Kim haqlıdı?
Posted by gundeliyim on 19 May 2007
Əlabbas
Sən yoxsa mən
Haqlı o kəsdi ki, öz haqqını bilir və başqalarının haqqına da hörmət edir. Basqalarının haqqını tapdalamaqla, insanları təhqir etmək və bununla özünü xalqın müdafiəçisi adlandırmaq, özünə mıxalifət demək kimsənin işi deyil.
Hərə bir şey guppuldadır əlinə düşən qəzetdə, internetdə və s. yerlərdə… Hamı öz mövqeyinin düzlüyünə inandırmağa çalışır, ancaq köhnə hamam, köhnə tas…
Azərbaycan hər gün inkişaf edir, irəliyə doğru addımlayır. Bu inkişafı, ölkədə gedən prosesləri görən, qiymət verən və dəstəkləyən insanlar var. Artıq, mıxalifətin bir qrup şivən qoparan rəhbərləri də bunu etiraf etmək məcburiyyətində qalırlar.
Gəlin bərabər fikirləşək, biz hamımız bu ölkənin övladlarıyıq, və birlikdə Azərbaycan üçün çalışmalıyıq. Budur bizim əsl vəzifəmiz, əsl amalımız… Yoxsa bir-birinə paxıllıq edə-edə, bir-birinə iftira ataraq nə bir yerə gedə nə də inkişaf edə bilərik.
Bir tərəfdə alternativ göstərməyərək işi gücü tənqid etmək olan mıxalifət, digər tərəfdə Azərbaycanın inkişafı üçün çalışan, çalışanlara dəstək olan iqtidar var…
Hadisələri bir daha gözdən keçirin, sizcə kim haqlıdı?
Bunun cavabı artıq var…
















