Mən bir yağış istəyirəm
Posted by gundeliyim on 23 September 2007
Orxan Quliyev
Mən bir yağış istəyirəm
Yusun bizim kuçəmizi
Yağsın bizim beynimizə
Təmizləsin üfunətli çölümüzü
İrin tutmuş içimizi…….
Mən razıyam,yağış yusun hamımızdan yarımızı
Övladına kimliyini öyrətməyən atamızı, anamızı….
Mən bir yağış istəyirəm
Yuyaq onda əlimizi, üzümüzü
Yuyunaraq tanımayaq özümüzü
Yeni doğulmuşuq kimi bu dünyaya
tekrar açaq, təmiz açaq gözümüzü!!
İstəyirəm təmizləyək içimizi zibillərdən,
Yeni doğan arzuları qaranlığa,dibə dartan
biləyindən kəsiləsi o əllərdən!!!!!!!
İstəyirəm son qoyaq biz çəkişməyə, şübhələrə,
Təmizləyək içimizi,TÜPÜRMƏYƏK KÜÇƏLƏRƏ!
Qoy çoxalsın bu ölkədə çayxana yox,
Kitabxana!
Zubaçistka çeynəməkdən bir şey çıxmaz,
Oxuyaraq uyğunlaşaq bu zamana!!!
Hər bir yeni arzu üçün, umid üçün,
həyat üçün çiyin-çiynə sıralanaq
Dostçun, ölüm qorxusuyla savaşlardan
çəkinmədən yaralanaq…..
bax nə gözəl……….
Bu gün bu cür umid doğur,sabah əməl!
Arzularım yaman çoxdur insanıma,
vərəqim az
Sən də götür bir ağ vərəq, heç olmasa
arzuları oraya yaz………
Çox istəyək Tanrımızdan,verər bir gün.
Gəl istəyək sənin üçün,
Gəl istəyək yanındaki dostun üçün……
Göydə Tanrı, yerdə insan
-mən arzumu artıq sizə söyləmişəm
(indi isə gözləyirəm)
Mən bir yağış istəyirəm……….
Mən bir yağış istəyirəm……….



















Huseyn said
SALAM
wow chox gozeldii
men oxuduqca mende de bele bir arzu oyandi
MEN BIR YAQISH ISTEYIREM….
TESHEKKUR EDIREM
Huseyn said
SUPPER
Huseyn said
MENDE DE BELE BIR ARZU OYANDI ARTIQ
“”"”men bir yaqish isteyirem”"”
kamil said
Orxan xoshuma geldi. Yaxshidr bunun musiqi versiyasi da olsa ela olar. Ya rep, ya rok stilinde. Ince tonda yazilmish keskin, tutarli sozlerdir. Ela