Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Erkin Qədirli’ Category

Təhsil əks-təhsilə bərabərdir.

Posted by gundeliyim on 2 October 2007

Erkin Qədirli

Fikirlərimi ifadə etməzdən öncə Isaak Newton’nun xatirəsindənmi deyim, ruhundanmı deyim (özündən alınmayacaq) üzr istəmək istəyirəm ki, onun ‘təsir əks-təsirə bərabərdir’ düsturunu bir qədər kobud parafraz etdim. Mən ardıcıl olaraq təbiət qanunlarını cəmiyyətə şamil etmək cəhdlərinin ələyhinə çıxmışam. Odur ki, mövqeyimi dəyşidirmiş kimi görünmək istəməzdim. Belə bir başlıq seçməyimdə yanılmış ola bilərəm. Daha doğrusu, belə başlıq yanlış təssəvvürlər yarada bilər. Ona görə də, bu olmasın deyə, hamınızdan xahiş edirəm başliqdakı ifadəyə səbəb-nəticə əlaqəsi deyil, töhfə-məhsul əlaqəsi çərçivəsində yanaşın.

Təhsil bir sistemdir. Sistemin girişi və çıxışı olur. Çıxışında verdiyi məhsul keyfiyyətcə girişində aldığı töhfədən artıqdırsa, onda sistem faydalı sayılır. Onun faydalı iş əmsalı gözlənildiyindən aşağı ola bilər, amma hər halda məhsulu töhfəsindən çoxdursa, sistem faydalı sayıla bilər. Əks təqdirdə (yəni, məhsulu töhfəsindən azdırsa) sistem zərərlidir və ya ən azından faydasızdır. Zərərli olduqda sistem təhlükəlidir, sadəcə faydasız olduqda isə – lazımsız. Təhsil sistemi heç bir halda lazımsız ola bilmir, ona görə də o, ya faydalı olur, ya da zərərli. Təhsil sisteminin zərərli olması kimlərəsə lazım ola biləcəyi ehtimalını da nəzərdən qaçırmaq olmaz. Təhsil sistemi faydalı olduqda onun məhsulu, şərti götürsək, ziyalılar olur, zərərli olduqda isə – ziyanlılar.

Təhsil sistemdirsə əgər, onda onun əsas və törəmə məqsədləri olmalıdır. Indiyə qədər bizdə hesab edirlər ki, təhsil prosesi guya iki məcradan ibarətdir: təlim və tərbiyyə. Onların çıxışında, muvafiq olaraq, savad və ədəb (-ərkan) olmalıdır. Ikisi bir yerdə guya hər şeyin yerini bilən (savad) və özünü yaxşı aparan (ədəb) adamların yetişdirilməsinə xidmət etməlidir. Qəribədir, dilimizdə ‘özünü yaxşı aparan’ ifadəsi nədən vektorsuzdur? Özünü haraya yaxşı aparan? Yaxşı ki, hələ özünü aparan, başqasını deyil. Başı özünü aparmağa qarışmış adamın başqa ictimai yüklərin (vəzifələrin) daşımasını gözləməyə dəyərmi? Başı özünü aparmağa qarışmış adamın özündən başqa kimsəni düşünməsi nə dərəcədə mümkündür? Baş demişkən, nədən ‘özünü aparmaq’ kəlməsi – müsbət, ‘özbaşına’ kəlməsi isə mənfi mənalarda istifadə edilir? Məncə, aparılması vacib olan bir şey varsa, o da başdır. Bədən başa tabe olur, axı! Təhsil sistemimizdə isə bədən tərbiyyəsi dərsi var, amma baş tərbiyyəsinə əhəmiyyət verən yoxdur. Bəlkə elə ona görədir ki, bizdə daha çox bədən davranışlarına (geyim, duruş, oturuş və s.) nəzarət etməyə meyli çox güclüdür? Bəlkə məhz buna görə də cəmiyyətimizi daha çox narahat edənlər vicdanını satanlar (yaltaqlar, əclaflar) deyil, bədənini satanlardır (fayişələr, “mavilər”)?

Biz bədən tərbiyyəsi (idmanı demirəm) ilə məşğul olduğumuzdan düşüncələrimiz qalıb ‘özbaşına’. Ona gorə də çoxları hesab edir ki, ‘özbaşınalıq’ ‘özünü-aparmalıqdan’ pisdir. Ona görə də, muəllimin (yalnız məktəblərdə deyil, hətta universitətlərdə) şagirdə (tələbəyə) ən çox tutduğu iradlar (kontekstdən asılı olaraq) bunlardır: “duz otur!”, “qalx ayağa!”, “yerindən danışma!”, “çıx bayıra!”, “kəs səsini!”, və s. Ehh, məktəb bir yana, hətta parlamentin keçmiş sədri, vəzifədə olarkən, iclasda deputatların birinə “yerindən danışma” demişdi. Deyirəm də – bədən tərbiyyəsi.

Mən uşaqlığımda (sovet illəri idi) yay tətillərimi Hacıkənd’də (Gəncənin yaxınlığında; 20-30 dəqiqəlik yoldu) keçirərdim (nənəmin anasının evində). Hacıkənd’də çoxlu pioner düşərgələri var idi (rus və azerbaycan bölmələri). Ətrafda hər yerdə uşaqların, tərbiyyəçilərin, şeypurun və zərb alətlərinin səsi gəlirdi. O vaxtlar mənə çox qəribə gəlirdi, nədən rus bölməsinin uşaqlarını səhər oyadanda “Vstavay, vstavay, posteli ubiray!” mahnısını oxuyardılar, azerbaycan bölməsinin uşaqlarını səhər oyadanda isə – “Pendir-çörək, şirin çay, gecikənə yoxdur pay!” mahnısını? Fərqi duyursunuz? Rus bölməsinin uşaqlarına öhdəlik öyrədilirdi (baş tərbiyyəsi) – səhər yataqdan qalxan kimi, yatdığın yeri səliqə-səhmana sal, sonra yataq otağını tərk et. Azərbaycan bölməsinin uşaqlarına isə, yerindən qalxan kimi, yemək haqqında düşünmək, yeməyə başqalarından tez çatmaq öyrədilirdi (bədən tərbiyyəsi). Hər halda mahnılardan gələn əsas alt-şüur mesajı məhz belə olduğuna əmin ola bilərsiniz. Mesaj çox vaxt mənadan daha vacib olur və daha tez yaddaşda qalır.

 

Posted in Erkin Qədirli, Yazar | 6 Comments »

Дух свободы

Posted by gundeliyim on 6 September 2007

Erkin Qədirli

Подумал я минут, скажем так, двадцать:
Что написать тут о себе?
Как в самом себе мне разобраться?
Как посмотреть в себя извне?

Не думаю, что риторичен
Вопрос, поставленный вверху.
Не верю я, что дух вторичен.
Я душу больше благ ценю.

“Блажен, кто верит”, – говорят.
Без веры жить – как встать пытаться без опоры.
“А верить-то во что?”, – иные возразят.
Таким отвечу я, что выбор – основа для свободы.

Если не верить в то, что выбор есть,
Тогда на обстоятельства пенять не стоит.
Разве легко нам будет есть,
То, что другой нам не по вкусу приготовит?

Вот если б верили бы мы,
Что выбирая, делаем себя.
Тогда уж вряд ли соглашались бы
Любимыми быть, не любя.

Я есть продукт того, что мыслю.
Слова мои, но мысль не моя.
Если в Декарте я хоть что-то смыслю,
То жить не мысля – значит жить за зря.

Есть в каждом человеке
Его родное, собственное “Я”.
Но не у каждого оно в одном и том же месте.
Перечислять эти места сейчас не буду я.

Я думаю, что лучше будет, если
Свободу от условий отделять.
В плохих условиях есть тоже место чести,
При несвободе же плодится только блядь

Примечание:

Последнее слово, конечно, не вполне цензурное, вернее оно взято из ненормативной лексики. Но его не следует понимать в буквальном смысле. Меня совсем не беспокоят те, кто торгует телом. От них обществу вреда не будет. Меня волнуют торгующие совестью, и именно такие и вредят нашему обществу всё больше и больше. Слово “блядь” в этом стихотворении следует понимать как обозначающее торгующих совестью.

Posted in Erkin Qədirli, Lirika, Şe'r | 1 Comment »

Fikir şəraiti tikir!

Posted by gundeliyim on 25 August 2007

Erkin Qədirli

Fikir etdim. Sinirləndim.
Nəmə lazım? Əsəbləşdim.
Dedim: “Gərək olsun o “it” ,
Zati-aliləri – ŞƏRAIT!”

Sözün ilk hecası ‘şər’ olması
Məni yaman düşündürdü.
Amma dayan! Nəcə olur?
Fikir şəraitdən doğur?

Bəs şərait haqda fikir,
Mənə, onda, hardan gəlir?
Şəraitin də var şərti?
Şərtin də öz şəraiti?

Belə də iş olar? Bəsti!!!
Atıram daş mən o itə,
Hansı ki, şər atır mənə,
Deyir ki, guya mən onsuz,

Fikir doğa bilmərəm. Mən sonsuz???
Şəraitin şər olması mənə məlumdur.
Düşüncənin ondan nə faydası? Fikir məzlumdur?
Yox, mən düşünmürəm belə.

Şəraiti “belə-belə” edirəm hər düşüncəmlə.
Belkə mənim şəraitim düşüncəmin törəməsidir?
Hə-ə, deyəsən düz tapdım. Tapdığımın bünövrəsi -
Düşüncəmin istəməsidir!

Istəsə düşərəm, istəsə qalxaram.
Istəsə aşaram, istəsə çaşaram.
Səhv etməsəm özüm, bilərəm.
Etsəm – üzr dilərəm.

Vacib olan istəməyimdir!
Istək özü bir əməyimdir.
Elə bilirsiniz istək asandır?
Istə görüm! Seçim kalandır:

Sağa-sola, ora-bura,
Ona-buna, gorbagora.
Hərə çəkir bir tərəfə.
Tərəf də, sanki mərəfə.
Elə ki, bürüdü, olursan “xənifə”.

Düşünün, ey soydaşlarım!
Daşı soyan sirdaşlarım.
Sirri daşan yoldaşlarım.
Yoldan çaşan qaqaşlarım.
Bacılarım, qardaşlarım!
Şəraitdən əvvəl – FIKIR’dir!
Fikir şəraiti tikir!

 

Posted in Erkin Qədirli, Lirika, Şe'r | 2 Comments »

AN TV/ It was the Begining…

Posted by gundeliyim on 23 August 2007

Open Air University, prof.Erkin Gadirli, “Knowledge Society”, Guba (Azerbaijan) 10 Jun,’07 (c) ANTV

Posted in AN TV, Erkin Qədirli, Video | Leave a Comment »

İstək, inam, iradə.

Posted by gundeliyim on 11 August 2007

Erkin Qədirli

Düşüncələrimizin maqnetik xüsusiyyəti var. Ətrafımızda və bizimlə baş verənlər düşüncələrimizdən asılıdır. Yaxın çevrəmizdə özümüz kimi düşünən insanların olmasi buna sübutdur. Amma yalnız insanlar deyil, hadisələr və onların nəticəsində və ya sayəsində yaran(mış)an şəraitin də düşüncələrimizdən asılı oldugunu göstərmək olur.

Qədim Romalılarin bir deyimi var: “Si duo cum faciunt idem, non est idem.” Tərcüməsi: “Əgər iki nəfər eyni şeyi edirsə, bu artıq eyni şey deyil.” Məsələ obyektin özündə deyil. Məsələ subyektlərin (insanların) obyektlərə verdiyi əhəmiyyətdədir. Inandıqlarınız gerçəkliyinizə çevrilir. Gerçəkliyiniz xoşunuza gəlmirsə, deməli inanclarınızda ve düşüncələrinzdə dəyişikliklər etmək haqqında düşünməli olacaqsınız, çünki gerçəklik özü deyişən deyil. Tez-tez təkrarladıgımız “düzələr” sözü gerçəklik duyumumuzun çəkingən olduğuna bir örnəkdir. “Düzəldərik” deyənlərin sayı həddindən artıq azdır, demək olar ki, ‘yox’ səviyyəsindədir.

Inanclardan əlavə, gözləntilərin də böyük rolu var. Gözlədiklərimiz gerçəkləşməyə meyl edir. “Şər deməsən, xeyir olmaz” atalar sözümüz xeyli dərəcədə çəkingən olduğumuzu göstərir. Təcrübədə isə, şər deyənin başına elə şər də gəlir. Unutmayın ki, “gözəllik baxan gözdədir”. Başqaların da sizdən gözlədikləri şeylər var. Amma başqaların sizdən gözlədikləri sizin özünüzə verdiyiniz qiymətdən asılıdır. Deməli siz başqaların sizə olan münasibətə əhəmiyyətli dərəcədə təsir edə bilirsiniz. Bu təsir iki cur olur:

1) sizə münasibət bəsləyənlərin çevrəsini siz özünüz seçirsiniz (burada “tay tayını tapar” atalar sözümüz lap yerinə düşür);
2) sizə bəslənən münasibətin keyfiyyətini siz özünüz müəyyən edirsiniz (“nə tökərsən aşına, o da çıxar qaşığına”).

Beleliklə, özümüzə verdiyimiz qiymət ətrafımızda olan insanların və baş verən hadisələrin keyfiyyətini, eləcə də bizim hər ikisinə olan münasibətimizi şərtləndirir. Bu yerdə rus dilinde olan bir kəlam xüsisilə xoşuma gəlir: “durak duraka vidit izdaleka”.
Mənfi (negativ) anlayışları müsbət (pozitiv) anlayışlarla əvəz etməyə çalıshın. ‘Pozitiv’ sözü ‘positum’ sözündən törəmədir. ‘Positum’ latınca ‘təyin (etmək)’ deməkdir. Şəraitinizi siz özünüz təyin edirsiniz, əlbəttə buna inana bilsəniz. Inanmasanız, şərait sizi “təyin edəcək”, başqa sözlə “sizə yerinizi göstərəcək”. 3 “E” əvəzinə 3 “I” kateqoriyalar ilə düşünün.

‘Ehtiyac – çətinlik’ vs. ‘Istək – çarə’
‘Ehtimal – çözülməzlik’ vs. ‘Inam – çevrə’
‘Ehtiyat – çəkingənlik’ vs. ‘Iradə – çalışma’

‘Ehtiyac’ ve ondan törəmə kateqoriyalarla düşünsəniz ‘MƏN’-liyinizi (EGO-nuzu) itirəcəksiniz. Ətrafdakıların (hadisələr, insanlar və s.) sizdən asılı olmadığına inanmağa başlayacaqsınız. Çəkingənlik xasiyyətinizə çevriləcək. Siz aciz, kövrək, məsuliyyətsiz və məzlum olacaqsınız. ‘Istək’ və ondan törəmə kateqoriyalar isə, MƏN-liyinizi ifadə etdiyinə gorə, sizi məğrur, tələbkar, intizamlı və dayanıqlı edəcək. Siz, şəraitin özünüzdən asılı olduğuna inanaraq, çalışacaqsınız. Qayğı əvəzinə sayğı tələb edəcəksiniz. Özünüzü və başqalarını ‘adam yerinə qoymağı’ bacaracaqsınız. Dəyişiklik düşüncədən başlayır. Mənfi düşüncəli insanlar mənfi dəyişikliklər edir, müsbət düşüncəlilər isə – müsbət.

Şəraitin (ətraf mühitin) dominant düşüncələrdən asılı olduğunu hər addim görə bilersiniz. Məsələn, nədən BDU-nun ətrafında kitab mağazasi yoxdur, əvəzində isə alt paltardan tutmuş ust paltara qədər, dönərdən tutmuş xaşa qədər, dərmandan tutmuş zəhərə (sigaret) qədər, hər şey satılır? Pul yoxdur? Bəlkə satılası kitab yoxdur? Yox. Pul da var, kitab da. Sadəcə pulu və kitabi bir yerdə görən anlayış yoxdur. Ona görə de pulu olanlar əsasən savadsızdır, savadı olanlar isə əsasən pulsuzdur.

Düşüncə şəraitin şərtidir. Düşüncə şəraitdən əvvəl gəlir və onu yaradır. Düşüncənizi deyişdirmədən şəraitinizi dəyişdirə bilməyəcəksiniz.

 

Posted in Erkin Qədirli, Yazar | 2 Comments »

Dil

Posted by gundeliyim on 6 August 2007

Erkin Qədirli

Dil sosial gerçəkliyin çərçivəsidir. Dildən kənar sosial gerçəklik yoxdur və ola da bilməz. Heç kəs təsəvvür etmədiyini anlaya bilmir. Təsəvvür anlayışın təməlidir. Lakin təsəvvür də dildən zəngin ola bilmir. Daha doğrusu, hər kəsin təsəvvürü (anlayışı) onun söz ehtiyatından asılıdır. Çox dil bilənin gerçəkliyi bir dil bilənin gerçəkliyindən daha zəngindir. Gerçəklik dilimizdə ‘reallıq’ demək olduğunu hər kəs bilir. Amma bu sözün, etimoloji olaraq (dekonstruksiya etsək), ‘geri’ və ‘çəkilmək’ sözlərindən törəndiyinə çox az adam əhəmiyyət verir. Qəribədir, mədəniyyətimiz reallığı anlamaq üçün geri çəkilməyimizi tələb etmiş kimi görünür. Optik effekt olaraq bunu daha asan təsdiq etmək olur. Bəzi obyektləri aydın görmək üçün onlardan bəlli məsafəyə geri çəkilmək lazım gəlir ki, həmin obyektlərin üz, yan, arxa, alt və ya üst tərəfi görünsün (bütövlükdə heç bir obyekti eyni zamanda müşahidə etmək mümkün deyil). Məsələn, üstündə yazı olan vərəqi həddindən artıq gözlərinizə yaxınlaşdırsanız, yazını oxuya bilməyəcəksiniz. Gərəkdir ki, vərəqi müəyyən məsafəyə gözlərinizdən geri çəkəsiniz. Gözlərinizin görmə qabiliyyətindən asılı olaraq, həmin məsafə də fərqlənəcək.

Mədəniyyətimiz nominalistik olduğu üçün, təbiətdəki hallar asanlıqla sosiallaşdırılır. Bir çox atalar sözlərimiz də buna misal ola bilər. Məsələn, ‘alma almaya bənzər’, ‘ot kökü üstə bitər’ və s. Doğrudanmı reallığı anlamaq üçün geri çəkilməmiz lazım gəlir? Bu sizə sadəcə söz oynu kimi gəlməsin. Unutmayın ki, sözlər şüurumuzu proqramlaşdırır və düşüncə vərdişlərimizə keçir.

‘Gerçəklik duyumu’ kodumuz çəkingəndir. Biz, cemiyyət olaraq, həmişə geridəyik. Hadisələri qabaqlamırıq. Daha çox başqalarının etdiyinə cavab verməklə məşğuluq ki, bu da zaman, sinir, fikir və sairə bir çox hesaba alınmayan resurslarımızın boşuna xərcləndiyi anlamına gəlir. Biz bir çox anlayışları dəyişik mənalarda istifadə edirik. Daha doğrusu, dəyişdirilmiş mənalarda. Özü də, yalnış mənalarda. Məsələn, ‘prinsipiallıq’ – ‘inadkarlıq’, ‘bitərəflik’ – mövqesizlik’, qərəzsizlik’ – ‘biganəlik’, ‘sabitlik’ – ‘sakitlik’ kimi başa düşülür. Belə yanlış məna dəyişmələri şüurumuzu elə kodlaşdırır kı, biz, məsələn, mitinqi və ya küçə yürüşünü “istirahət” bəhanəsi ilə qadağan edə bilirik ki, guya mitinq camaatın istirahətini pozar (sabitliyin sakitliklə əvəz edilməsinə örnək).

Mən dilin təmizliyini yuxarıda göstərməyə çalışdığım yanlışlıqlardan qurtulmağın məqsədi kimi görürəm. Dilin saflığı düşüncədən başlayır. Düşüncə azadlığı azadlıqların ən çətinidir. Amma ona nail ola bilsəniz digər azadlıqlar sizə asan gələcək! Unutmayın ki, dil sadəcə danışıq vasitəsi deyil, həm də və hər şəydən öncə düşüncənin məhsuludur.

Düşük düşüncələrin düşkünü gününə düşməyin!

Posted in Erkin Qədirli, Yazar | 2 Comments »

“Siyasiləşdirməyin” nə deməkdir?

Posted by gundeliyim on 4 August 2007

Erkin Qədirli

 

 

Gərək, lazımdır ki, baxaq.
Ona-buna agız açaq.
Ordan-burdan minnət alaq.
Siyasiləşdirməyin, ancaq!

Kim kimi tutdu,
Kim kimi vurdu,
Kim kimə qoydu, -
Siyasiləşdirməyin! Oldu?

Web məkanda susmaq istəmədi biri,
Dedi ki: “Sayt açdım. Protest edək indi!”
Polis “protest” sözün elə ki eşitdi,
Siyasiləşdirmədən məsələni də bitirdi.

Susmaq istəyənlərsə bunu əvvəlcədən bilirmiş,
Onlar yaxşı bilir – hər protestin sonu zibilmiş.
Protest etdin ya etmədin – kutlə debilmiş,
Siyasiləşdirməyin! Işinizi görün kirmiş!

Kirmiş görmək olar əlbəttə işləri,
Onsuz da işsizlik susdurur bizləri.
Amma ömürdən gedən səssiz o günlərin,
Lal-kar olacaq perspektivləri.

Susmaq olmaz! Sükut – ölümdür!
Istəmirəm mən ahəngi!
Mən yağışı da siyasiləşdirərəm,
Görəndə su basmış küçələri!

Posted in Erkin Qədirli, Lirika, Şe'r | 1 Comment »

İthaf

Posted by gundeliyim on 1 August 2007

Erkin Qədirli

Öncə bir-iki kəlmə özüm haqqımda deyim ki, sonradan yazacaqlarımın əhval-ruhiyyəsi aydın ola bilsin. Mənim uşaqlığım sovet dövründə keçib. Qayğısız, amma iddialı bir uşaq olmuşam. Əla təhsil almışam, buna görə məktəb müəllimlərimə və valideyinlərimə hər zaman minnətdar olacağam. Rus bölməsində oxuduğumdan əsas düşüncə dilim rus dili olmuşdur. Mən dünyanı rus dili vasitəsilə qavrayırdım. Azərbaycan dilini yalnız məişət səviyyəsində bilirdim ki, o da məhəlli çevrədən kənara çıxmırdı. Rus bölməsində təhsil alanların mütləq əksəriyyəti kimi, mən də çox təkkəbbürlü, istehzalı, azərbaycan mədəniyyətinin ünsür və ifadələrinə lağ ilə yanaşan birisi olmuşam. Hətta ingilis dilini o vaxtlar azərbaycan dilindən daha yaxşı bilirdim. Özümü az qala tamamilə camaatdan ayrı, onlara yad hiss edirdim. Düşünürdüm ki, onlarla ünsiyyətdə olmaq mənə şərəf gətirməz, onlar “qara camaatdır”, əllərindən heç zaman yaradıcılıq çıxmaz.

Mən tarixdən öyrəndiyim millətçilik, maarifçilik, islahatçılıq kimi cərəyanlarin Azərbaycanda mümkün ola biləcəyinə inanmırdım. Hesab edirdim ki, “bu xalq” (ifadənin özü çox təkkəbbürlüdür, ən başlıcası isə, onu ifadə edənin mötərizədən kənarda qaldığına işarə edir, sanki o, heç həmin xalqın tərkib hissəsi deyil) sadəcə şərait baxımından deyil, həm də əqli qabiliyyət baxımından başqalarından çox geridə qalıb. Bir sözlə – mən yadlaşmış birisi idim.

Məni 80-lərin sonunda Milli Azadlıq Hərəkati oyatdı. Mən, o zaman “Lenin Meydanı”nda toplaşan, yüz minlərlə coşqulu adamların içində özümü kiçik, cılız və lazımsız hiss etdim. Həmin anlar kimliyim haqqında çox düşünməyə başladım. Mitinqlərdə hər kəsin azərbaycan dilində danışması məni lap çox sarsıdırdı. Axı mən bu dili siyasi ritorika baxımından yararsız sayırdım və özümü, rus və ingilis dillərini çox yaxşı bildiyimdən, başqalarından xeyli üstün sanırdım. Həmin anlarda isə hər şey alt-üst oldu. Mən gördüm ki, aşagılamağa çalışdıgım azərbaycan-dilli kütlə təsəvvürü və coşqusu hesabına mənim təkkəbbürümü qorxularıma çevirməkdə idi. Mənə çox qəribə gəlirdi, axı mən heç zaman özümü qorxaq saymamışdım. Ən qəribəsi isə nədən qorxduğumu bilməməyimdə idi. Sonralar anladım ki, qorxu zənn etdiyim hiss əslində lazımsızlıq duyğusu imiş. Hər zaman özünü iddialı hesab edən birisi üçün lazımsızlıq çox məyyusedici və hətta məhvedici duyğudur.

Elçibəyi mən ilk dəfə həmin lazımsızlıq duyğusunun acısını yaşayarkən tanıdım. Yox, biz heç zaman şəxsən tanış olmamışıq. Amma Elçibəyin coşqulu nitqləri, bütövlükdə o zamankı Xalq Cəbhəsinin oyatdığı milli yüksəliş, mənim düşüncə məcramı dəyişdi. Mən sayğısızlıqdan sarsıntıya, sarsıntıdan isə əqli sabitliyə doğru dəyişimlərdən keçdim. İlk öncə azərbaycan dilini yenidən öyrənməyə özümü məcbur etdim və qısa bir zamanda buna nail oldum. Indi, hərdən, düşünəndü ki, bütün sonrakı nailiyyətlərimin təməlini nə təşkil edir, hər dəfə özümə eyni cavabı verirəm: milli oyanış dönəmində ana dilimi öyrənməyim. Yox, məsələ sadəcə dildə deyildi. Məsələ o zaman bu dili yenidən və tez bir zamanda öyrənməklə, ümumiyyətlə yaxşılığa doğru hər hansi bir dəyişikliyin, iradə nümayiş etdirildikdə, tezliklə mümkün olmasına yaranmış inamımda idi. Bu inamı isə mənə o zamanlar Elçibəy və Xalq Cəbhəsi vermişdi. Mən onda oyandım.

Posted in Erkin Qədirli, Yazar | 6 Comments »

 
Follow

Get every new post delivered to your Inbox.