“SEX” Problemi
Posted by gundeliyim on 31 March 2007
Fərman C. İmamquliyev
ferinem124@yahoo.com
SEX
(Sadəlövh, Etinasız Xalq)
Hələ XIX əsrin əvvəllərində avropalı kolonistlər Avstraliyaya qədəm basanda, onlar burada yaşayan aborigenləri necə ələ almaq haqqında düşünürdülər. Çox axtarışlardan sonra, onlar əhali üçün tamaşalar hazırlamağa başladılar. Müxtəlif musiqili konsertlər, pantomimalar və s. nəticəsində, aborigenlerin bir çox hissəsini mədəni şəkildə ələ almaq mümkün oldu…
———— ——— ——— -
XXI əsr Azərbaycanı da həmin dövrün aborigenlərinə analoq ola bilər.
Azərbaycanda ölkə səviyyəsində yayımlanan 6 telekanal var. Faktiki olaraq,
günün istənilən saatında kanalları bir-bir çevirsək, görərik ki, bütün telekanallar
eyni mövzulara toxunur:
1) Musiqi;
2) Şou-biznes əhlinin xalqa aidiyyəti olmayan şəxsi həyatı;
3) Pornoqrafik və qeyri-etik məqamlar daşıyan qərb filmləri;
4) Cənubi Amerika serialları;
5) Zamana ve aktuallığa aid olmayan şou-proqramlar.
Telekanallar, millətin şah damarını tutub, mədəni surətdə onları idarə edir. Bu mədəni idarəetmə, analoqu olmayan bir hadisədir. Xalq arasında müxtəlif şou-proqramların və serialların qəhrəmanlarının süni və real olmayan həyatı haqqında söhbətlərdən başqa heç nə müzakirə olunmur.
Yaxın günlərdə, yeni mobil operatorunun ajiotajı Gəncəni də öz tə`siri altına saldı. Gənclər, Nar mobile mağazaları qarşısında uzun sıralar yaradıb, yeni nömrə həsrəti ilə yağan yağışa və əsən küləyə də fikir vermirdilər. Daha sonra nömrə alan uşaqların bu nömrənin xüsusiyyətləri haqqında söhbətlərinə qulaq asanda, qol-qanadım qırıldı… Sən demə, yeni operator bizim gənclərə telefonda TV-yə baxmaq şansı verirmiş… Ax, ax…
Bu amillər haqqında çox düşünürəm… Görəsən, gün gələcəkdirmi ki, biz Qarabağ, İslam, bir sıra sosial problemlər, Azərbaycanin lobbisi və s. daha vacib məsələlər barəsində düşünək?
Millətimin sadəlövhlüyü və etinasızlığı məni çox narahat edir.
İqtisadi cəhətdən BƏLKƏ DƏ irəliyə getmişik. Bəs ideologiya?


















Vefa said
Eziz Ferman bey,
Men sizinle bir sheyde raziyam. Duzdur, bu gun genclerimiz sadelovh ve etinasizdirlar. Amma bu da realliqdir ki, genclerimiz yalniz oz problemlerine qarshi deyil, hem de dunyada geden proseslere qarshi (qloballashma, muasir heyatla ayaqlashma) etinasizdirlar. Bunun da gunahi siz ve sizin kimi geride qalmish, xalgi inkishafdan chekindiren adamlardadir.Siz ve sizin kimiler basha dushmurler ki, artig insanlari “adet-enene”, “exlaq normalari” adi altinda idare etmek olmaz. Paradoksda ele buradadir — siz KIV numayendeleri olaraq, xalgi maariflendirmek ve bu steorotiplerden azad etmek evezine, eksine onu esirler boyu boghan bu cur menasiz idealarin omrunu uzatmaga chalishirsiniz.Ve sonda, unatmayaq ki, seriallar, o cumleden “Meshadi Ibad” kimi filmlerdeki hadiseleri de insanlar, bu heyatda yashayan insanlar qeleme aliblar, demeli bunlar real heyatdan goturulub ve heyatin bezi “chirkin realliglari”ni ve “kohne fikirli insanlarini” ifsha etmeyin bir vasitesidir.
Guy from USA said
Ay camaat, Amerikaya gelenden qizlarin uzune hesret qalmihsam. hayif deyildir Baki, o qeder girlfriendim var idiki gel gor.
Kim deyir ki Amerikada hami sex ile me$qul olur, saga sola make sex, its totally wrong.
bunlar bizden daha exlaqlidir.
Bunu Vefa xanima catdirmaq isteyirem.
Azer said
Salamlar!
Hormetli VEFA xanim men Sizinle qismen raziyam.Lakin bildirmek isteyirem ki, bu haminin SEX deyib bezilerini anlamadigi bu fiziki telebatin ne oldugunu oyrenek.Sonra ise sex ile diger verdishlerin ferqine vararaq arashdirilmalidir.
Lakin men demek isteyirem ki, elmi-tibbi esaslar onu tesdiq edir ki, heddi buluga catmish, o cumleden intim heyata meyillenen ve ya her hansi usulla meyillenmeye mecbur edilen her kes-canli mexluq bu fiziki telebatin qacilmaz tesiri altindadir. Ve bu fiziki telebi bu ve ya diger usulla icra etmek mecburiyyetindedir, eks halda cox ciddi hormonal patoloji deyishiklere-xesteliklere meruz qala biler.
Hikmet said
Salam millet,bizim ekser genclerimizin mesguliyyeti mobil telefon,avto ve qizlardir ve s.bunlardan artiq hecne dusunen yoxdur.