Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for March 23rd, 2007

Qondarma Talış-Muğan Respublikası

Posted by gundeliyim on 23 March 2007

Azərbaycanı gözləyən gələcək təhlükə

Azərbaycanda bir çox az saylı xalqın(ləzgilər, yəhudilər, avarlar, tatlar, udinlər, və s.) olması hamımıza mə`lumdur. Heç bir millət fərqi qoyulmadan hamımız azərbaycanlı adlanırıq.

Talışlar da əsrlədir bir yerdə yaşadığımız, eyni süfrəyi paylaşdığımız, qohumluq əlaqələrimizin olduğu bu azsaylı millətlərdən biridir. Lakin yaxın tarixdən də bildiyimiz kimi, Qarabağ müharibəsindən və siyasi ağır şəraitdən istifadə edərək Azərbaycanın cənubunda 1993-cü ildə Talış-Muğan Respublikası qurma cəhdləri yəqin ki yadımızdan çıxmayıb.

tqlish.PNG

Qondarma Talış-Muğan Respublikasının bayrağı

İndi də bu səpki də fəaliyyətlər həm Azərbaycanda, həm də digər xarici dövlətlərdə istər gizli, istərsə də açıq bir şəkildə davam edir. Talışların BMT-nin alt təşkilatı olan Təmsil Edilməyən Millətlər və Xalqlar Təşkilatına (UNPO) üzv olduğunu qeyd etmək istəyirik.Bizə verilən mə`lumatda bu təşkilata talışların üzv olmasına kürd və ermənilərin də dəstək verdiyi bildirilir. Əlikram Hümbətovun xaricdəki erməni diasporuyla yaxın əlaqəsi olduğunu, erməni soyqırımıyla bağlı abidəyə əklil qoyduğunu xatırlatmaq istəyirik.

Hal-hazırda Azərbaycanda da Əlikramı bir qəhrəman olaraq görənlər, portretini evindən asanlar, iki xalq arasına nifrət toxumları səpənlər var. Bu insanların məqsədləri isə birdir: Azərbaycanı bölmək… Onlar Azərbaycanda bir milyon, İranda beş milyon türkləşdirilmiş talışın yaşadığını iddia edərək hər iki dövlətə qarşı ərazi iddiaları qaldırırlar.

Milli Talış Hərəkatının bayrağı

UNPO-nun rəsmi saytında da Azərbaycan Dövlət Statistika Komitəsinin ölkədə 80 min talış yaşadığına dair mə`lumatın əksinə 800 min talışın olduğuna dair statistikaya yer verilib. Saytdaki digər mə`lumatda talışların 1919-cu ildə Muganian Sovet Respublikası qurduqları və bu respublikanın sadəcə 3 ay yaşadığı bildirilir. Təhrif olunmuş yazıların yer aldığı saytda Azərbaycan əleyhində xəbərlər də yayınlanır. Beynəlxalq bir təşkilatın saytında bu cür xəbərlərin yer alması, gələcək təhlükədən xəbər verir.

Təhlükənin nə qədər böyük olduğunu göstərmək üçün Hollandiyada yaşayan soydaşlarımızdan biri olan Zəfər bəyin bu barədə danışdıqlarına yer veririk:

“Burada Hollandiyada, Azərbaycandan gəlib sığınacaq istəyən həmvətənlilərimizin içində talışlar da az deyil və bunlardan biri ilə mən, qonşusu olan yəhudi tanışımın yanına qonaq gedəndə rastlaşıb tanış oldum. Məndən yaşca böyük idi,ordan burdan söhbət etdik, sonra ortaya çıxdı ki, ikimizdə eyni vaxtlarda 1992-ci ildə Qarabağda olmuşuq, və hətta ortaq tanışlarımız çıxdı. Ondan sonra hər dəfə yəhudi tanışımın yanına gələndə, ikisinə də baş çəkirdim, və yeni tanışım məni qarşılayanda mənimlə öpüşüb görüşürdü (mən özüm bu öpüşmə söhbətini heç sevmirəm), evinə dəvət edirdi, yalnız mən o vaxtlar subay olduğuma görə, hörmət mənasında, ailəsini rahatsız etməmək üçün, elə təmiz havada onunla oturub söhbət edirdim. Aradan bir neçə ay keçdi, və bir dəfəsində həmən o Yahudinin evində oturmuşduq, və biraz sərxoş olduğuna görə, o mənə ayıq olduğunda deməyəcəyi şeyləri deməyə başladı və dedi ki – Səndən bir şey soruşmaq istəyirəm, siz Azərbaycanda Talışların başına nə oyunlar açırsınız? İşkəncə, həbs, v.s. – Bunu eşidən mən çaş – baş qaldığıma görə cavabım – Ne ponyal? – şəklində oldu. O da gülərək davam etdi ki – Mən elə bilirdim ki, sizin işiniz ancaq ermənilərlədir, sən demə siz bütün regionun qanını içirsiniz, ha ha. – Təbii ki, mən ona bu söhbətləri haradan çıxarddiğını soruşdum, və sonunda öyrəndim ki, mənimlə öpüşüb görüşən, 185 cm boyunda 130 kilo ağırlığında, cəhbədə vuruşub yaralanan Talış dostum, sən demə əməlli başlı qonşuları arasında belə yönlü təbliğat aparırmış. Yəhudi davam etdi ki – Heç insanları seçə bilmirsən. Sən onunla öpüşüb görüşürsən, onu tərifləyib qəhrəman eləmisən yanımızda, o isə bunun tərsini eləyir, özü də tək mənim yanımda deyil, burada yaşayan Əfqanlıların, Kürdlərin, Hollandların və həmin ermənilərin də yanında, inanmırsan özlərinə soruş.O anda bilmədim nə deyim, yerin dibinə girmək istədim. Bir neçə ay sonra isə həmən o adamı başqa bir yığıncaqda görəndə ( o yığıncağa mən, Talış olmadığıma görə, dəvət edilməmişdim əslində), mən onun kimlərdən olduğunu anladım.”

Təbii ki, biz bütün talışların bu cür olduğunu iddia etmirik, sadəcə bu cür insanların da talış xalqının adına ləkə gətirdiyini bildiririk. İnanırıq ki, nə Azərbaycan dövləti, nə də mərdlikləriylə tanınmış talış xalqı heç bir qarşı-durmaya, bölünməyə izin verməyəcək.

Posted in Azərbaycan, Gündəliyim, Məqalə | 10 Comments »

 
Follow

Get every new post delivered to your Inbox.