Gündəliyim bloqunun yaradıcısı Elnur Məcidli bloq fəaliyyətinə öz şəxsi bloqunda davam edir.
Elnur Məcidlinin yazılarını oxumaq üçün aşağıdakı linkdən istifadə edin.
http://emajidli.wordpress.com/
Biz Edəcəyik, Tarix Yazacaq!
Posted by gundeliyim on 16 January 2011
Gündəliyim bloqunun yaradıcısı Elnur Məcidli bloq fəaliyyətinə öz şəxsi bloqunda davam edir.
Elnur Məcidlinin yazılarını oxumaq üçün aşağıdakı linkdən istifadə edin.
http://emajidli.wordpress.com/
Biz Edəcəyik, Tarix Yazacaq!
Posted in Azerbaijan, Azərbaycan, Elnur MAJIDLI, Elnur Məcidli, Gündəliyim | Tagged: blog, bloq | Leave a Comment »
Posted by gundeliyim on 22 October 2007
AN TV-də yeni başlayan səyahət verilişinin ilk sayında FASE Strasbourg koordinatorlarının Metzdə keçirdikləri görüşdən bəhs edildi.
Posted in AN TV, Elnur Məcidli, Video | 3 Comments »
Posted by gundeliyim on 14 April 2007
Gündəliyim yenidən efirdə
Təxminən 10 günlük bir zaman dilimində demək olar ki, Gündəliyimlə maraqlana bilmədim. Səbəbi isə bəlli idi : StrasForum
Həqiqətən də hər bir təşkilatçının fəxr edə biləcəyi bir forum keçirdik… Təbii ki, axsaqlıqlar, əksikliklər oldu ancaq belə bir qısa vaxt ərzində Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatda bu forumun ərsəyə gətirilməsi, çox sevindirici bir hal idi..
Forumun keçirildiyi gün Azərbaycan Respublikasının AŞPA yanındaki daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədovun yeni vəzifəyə təyin olunması da qeyri adi hal idi. Emin Millinin sözüylə desəm forumun ayağı Arif Məmmədova da düşmüşdü…
Forum təşkilatçılarının hər gün toplanaraq müzakirələr aparması, forumun qısa bir zamanda təşkil olunmasında əhəmiyyətli rol oynadı.
StrasForum daha çox yeni ideyaların yaranması, fikirlərdə inqilab, olaraq yadda qaldı.
Gündəliyim təkrar gündəlik olaraq öz fəaliyyətini bərpa edəcək. Yazarlarımız tərəfindən göndərilən məqalələr var ki, arxa-arxaya yayınlanacaq.
Yəqin ki, Qasım dayı ilə Əlabbasın deyişmələrinə də şahid olacaqsınız…
Gündəliyin Nəbzini Tutun
Posted in Elnur Məcidli, Yazar | Leave a Comment »
Posted by gundeliyim on 22 March 2007
Gündəliyim artıq sadəcə Elnur Məcidlinin Xəbər Gündəliyi deyil.
Gündəliyimi quranda bu qədər marağa səbəb olacağını təxmin etməmişdim. Artıq hər gün müxbiri olduğum Trendə lazımi xəbərləri ötürdükdən sonra ən az bir saat Gündəliyimə gələn şərhləri, mailləri oxuyaraq onlara cavab yazmaqla məşğul oluram. Təbii ki, hər zaman olduğu kimi, təbriklər, tənqidlər, iradlar var… Kimisi Gündəliyimin fəaliyyətini dəstəkləyir, kimisi də müxalifətçi olduğumuzu söyləyir… Əvvəlcədən qeyd edim ki, Gündəliyimdə e`tiraz ruhlu yazılar yayınlansa da biz qarşı tərəfin də fikirlərini yayınlamağa hazırıq. Bizim niyə bu cür mövqedən çıxış etməyimizə gəlincə isə bir neçə məqama toxunmaq istəyirəm.
Düşünürəm ki, artıq Azərbaycanda müxalifətə inanmayan, iqtidarın fəaliyyətindən də razı olmayan yenilikçi gənclər yetişir. Biz hər hansı bir təşkilata xidmət etmirik, biz gələcək Azərbaycan üçün çalışırıq, çalışmalıyıq və çalışacağıq. Biz hər hansı bir köhnə bir ideyanın arxasıyla getmirik, çünki biz öz ideyamızı yaratmışıq. (Gələcək Özü Gəlməyəcək) Biz, Azərbaycanı köhnə fikirlərdən, korrupsiyadan, yerli-bazlıqlardan və s. kimi xəstəliklərdən qurtarmaq üçün çalışan gənclərik. Biz ölkəmizi sovet-kommunist pasından təmizləyərək gələcəyi parlaq Azərbaycan uğrunda tər axıdanlarıq. İstəsələr də istəməsələr də biz Azərbaycanın gələcəyiyik…
Gündəliyim olaraq, bütün fikirlərə hörmətlə yanaşdığımızı bildirir, bizə göndərilən qarşı fikirli yazıları da yayınlayacağımızı bir daha qeyd etmək istəyirəm.
Bu arada 2-ci Azərbaycanlı Tələbələrin Avropa Forumunun keçiriləcək olmasıyla bağlı başda Vüsal Məmmədov olmaqla (nə də olsa eyni litseyin məzunlarıyıq) , əməyi keçən bütün gənc həmkarlarıma əvvəlcədən öz təşəkkürümü bildirirəm. Ciddi dövlət dəstəyi olmadan, müxtəlif qrantlar hesabına Avropanın mərkəzi şəhərlərindən birində azərbaycanlı gəncləri bir araya toplayaraq, fikir mübadiləsi aparmaq təqdirə layiq bir işdir. Eyni zamanda çətin və çox aktivlik istəyən bir prosesdir… Deməli istəyincə istədiyimizi həyata keçirə bilirik. O zaman əvvəl düşünməli, sonra istəməli , daha sonra da çox çalışmalıyıq, çalışanlara da dəstək olmalıyıq..
Bundan sonra da Gündəliyimdə əlimizə keçən müxtəlif məlumatları, fikirləri, materialları yayınlayacağıq. Hal-hazırda məndə xarici jurnalist dostlarımdan əldə etdiyim Qarabağla, Sumqayıt hadisələriylə, Ermənistanla bağlı ermənilərin çəkdikləri video materiallar, o cümlədən Çeçenistandaki savaşlardan çəkilən lent yazıları, maraqlı yazılar və s. materiallar var. Bunları da zamanla Gündəliyim oxucusuyla paylaşmağı düşünürük.
Gündəliyimi təqib etməyə davam edin, yeniliklərə açıq olun.
Gündəliyin Nəbzini Tutun….
Posted in Elnur Məcidli, Yazar | 1 Comment »
Posted by gundeliyim on 15 March 2007
Yaxud nağıllara inanan nəsil
Balaca olanda demək olar ki, hamımıza yatmamız üçün valideynlərimiz cürbəcür nağıl danışar, biz də həvəslə dinləyərək yuxuya gedərdik. İnanardıq nağıllara hətta bə`zən yuxularımızda özümüzü o nağılların içində görərdik…Hətta nağıllara o qədər aludə olmuşduq ki, gecələr nağıla qulaq asmadan yatmazdıq.. Bə`zən bilərək valideynlərimiz nağılı yarıda kəsər, əgər yatsaq davamını sabah danışacaqlarını söylərlərdi… Biz də film serialına baxar kimi maraqla davamını gözləyərdik…
Yəqin ki, bu qədər giriş yetər: Biz tam 70 il balaca uşaq kimi sovet nağıllarına inandıralaq yaşadıq.. Sonra oyanmaya başladıq; məgər nağıllarla yuxuya getmişik elə dərin yuxuya ki 70 il sonra fərq edə bildik…
Lenin baba şerləriylə böyüyən neçə nəsil yetişdi və hələ də bu nəslin bir çox nümayəndəsi keçmiş sovet nağıllarına inanmaqdalar…
O nağıllar ki, tariximizi bizə inkar etdirir, bizi millət olaraq təhqir edir…
İndi də başqa nağıllar və başqa nağıl qəhramanları yaradılıb, xalqı bu nağıllara inandırmaq , bu nağıllarla yuxuya vermək istəyənlər var…
İndiyə qədər bu cür nağıllara inanaraq itirdiyimiz şeyləri saymaqla bitməz, yenə də əlimizdə olan qalana göz dikənlər var, bir parça torpağımızı, hamımızın ortaq zənginliyi olan neftimizi mənimsəmək istəyənlər var…
Nədənsə ən populyar nağılımızın qəhramanı Məlikməmməd də padişah oğludu. Divi öldürməyə də xalqı üçün getmir baxçalarından almanı oğurladığı üçün gedir… yenə də öz mənfəəti…inanıram ki o almanı öz xalqından biri də dərsəydi onu da öldürərdi.. və inanmıram ki Məlikməmməd bu gün prezident olsaydı xalqının qeydinə qalacaqdı…
Nədənsə bizdə nağıl qəhrəmanları ya padişah oğlu olur ya kasıb olur sonra padişah olur və sairə…
Mən o cür nağılları nə oxumaq istəyirəm nə də o nağılın qəhramanı olmaq…
İndiyə qədər inanıb yatmışıq bu nağıllarla…
Bəsdi daha oyanmaq lazımdı, yatanları da oyatmaq….
Posted in Elnur Məcidli, Yazar | 4 Comments »
Posted by gundeliyim on 12 March 2007

Almanı atdım xarala
Qaldı sarala-sarala
(Xalq Mahnısından)
Hələ altı ay əvvələ qədər alma deyəndə ağlıma meyvədən başqa bir şey gəlmirdi… Ta ki “Alma” qəzeti çıxana qədər…
Əvvəlcə deyim ki, alma meyvəsininin cürbəcür sortları olsa da xeyrləri çoxdur və düşünürəm ki, bütün insanların sevdikləri meyvədir alma…
Meyvəsindən fərqli olaraq qəzetini isə hamı sevmirdi. Bunların başında isə, “kreslolarını moment kleyi ilə arxalarına yapışdıranlar”, bu almanın sortbasort olmasına (fərqli fikirlərə) qarşı çıxanlar gəlirdi…
Və nəhayət istədiklərinə nail oldular : Almanı artıq köşklərdən dərmək olmur… Bar verən ağacı daşa tutarlar deyiblər.
Alma gənclik ağacı idi; daha bahar gəlmədən, meyvəsini verməyə başlamışdı… Qışın soyuğunda donmamışdı, nərgizgülü kimi qar altından çıxaraq çiçək açmışdi, o bahar təravətli meyvə vermişdi ……
Daha gənc olmasına baxmayaraq hündür çinarların, küknarların, palıdların arasında diqqətləri özünə çəkməyi bacarmışdı…
Yenə də gələcəkdən ümidliyəm, çünki almanı sevənlər var, meyvəsini dərmək istəyənlər var, ən əsası digərlərindən fərqli olaraq bu ağacı sulayanlar var.
Zaman gələcək ki, insanlara oksigen yerinə karbon-dioksit verən və insanları zəhərləyən digər ağaclar, demokratiya günəşinin şüaları altında quruyacaq və məhv olmağa məhkum olacaq…
Və inanıram ki, bir gün də gələcək, alma ağacı böyüyəcək, qol-budaq atıb şaxələnəcək, meyvəsinin xoş ətri bütün Azərbaycana yayılacaq….
Posted in Elnur Məcidli, Yazar | Leave a Comment »
Posted by gundeliyim on 7 March 2007
Və yaxud cibdən-cibə ən sür`ətli transfer
Dünyada hesabdan hesaba pul köçürmənin bir çox yolları var. Bu yolların ən sür`ətlilərinə misal olaraq MoneyGram və yaxud Western Unionu vermək olar.
Xaricdə yaşayan biri olaraq demək olar ki, bu yolların hamısından istifadə etmişəm və ya edənləri görmüşəm. Əslinə baxsaq elə də xeyri zadı yoxdu bu yolların….İnsanlar məcburiyyətdən istifadə edir desəm yanılmaram.
Yəni bu yollarla kim, kiməsə(xaricdə təhsil alan uşağına, xaricdəki uşaq ailəsinə, borclu borclusuna və s.) pul göndərir. Nəticəsi də göz qabağındadı; cibdən pul çıxır…. Üstəlik mən o göndərilən pul üçün əlavə ödəyəcəyin pulu demirəm.
Nəysə, sözü uzatmayıb keçirəm mətləbə;
Bizim davamlı inkişafda olan doğma vətənimizdə isə ən müasir pul transferi yolu var ki, bu yoldan nədənsə geridə qalmış ölkələrdə istifadə edilir.
Nə oldu təəccübləndiniz?! Yox elə deyil əzizlərim, bu yoldan ona görə geridə qalmış ölkələrdə istifadə edirlər ki, həmin ölkələr inkişaf etsin…
Bəs nə? Özü də yuxarıdan başlayaraq aşağıya doğru sistemli inkişaf… Yəqin artıq bilirsiniz ki, hansı pul transferindən söhbət gedir..
Ən yaxşısı bir az daha aydınlatım; Kimisi həbsxanada (yaxşı qulluq görmək üçün), kimisi məktəbdə, universitetdə, hər hansı “elm ocağı”nda, kimisi hər hansı dövlət idarəsində (yerini möhkəmlətmək, yuxarıya çıxmaq üçün), kimisi səhnəyə çıxmaq üçün (hamısı bu misala aid deyil; çünki bəziləri də başqa yollardan istifadə edir), kimisi də işinin düzəlməsi üçün bu yoldan istifadə edir.
Bir sözlə “bu yoldan həyatda istifadə etmədim” deyən Azərbaycan vətəndaşı olacağına inanmıram; olsa da ki çox nadirdir. (iki əlin barmağı qədər)
Bəli bu günümüzün tələbidir; Bəs necə bu qədər insan bu yoldan istifadə edir ölkəmizdə.
Haq da verirəm onlara kim istəməz ki işləri tez yoluna girsin, problemləri həll olsun?
Gördüyünüz kimi bu yol nə qədər istifadəli yoldur; düzdür arada bir çatışmamazlıqlar olur, bu yolu bəyənməyənlər də var ancaq yenə də bu yoldan istifadə edənlərin sayı çoxdu…
İstifadə edənlərin sayı çoxdu demişkən, bu yoldan istifadə etməyən kimsə(lər) də var;
Ona gorə yox ki, onlar bu yoldan istifadə etmirlər; edirlər ancaq bir az başqa cür… Daha doğrusu, onlar transfer etmə işləriylə deyil; transferi qəbul etmə işləriylə məşğuldurlar..
Yə`ni onlar ölkəmizdəki insanların problemlərinin həlli yollarıdır desəm yanılmaram.
Bəli bütün tənlikləri sadəcə onlar həll edə bilər ancaq bu o demək deyil ki bizim millətimizin riyaziyyatdan başı çıxmır; sadəcə onların tənlikləri həll etmək üçün masaları, heç vaxt qalxmadıqları , hətta evə gedəndə bellərində daşıdıqları kresloları var. Hələ mən onların imza atmaq üçün olan qələmlərini, möhürlərini demirəm.
Bizim bu kasıb xalqda(qarnına yeməyə, əyninə geyməyə bir şey tapmır) hardan pul olsun ki, özünə stol stul alıb, otursun tənliyi həll etmək barədə fikirləşsin.. Şərait olmayan yerdə fikir olmaz axı…
Ən yaxşısı qısa yoldan həll edəsən nəyinə gərəkdir axı ora get bura get, ondan buna şikayət et, ona ağız aç, bundan minnət götür?
Neyləyəsən zamanın tələbidi bu onda durma addımla irəli
Posted in Elnur Məcidli, Yazar | 1 Comment »
Posted by gundeliyim on 5 March 2007
Sizi bloqumda görməyə çox şadam.
Yeni yaranmış bu bloq, aktual hadisələrlə bağlı sizə dəqiq və genis məlumat verməyi qarşısına əsas qoymuşdur.
Bloqda siz ən son hadisələrə olan münasibətimi oxuya biləcək və öz fikirlərinizi bütün bloq oxuyucularımızla bölüşə biləcəksiniz.
Posted in Elnur Məcidli, Gündəliyim, Yazar | 2 Comments »