Ata nəsihəti

Posted by gundeliyim on 17 June 2007

Mirzə Ələkbər Sabir

Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma,
Qanun tələf oldu!
Gündüz, gecə səy eyləyibən dərsə alışma,
Canın tələf oldu!
Bu şəhrdə şoxdur, gğrürəm, rlm oxuyanlar,
Onlar nə tapıblar?
Divanədilər malını bu yolda qoyanlar
Guya ki, yatıblar.
Çoxdur zərərli adəm üçün elm oxumağın,
Sən say və deyim mən:
Əvvəl bu ki, məktəbdə olur təlx damağın,
Ey dideyi- rövşən!
Bir də gözünün nuru gedib kur olacaqsan,
Canın da sağ olmaz;
Rəngin saralıb axılı rəncir olacaqsan,
Bağrında yağ olmaz .
Axılda, tutaq, ölməyib onversətə getdin,
Qurtardın özünə də;
İnsaf ilə söylə, bu işi yaxşımı etdin?
Bir dur bu sözündə!
Sən də deyəcəksən sasalım, ya ki, demoqrat”,
Bilməm necə dersiz;
Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat,
Ax, ax, a beyinsiz!
Hər bir gədə bir az oxuyub adım olubdur,
Zakonu bəyənməz;
Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur,
Hamunu bəyənməz;
Gahi şaha bir tənə vurar, gah vəzirə,
Bax, bax, səni tarı!
Gahi ocağa şəkk eliyər, gahi də pirə,
Kafir olu barı.
Bundan sora qıl tövbə dəxi, məktəbə getmə,
Bircə usan, oğlum!
Ta baxma müəllim sözünə, ta əməl etmə,
Axır utan, oğlum!
Çıx dağa, daşa, yol kəsibən qarətə baçla,
Axırda qaçaq ol;
Sal bir beşatan boynuna, bu adətə başla;
Həmmali- yaraq ol,
Xəlqə dadanaq ol,
Hər işdə sayaq ol,
Var cana ziyanı-
Qeyrətdən uzaq ol!..

Posted in Lirika, Mirzə Ələkbər Sabir | Leave a Comment »

Şalvarımız evdə qalıb

Posted by gundeliyim on 15 June 2007

Baba Pünhan

Bizi çox dərinə çəkmə, arımız evdə qalıb,
Üzümüz sürtülüb, həm astarımız evdə qalıb.

Bizə tən eyləmə, neyçün belə çılpaq gəzirik,
Evimiz orda qalıb, paltarımız evdə qalıb.

Göbəyi oynadan hər cür havamız var küçədə,
Ürəyi oynadan amma tarımız evdə qalıb.

Necə on “Şirvan”a Məmməd kişi qız versin ərə,
Əriyib “qar qız”ımız qız qarımız evdə qalıb.

Kişiyik, amma ki, şortikdə gəzib fırlanırıq,
Soruşanda deyirik şalvarımız evdə qalıb.

Ən gözəl qızlarımız katibələrmizdi bizim,
Gəzirik katibələrnən yarımız evdə qalıb.

Biri mömin qız idi, o biri isə “mamlı-matan”
Matanı verdik ərə, dindarımız evdə qalıb.

O genəltdikcə yerin, yer bizə darlıq elədi,
Genimiz ermənilərdə, darımız evdə qalıb.

Bizə söz çatdıra bilməzsən, əzizim, bunu bil,
Hələ Pünhandakı söz ambarımız evdə qalıb.

20 mart, 2001

Posted in Baba Pünhan, Lirika | Leave a Comment »