Archive for the ‘Azərbaycan’ Category
Bakının tıxacları
Posted by gundeliyim on 28 September 2007
Posted in Azərbaycan, Video | Leave a Comment »
Tariximiz (2)
Posted by gundeliyim on 21 September 2007
Posted in Azərbaycan, Gündəliyim, Sənədli Film, Tarix, Video | 2 Comments »
Tariximiz
Posted by gundeliyim on 25 June 2007
Azərbaycan Tarixi…
Posted in Azərbaycan, Sənədli Film, Tarix, Video | Leave a Comment »
Adsız Video
Posted by gundeliyim on 20 June 2007
Yaxud inqilab necə planlanır?
Bu kadrlara nə ad vercəyimizi tapa bilmədik… Buna görə də videonun adını qoymağı oxucularımıza buraxırıq.
Birinci Hissə
Ikinci Hissə
Üçüncü Hissə
Dördüncü Hissə
Beşinci Hissə
Altıncı Hissə
Posted in Azərbaycan, Sənədli Film, Video | Leave a Comment »
Bakı
Posted by gundeliyim on 14 June 2007
Bakı əziz şəhər, mehriban diyar
Sinəndə boy atıb oldum bəxtiyar…
Posted in Azərbaycan, Video | Leave a Comment »
Sən olasan Gülüstan…
Posted by gundeliyim on 7 June 2007
Azərbaycan Respublikasının Dövlət Himni.
Çoxları təəcüblənəcək… Təəccüblənmək lazım deyil cənablar… Çoxlarımız axırıncı dəfə bu istiqlaliyyət marşımızı nə vaxt dinlədiyini belə yadından çıxarıb. Unudub dünən axıdılan şəhid qanını, vətən üçün kəsilən başları…
Elə buna görədir ki, özümüzdən uzaqlaşmışıq….
Bir anlığa dayanın… Ayağa qalxın, əlinizi ürəyinizə qoyaraq qulaq asın…
Qulaq asın və xatırlayın… Uzaq-yaxın tariximizi… 20 Yanvarı, Xocalını…
Heç kim və heç nə unudulmayacaq…
Posted in Azərbaycan, Video | Leave a Comment »
Azərbaycan Demokratik Respublikası
Posted by gundeliyim on 27 May 2007
XIX əsrin əvvəllərində ölkənin Rusiya və İran arasında bölüşdürülməsindən bəri Azərbaycan vətənpərvərlərinin ürəklərində özünə yuva salmış müstəqillik arzuları Rusiya monarxiyasının süqutu ilə konkret cizgilər əldə etməyə başladı. Birinci dünya müharibəsinin üç ili ərzində Rusiya imperiyası fəlakət həddində idi.
[Azərbaycan Demokratik Respublikasının Bayrağı]
Rusiyada liberal-demokratik inqi¬lab başlandı, 1917-ci ilin fevralında II Nikolay taxt-tacdan əl çəkdi. Hakimiyyətə gələn Müvəqqəti hökumət 1917-ci il noyabrın sonuna Müəssislər Məclisinə seçkilər təyin etdi. 1917-ci il noyabrın 7-də Müvəqqəti hökumətin bolşeviklər tərəfindən yıxılmasına baxmayaraq, Müəssislər Məclisinə seçkilər keçirildi. Bolşeviklər bu seçkilərdə yerlərin əksəriyyətini qazanmağa ümid edirdilər…
Cənubi Qafqaz, bu seçkilərdə vahid seçki dairəsini təşkil edirdi. Burada seçicilərin səslərini almaq uğrunda bolşeviklər və mülayim sosialistlər, unitar Rusiya dövləti tərəfdarları və federalistlər (Rusiya imperiyasına daxil olan ölkələr üçün geniş muxtariyyət istəyənlər) mübarizə aparırdılar.
Cənubi Qafqaz seçki dairəsində seçkilər sonuncuların tam qələbəsi ilə nəticələndi. Cənubi Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci il noyabrın 26-28-də keçirildi. Seçkidə 2.455.274 seçici iştirak edirdi. Seçkilərin nəticələrinə görə, öz ölkələrinin muxtariyyəti tələbini müdafiə edən namizədlər seçicilərin səslərinin dörddə üçünə qədərini aldılar (gürcü menşevikləri — 26,9%, Azərbaycanın Müsavat Partiyası — 25,1%, erməni Daşnaksütyun Partiyası — 22,7%). Azərbaycan əhalisi arasında Müsavat Partiyası səslərin 66,5%-ni aldı. Bu, əhalinin Müsavat Partiyasının irəli sürdüyü milli dövlətçiliyin inkişafı ideyasını tam müdafiə etdiyini göstərirdi.
Bu dövrün tanınmış tədqiqatçılarından olan tarixçi Aydın Balayevin(1) göstərdiyi kimi, Müsavatın seçkiqabağı platformasında aşağıdakı müddəalar əks olunurdu: Rusiyanın federativ demokratik respublikaya çevrilməsi və onun tərkibində Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsi; insanın əsas haqlarının təmin edilməsi; qadınların hüquq bərabərliyi; istifadə olunmayan malikanə, xəzinə, kilsə və s. torpaqlarının pulsuz olaraq zəhmətkeşlərin ixtiyarına verilməsi; səkkiz saatlıq iş günü; tətil və həmkarlar ittifaqları azadlıqları və s.
Seçkiləri uduzan bolşeviklər 1918-ci ilin yanvarında Peterburqda öz işinə başlamaq istəyən Müəssislər Məclisini buraxırlar. Lakin davam etməkdə olan dünya və vətəndaş müharibələri mərkəzin ucqarlarda təsirini zəiflədir, Rusiya qoşunları Cənubi Qafqazı nizamsız şəkildə tərk edirlər. Bu vaxt Müəssislər Məclisinin Cənubi Qafqazdan seçilmiş deputatları (34 nəfər) Tiflisdə toplaşaraq 1918-ci il fevralın sonunda Cənubi Qafqaz Seymini — regionun qanunverici orqanını yaradırlar. Bu, faktik olaraq, Azər¬baycan, Gür¬cüstan və Ermənistanın ərazilərində Rusiyadan asılı ol-mayan Cənubi Qafqaz Federasiyasının (Zaqafqaziya Federasiyası) yaradılmasına gətirib çıxarır.
Cənubi Qafqaz Seyminin ilk addımlarından biri Osmanlı Türkiyəsi ilə sülh danışıqlarının başlanmasından ibarət oldu. Türkiyə hər an keçmiş Rusiya imperiyası ərazilə-rinə hücumlarını bərpa edə bilərdi. Osmanlı hökuməti Seymi Cənubi Qafqaz ölkələrinin Rusiyanın tərkibindən çıxması haqqında qərar qəbul etməyə çağırır, eyni zamanda Batum, Qars və Ərdəhan sancaqlarının Türkiyəyə verilməsini də tələb edirdi. Birlikdə əksəriyyət təşkil edən gürcü və erməni fraksiyaları Türkiyənin təkliflərini qəbul etmədilər və Türkiyəyə qarşı vuruşan ölkələrin emissarlarının təhriki ilə ona müharibə elan etdilər. Bu müharibə 8 gün davam etdi və Türkiyənin tam qələbəsi, Batum və Qarsı türk qoşunlarının ələ keçirməsi ilə nəticələndi. 1918-ci il aprelin 19-da Azərbaycan deputatları Cənubi Qafqazın dərhal müstəqil elan olunmasını tələb etdilər və bildirdilər ki, əks halda onlar müstə¬qil Azərbaycan Respublikasının yaradıldığını elan edəcəklər. Ertəsi gün Cənubi Qafqazın müstəqilliyi ideyasını gürcü deputatlar da müdafiə etdilər. Aprelin 22-də Seym Cənubi Qafqazı müstəqil federativ respublika elan etdi. Lakin türk qoşunları Gürcüstan və Ermənistana hücumlarını davam etdirirdi. Gürcüstana himayədarlıq edən alman hökumətinin məsləhəti ilə gürcü deputatlar mayın 27-də Gürcüstanın müstəqilliyini elan etdilər. Onlar ümid edirdilər ki, Gürcüstan beynəlxalq hüququn subyekti statusunu aldıqdan sonra türk qoşunlarının hücum¬larının qarşısı alına bilər.
Mayın 27-də azərbaycanlı deputatlar özlərinin fövqəladə yığıncağında Azərbaycanın müvəqqəti Milli Şurasının yaradılması haqqında qərar qəbul edirlər, Məmməd Əmin Rəsulzadə (Müsavat Partiyası) onun sədri seçilir. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şura Azərbaycanın müstəqilliyini və İstiqlaliyyət Bəyannaməsini elan edir.
![]()
Azərbaycan Demokratik Respublikası / Azərbaycan Xalq Cümhuriyyəti / آذربایجان دمکراتیک جمهوریتی .
(1918 – 1920).
Banisi: Məmməd Əmin Rəsulzadə.
Görkəmli dövlət xadimləri: Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoylu, Nəsib bəy Yusifbəyli,Camo bəy Hacınski,Xudadat bəy Məlik-Aslanov,Əkbər ağa Şeyxülislamov,Cəfərov Məmməd Yusif,Sultanov Xosrov,Xəlil bəy Xasməmmədov
İstiqlal Bəyannaməsi : 1918-ci il mayın 28-də keçirilən iclasda Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsi elan edildi.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda demokratik parlamentli respublikanın yaradılmasan xəbər verirdi.
Posted in Azərbaycan, Gündəliyim, Tarix | Leave a Comment »
Itirdiklərimiz
Posted by gundeliyim on 26 May 2007
Yaxın Tariximizdən. Torpaqlarımızı bu sürətlə itirməyə davam etsək, 2172-ci ildə Qafqazda Azərbaycan adlı dövlət mövcud olmayacaq.
Posted in Azərbaycan, Tarix, Video | Leave a Comment »
Istiqlaliyyət Bəyannaməsi
Posted by gundeliyim on 26 May 2007
Azərbaycan Xalq Cümhuriyyətinin
İSTİQLALİYYƏT BƏYANNAMƏSİ
(28 may 1918-ci il)
Azərbaycan Xalq Cümhuriyyəti millət, din, sinif, silk və cins fərqinə varmadan hüdudu daxilində yaşayan bütün vətəndaşların siyasi və vətəndaş hüquqlarını təmin edir.
Böyük rus inqilabının gedişində Rusiyada elə bir siyasi quruluş bərqərar oldu ki, o, dövlət orqanizminin ayrı-ayrı hissələrinin dağılmasına və rus qoşunlarının Zaqafqaziyanı tərk etməsinə gətirib çıxardı. Öz qüvvələrinin ixtiyarına buraxılmış Zaqafqaziya xalqları talelərini həll etmək işini öz əllərinə aldılar və Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdılar. Lakin siyasi hadisələrin sonraki gedişində gürcü xalqı Zaqafqaziya Federativ Respublikasından çıxmaqla müstəqil Gürcüstan Demokratik Respublikası yaratmağı daha münasib hesab etdi.
Rusiya və Osmanlı imperiyası arasında müharibənin ləğv olunması ilə bağlı Azərbaycanın müasir siyasi vəziyyəti, həmçinin ölkənin daxilindəki görünməmiş anarxiya Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan üçün öz dövlət quruluşunu yaratmağı xüsusi hökmlə zəruri edir ki, Azərbaycanın xalqlarını düşdükləri bu daxili və xarici vəziyyətdən çıxarmaq mümkün olsun.
Xalq səsverməsi ilə seçilmiş Azərbaycan Milli Şurası bunun əsasında indi bütün xalqa elan edir:
1. Bu gündən etibarən Azərbaycan xalqları suverenlik hüququna malikdir və Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə şəkli xalq cümhuriyyəti olaraq müəyyənləşdirilir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və xalqlar ilə dostluq münasibəti yaradır.
4. Azərbaycan Xalq Cümhuriyyəti millət, din, sinif, silk və cins fərqinə varmadan hüdudu daxilində yaşayan bütün vətəndaşların siyasi və vətəndaş hüquqlarını təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişaf üçün geniş imkan verir.
6. Milli Məclis toplanana kimi Azərbaycan idarəsinin başında ümumi səsvermə ilə seçilmiş Milli Şura və Milli Şura qarşısında məsul olan Müvəqqəti hökumət durur.
Posted in Azərbaycan, Gündəliyim, Tarix | Leave a Comment »



















