Archive for September, 2007
Bakının tıxacları
Posted by gundeliyim on 28 September 2007
Posted in Azərbaycan, Video | Leave a Comment »
Yadplanetlilərin sirri açılacaqmı?
Posted by gundeliyim on 24 September 2007
Əziz Mustafa
Son yüz ildə Yer kürəsində müşahidə edilən uçan naməlum obyektlərin (UNO) sayının artması çoxlu müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub. Alimlərin əksəriyyətinin fikrincə, UNO-ların yerdə diqqətlərini cəlb edən hansısa bir sirr var. Bu sirrin müəyyən edilməsi üçün tədqiqatçılar hazırda daha çox qədim mənbələrə müraciət edirlər. Çünki qədim yazılı mənbələrdə UNO-ların müntəzəm Yer kürəsinə uçuşlar etmələri və odsaçan disklərin qəribə sakinləri barədə xeyli məlumatlar var. Məsələn, qədim hind yazılı abidələrdən olan “Veda” və “Puranax”da yerdəki insanlara oxşamayan qəribə məxluqların “Viman” adlanan “uçan nəlbəki”lərdə tez-tez indiki Hindistanın müxtəlif ərazilərinə endikləri qeyd edilib. Hər iki abidədə təsvir olunana görə, yadplanetlilərin gəmisi hazırda kosmosa göndərilənlərə çox oxşayır. Ancaq təsvir edilən alovsaçan gəmilər, indikilərdən fərqli olaraq, istənilən vaxt, bir an içərisində, havada əriyərək ağ tüstüyə çevrilə biliblər. Yadplanetlilərin insanlarla hər hansı bir əlaqəyə girməməsi isə qədim hind yazılı mənbələrində onların öz sirlərini açmaq istəməmələri ilə əlaqələndirilir. Yazılı mənbələrə istinadən demək olar ki, qədim hind alimləri kosmos haqqında geniş məlumata malik olublar. Onlar hesab etmişlər ki, başqa planetdən yerə gələnlər burada özlərinin yaşaması üçün lazım olan hansısa elementi və ya həyat eliksiri əldə edərək geri qayıdırlar. Nə qədər qəribə olsa da, qədim hind alimlərinin təximinən 3-4 min il bundan əvvəl söylədikləri ilə günümüzdəki tədqiqatçıların dedikləri çox vaxt üst-üstə düşür.
Qədim yazılı abidələr və Blomberqin söylədikləri
Kosmosun tədqiqi üzrə tanınmış amerikalı alim Corc Blomberq bu yaxınlarda demişdir: “Mən heç vaxt yerdənkənar sivilizasiyaların olmaması barədə deyilən fikirlərlə razılaşmamışam. Yerdənkənar sivilizasiyaların olmasını inkar edənləri mən ancaq orta əsrlərdə Avropa, Afrika və Asiyadan başqa, digər qitələrin olmasını inkar edənlərlə müqayisə edərdim. Hazırda kosmosda bizə bənzər və ya bizdən fərqli yüksək inkişaf etmiş şüurlu varlıq axtarmağımız Kolumbun sonu bilinməyən okean sularında quru yer axtarmasına bənzəyir. Kolumb istədiyinə nail olduğu kimi, biz də məqsədimizə çatacağıq. Amma nə vaxt? Bu suala cavab, mənə elə gəlir ki, lap qəfil, gözlənilmədən veriləcək”. Blomberqin fikrincə, Yer kürəsinin özündə belə, bizə məlum olmayan paralel sivilizasiya mövcuddur və onlar başqa bir zaman ölçüsündə yaşadıqları üçün biz həmin varlıqları görə, hiss edə bilmirik. Çox qəribədir ki, “Veda” və “Puranax”da da buna oxşar fikirlər vardır. Bu qədim yazılı abidələrdə həmçinin, Yerin yumurtaya bənzədiyi qeyd edilib və kosmosun insan yaşaması üçün lazımi şəraitə malik 14 planetdən ibarət olması barədə fikirlər öz əksini tapıb. Qədim hind alimlərinin fikrincə, həmin 14 planetdən yeddisində həyat ən yüksək səviyyədə inkişaf edib. Yeddisində isə həyat orta və aşağı səviyyələrdədir. Yer yüksək inkişafa nail olan planetlərlə az inkişaf edənlər arasında orta mövqedədir. “Veda” və “Puranax”da ən yüksək inkişaf səviyyəsinə nail olan planet “Satyaloka” adlandırılır. Bildirildiyinə görə, onlarda həyat ideal şəkildə qurulub. “Maxarloka” adlanan digər planetdə isə inkişaf səviyyəsi Satyalokadan aşağıdır. Amma onlar da bizim təsəvvür edə bilmədiyimiz səviyyədə inkişaf ediblər. Belə ki, “Veda”da həmin planetdə yaşayanların istənilən an formalarını dəyişə bilmələrindən və onların bədənlərini ustalıqla idarə etmələrindən bəhs edilib.
Məsələnin bu tərəfinə diqqəti cəlb edən Blomberq çoxları üçün gözlənilməz olan qəribə bir ehtimal irəli sürüb. O deyib ki, bizim bioloqlarımız və tibb alimlərimiz insanın daxilində onun formasını dəyişməyə və bir formadan digərinə keçməyə imkan verən geni tapmalıdırlar. Yalnız bu halda digər kosmik canlılarla əlaqə yaratmaq asanlaşacaq. Blomberq eyni zamanda UNO-ların bizə məlum olmayan paralel sivilizasiyalardan gələ bildiyini də istisna etməyib. O, UNO-ların bir formadan digər formaya keçə bilmələrini, istənilən an havada buxarlanmalarını məhz bir zaman ölçüsündən digər zaman ölçüsünə keçmənin sirrini bilmələri və bədənlərini idarə etməyi bacarmaları ilə əlaqələndirir.
Stounun maraqlı açıqlamaları
Maraq doğuran digər bir açıqlama ilə ingilis tədqiqatçısı Robert Stoun çıxış edib. O, uzun axtarışlardan sonra bu nəticəyə gəlib ki, bəşəriyyət yeni elmi kəşflərin bir addımlığındadır. Onun fikrincə, yaxın vaxtlarda ən uzaq planetlərə uçub getməyə imkan verən yeni kosmik gəmi hazırlanacaq. Alim bu gəminin məhz kosmosdan gələnlərin gəmisinə bənzəyə biləcəyini də istisna etməyib. Stoun belə hesab edir ki, günümüzdə sürətli elmi-texniki inkişaf yaxın zamanlarda kosmosa gedən yolun qapılarını üzümüzə açmağa və planetlərarası səyahətə çıxmağa imkan verəcək. O, vaxtilə bəzi planetlərdə həyatın olmasını və sonradan onların hansısa səbəblərdən məhv olduğunu iddia edir. Alimin fikrincə, vaxtilə Mars və Venerada yerdəkinə bənzər həyat olub və ancaq elmi-texniki inkişaf həmin planetlərdə həyatı məhv edib. O, belə hesab edir ki, başqa planetlərdən gələnlər Yerin təbii inkişafına mane olmaq istəmir və sadəcə olaraq, planetimizdə baş verənləri nəzarət altında saxlamaqla kifayətlənirlər. Stoun Yerdə vaxtilə uzaq planetlərə uçub getməyi bacaran sivilizasiyanın olduğunu da istisna etmədiyini söyləyir. O, qədim yazılı mənbələrin hamısında insanların bir planetdən digərinə uçub getməsini təsdiqləyən faktların olduğuna da diqqəti cəlb edib. Stoun: “Onu da deyim ki, qədim insanların kosmos haqqında bizi heyrətləndirən məlumatlara və təsəvvürlərə malik olmasını təsadüfi hesab etmək olmaz. Bu biliklərin hamısı yüksək sivilizasiyaların mövcud olmasının nəticəsidir. Amma bu sivilizasiyaların müəmmalı şəkildə məhvi də təsadüfi olmayıb. Mənə elə gəlir ki, Yer kürəsi sivilizasiyası vaxtilə kosmos üçün vacib sayılan hansısa prinsiplərdən kənara çıxıb və ona görə də onlar digər planetlərdən gələnlər tərəfindən cəzalandırılıblar. Biz bu gün qədim sivilizasiyaların əldə etdiyi yüksək inkişafı təkrarlamağa yaxınıq. Amma bu sivilizasiya nisbətən fərqli olacaq və istəsə də, istəməsə də kosmik qanunlara tabe olmalı olacaq.”
Həm Blomberq, həm də Stoun digər planetlərdən gələnlərin Yerin bizə məlum olmayan hansısa sirrindən istifadə etdikləri qənaətindədirlər. Hər iki alimin fikrincə, ola bilsin ki, hazırda yerdəki canlıların bir qismindən hansısa planetin məskunlaşdırılması üçün istifadə edilir. Onu da deyək ki, UNO-larla bağlı baş verən hadisələri tədqiq edən alimlərin hamısı yerə bir neçə planetdən kosmik gəmilərin gəldiyi qənaətindədirlər. Belə bir fikir də vurğulanır ki, kosmosdan gələnlər o vaxt insanlarla əlaqəyə girəcəklər ki, yerdəkilər nəinki yüksək inkişaf səviyyəsinə çatsınlar, həm də mənəvi cəhətdən kamil insanlara çevrilsinlər. Beləliklə, bu gün insan oğlu yeni bir inkişaf mərhələsinin astanasında dayanıb və ola bilsin ki, indi bizə fantastika kimi görünən şeylər sabah reallığa çevrilsin. Əgər bu gün insan oğlu min kilometrlər uzaqlarda baş verən hadisələri canlı şəkildə televizordan izləyə bilirsə, onda nə üçün bizim istənilən saatda digər planetlərə uça bilməyimiz mümkün olmasın?
Posted in Gündəliyim, Məqalə | Leave a Comment »
Küçələrə su səpmişəm
Posted by gundeliyim on 23 September 2007
Posted in Mahnı, Video | Leave a Comment »
Mən bir yağış istəyirəm
Posted by gundeliyim on 23 September 2007
Orxan Quliyev
Mən bir yağış istəyirəm
Yusun bizim kuçəmizi
Yağsın bizim beynimizə
Təmizləsin üfunətli çölümüzü
İrin tutmuş içimizi…….
Mən razıyam,yağış yusun hamımızdan yarımızı
Övladına kimliyini öyrətməyən atamızı, anamızı….
Mən bir yağış istəyirəm
Yuyaq onda əlimizi, üzümüzü
Yuyunaraq tanımayaq özümüzü
Yeni doğulmuşuq kimi bu dünyaya
tekrar açaq, təmiz açaq gözümüzü!!
İstəyirəm təmizləyək içimizi zibillərdən,
Yeni doğan arzuları qaranlığa,dibə dartan
biləyindən kəsiləsi o əllərdən!!!!!!!
İstəyirəm son qoyaq biz çəkişməyə, şübhələrə,
Təmizləyək içimizi,TÜPÜRMƏYƏK KÜÇƏLƏRƏ!
Qoy çoxalsın bu ölkədə çayxana yox,
Kitabxana!
Zubaçistka çeynəməkdən bir şey çıxmaz,
Oxuyaraq uyğunlaşaq bu zamana!!!
Hər bir yeni arzu üçün, umid üçün,
həyat üçün çiyin-çiynə sıralanaq
Dostçun, ölüm qorxusuyla savaşlardan
çəkinmədən yaralanaq…..
bax nə gözəl……….
Bu gün bu cür umid doğur,sabah əməl!
Arzularım yaman çoxdur insanıma,
vərəqim az
Sən də götür bir ağ vərəq, heç olmasa
arzuları oraya yaz………
Çox istəyək Tanrımızdan,verər bir gün.
Gəl istəyək sənin üçün,
Gəl istəyək yanındaki dostun üçün……
Göydə Tanrı, yerdə insan
-mən arzumu artıq sizə söyləmişəm
(indi isə gözləyirəm)
Mən bir yağış istəyirəm……….
Mən bir yağış istəyirəm……….
Posted in Lirika, Şe'r | 26 Comments »
Ramazan gəldi, Lazım gəlmədi…
Posted by gundeliyim on 21 September 2007
Posted in Gündəliyim, Karikatura | 1 Comment »
Tariximiz (2)
Posted by gundeliyim on 21 September 2007
Posted in Azərbaycan, Gündəliyim, Sənədli Film, Tarix, Video | 2 Comments »
Atalar Sözləri (3)
Posted by gundeliyim on 21 September 2007
Ağır qazan gec qaynar.
***
Ağılsız dostdan ağıllı düşmən yaxşıdır.
***
Ağır otur, “ağa” desinlər.
***
Ağladan yanına get, güldürən yanına getmə.
***
Ağlam ölü üçün, ağla dəli üçün.
***
Ağlamakqla gülmək bacı-qardaşdı.
***
Ağlamayan uşağa süd verməzlər.
***
Ağlarsa anam ağlar, qalanı yalan ağlar.
***
Ağlayanın bir dərdi var, gülənin beş.
***
Ağlayışın bilməyən ölüsün murdarlayar.
***
Axar su murdarləq götürməz.
***
Axmaq it aya hürər.
***
Axsaq eşşəyin kor nalbəndi olar.
Posted in Gündəliyim, Ədəbiyyat | Leave a Comment »
Ramazan Ayınız Mübarək
Posted by gundeliyim on 14 September 2007
Posted in Gündəliyim, Klip, Video | Leave a Comment »
Tibbdəki yeniliklər
Posted by gundeliyim on 14 September 2007
Hamilə ikən balıq yağı qəbul etmək faydalıdır
Avstraliyada aparılmış bir tədqiqatda balıq yağı qəbul edən hamilə qadınların dünyaya gətirdikləri uşaqlarda əl və göz hərərkətlərinin koordinasiyasının digər uşaqlara nisbətən daha yaxşı olduğu müşahidə edildi.
Kardiocərrahiyyə uşaqların öyrənmə qabiliyyətinə təsir edir
Yenidoğulmuş dövrdə ürək qüsurlarına görə cərrahiyyə əməliyyatı keçirmiş uşaqların ibtidai siniflərdə diqqət azlığının olması, aşağı qiymətlər alması müəyyən olunmuşdur.
Yaşıl çay psoriazın dərmanı olacaq
ABŞ tədqiqatçıları yaşıl çayda müxtəlif dəri xəstəliklərinin, o cümlədən, psoriaz və kəpəyin müalicəsində istifadə oluna biləcək maddələri kəşf etmişlər.
Azot-1-oksid əməliyyatdan sonrakı dövrdə uzunmüddətli ağırlaşmalara səbəb olur
Azot-1-oksiddən anestetik kimi az istifadə olunması müxtəlif əməliyyatdan sonrakı dövr ağırlaşmalarının, o cümlədən, yara infeksiyasının rastgəlmə tezliyini əhəmiyyətli dərəcədə azaldır.
Dağınıq skleroza qarşı peyvənd hazırlandı
Dağınıq skleroza qarşı peyvənd hazırlandı. Bu peyvəndin birinci tip şəkərli diabet, sistem qırmızı qurdeşənəyi və s. kimi xəstəliklərin müalicəsində də istifadə oluna biləcəyi ehtimal olunur.
Artıq səs tellərini də cavanlaşdırmaq mümkündür
Məlumdur ki, insan yaşlandıqca səs telləri də yaşlandığı üçün səsin tembri də getdikcə dəyişir.
Hal-hazırda qarındakı piylərin müəyyən miqdarını götürərək səs telləri nahiyəsinə inyeksiya etməklə səsi gurlaşdırmaq mümkündür.
Müxtəlif növ xeyirsiz qidalara meyl ana bətnində formalaşır
Siçanlar üzərində aparılmış tədqiqatların nəticələrinə görə, müxtəlif növ xeyirsiz qidalara meyl uşaq hələ ana bətnində ikən formalaşır.
Stress dişlərin tökülməsinə səbəb olur
Amerikan alimlərinin dediklərinə görə, dişlərin və damaqların sağlamlığı insanın psixoloji vəziyyətindən çox asılıdır.
Uzunmüddətli stress, depressiya, həyəcan parodont xəstəlikləri ilə müşayiət olunur ki, bu da dişlərin tökülməsinin əsas səbəblərindən biridir.
Bunlar arasında əlaqə stress zamanı həddən artıq ifraz olunan kortizol hormonunun təsiri ilə izah olunur.
MR diaqnostika süd vəzisi xərçənginin müəyyən olunma ehtimalını iki dəfə artırır
The Lancet tibb jurnalında məqalələri dərc olunmuş alimlərə görə, maqnit-rezonans diaqnostikası standart mammoqrafiyadan iki dəfə effektivdir.
Hamilə ikən balıq yağı qəbul etmək faydalıdır
Avstraliyada aparılmış bir tədqiqatda balıq yağı qəbul edən hamilə qadınların dünyaya gətirdikləri uşaqlarda əl və göz hərərkətlərinin koordinasiyasının digər uşaqlara nisbətən daha yaxşı olduğu müşahidə edildi.
Qlaukomaya səbəb olan genlər kəşf olundu
İslandiya və İsveç alimləri qlaukomanın praktik olaraq bütün növlərinə səbəb olan iki variasiyada genləri kəşf etdilər.
Dünyada ilk yumurtalıq transplantasiyası həyata keçirildi
Belçika alimləri dünyada ilk yumurtalıq transplantasiyasını həyata keçirdi. Uğurla başa çatdırılmış əməliyyat bir bacıdan digərinə yumurtalıq köçürməyə imkan verdi.
Qeyd etmək lazımdır ki, bu bacılar əkiz deyildilər.
Sümük iliyi transplantasiyası kimyəvi terapiyadan sonrakı sonsuzluğu aradan qaldırır
ABŞ-ın Boston şəhərindəki Massaçusets xəstəxanasında aparılan tədqiqatda kimyəvi terapiya nəticəsində sonsuzlaşmış dişi siçanlarda sümük iliyi transplantasiyasının köməyi ilə çoxalma qabiliyyəti bərpa olundu.
Pəhriz qidası piylənməyə səbəb olur
Uşaqların aşağı kalorili ərzaq və içkilərdən istifadə etməsi onların daha çox yeməsinə və beləliklə də piylənməsinə gətirib çıxarır.
Belə nəticəyə siçanlar üzərində tədqiqatlar aparan Kanada alimləri gəliblər.
Onların fikrincə, uşaqlar az kalorili qidalarla deyil, istənilən halda, hətta piylənmiş olsalar belə, təbii, sağlam, normal kalorili qidalarla qidalanmalıdırlar.
Hamiləlik zamanı stress doğulacaq uşaqda yuxu pozğunluqları yaradır
ABŞ Rotçester universitetinin tədqiqatlarına görə, hamiləlik zamanı depressiya və stress altında olan analar daha çox yuxu pozğunluğu olan uşaqlar dünyaya gətirir.
Qaynaq: tebabet.wordpress.com
Posted in Gündəliyim, Tibb | Leave a Comment »






![Po - [Explored] Po - [Explored]](http://static.flickr.com/7225/7260527994_23e4e5f04b_t.jpg)











